Toysuz qalan şadlıq sarayları: Bu sektoru nə gözləyir? - ARAŞDIRMA

Toysuz qalan şadlıq sarayları: Bu sektoru nə gözləyir? - ARAŞDIRMA"Toyların sayı xeyli azalıb. Əvvəllər orucluqdan sonra hər gün toy yazırdıq, indi heç o da olmadı. Ramazandan sonra aprelin 28-30-u normal toy oldu. Qalanları 50-70 nəfərlik idi. Qonaq sayı da azalıb. 80-100 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar da şadlıq sarayı üçün elə də gəlirli deyil. 500 nəfərlik toylar indi maksimum 250 nəfərlə keçirilir. Heç vaxt Azərbaycanda olmayan haldır". Bu sözləri bizimlə söhbətində "Xudafərin" şadlıq sarayının administratoru Səyavuş Əsgərov söylədi.

"Neolit"in administratoru Rafət Şahmarov da əvvəlki kimi sifariş götürmədiklərini deyir: "Əvvəllər mart-aprel aylarında hər ay 15-18 toy tuturduqsa, bu il 4-5 toy oldu. 600-700 nəfərlik toylar yoxdur. 200-250, maksimum 400 nəfərlə edirlər. Ayda 500-600 nəfərlik maksimum bir toy olur".

Başqa bir neçə administratorla da söhbətləşdik. Deyirlər ki, indi çox ailə qız-oğlan toyunu bir edir. Bu da ümumi toy sayına təsir göstərir. Qiymətlərlə bağlı da insanların narazılıqları var. Bəziləri mümkün qədər imici qorumaq şərtilə uyğun qiymət təqdim etməyə çalışdıqlarını bildirdilər, "qazanc yoxdur" dedilər.

Birinin isə qeydi belə oldu: "Əvvəllər 5 müraciətdən 3-4-ü ilə razılaşırdıqsa, indi 5-indən biri ilə razılaşanda papağımızı göyə atırıq".

Nə etmək haqqında düşünürlər? Sualımıza cavabları təxminən eynidir: "Yayı gözləyirik".

Əslində, durum məlumdur. Mərasim evinə çevrilən, yerində market açılan və s. şadlıq sarayları var. Bəs bu sektoru nə gözləyir?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, toyların azalmasının bir neçə səbəbi var: "Ərzaq qiymətləri bahalaşır, şadlıq sarayları da müvafiq olaraq menyu qiymətlərini artıra-artıra gedirlər. Əhali də bunu qarşılaya bilmir. Ona görə oğlan-qız toyunu birləşdirirlər, yaxud daha az qonaqla ayrı-ayrı edirlər. Üstəlik, 300-500 nəfəri toyuna çağıran adam sonra onların toyuna getməli idi. İnflyasiya fonunda artıq adamlar görürlər ki, sonra o xərcləri qarşılamaq ciddi problemdir. Bunu görənlər az adam çağırır ki, özü də az toya getsin. Toy davranışında bu cür dəyişiklik varsa, cəmiyyət olaraq sevinməliyik. "Qonşudan geri qalma" prinsipi ilə ənənələr formalaşmışdı. Lazımsız ciddi istehlak israfı müşahidə olunurdu".
X.Kərimli deyir ki, məlum sahəyə investisiya yatıran biznes adamları əslində, bunun olacağını görməli idilər: "Eyni ərazidə nə qədər şadlıq sarayı tikilib. O vaxt toylar çox idi, işləri də yaxşı gedirdi. Biznes qurularkən tələb-təklifin dəyişə biləcəyi proqnozlaşdırılmalıdır. Ən böyük günahları odur ki, sektorun potensialını, gücünü, perspektivini düzgün hesablaya bilməyiblər. Təbii ki, bazara gələnlər bu riskləri - bu günü də görməli idilər".

İqtisadçı bu gün rəqabət yarandığını, qaliblərin bazarda qalacağını deyir: "Şadlıq sarayı çox, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır. Artıq bu sahədə rəqabətlilik dövrü yaranıb. Müştərilər üçün üstünlükdür. Özlərinə uyğun və yaxşı olanı seçirlər. Rəqabətdə kim udacaqsa, sektorda qalacaq".

Şadlıq sarayları həm də bir çoxları üçün iş yeri idi. X.Kərimli bildirdi ki, toy azdırsa, onsuz da orada çalışanların gəliri normal olmur: "Hansısa aktiv olmayan biznesin bağlanması iqtisadiyyat üçün yaxşıdır. Səmərəsiz məşğulluq iqtisadiyyata fayda gətirmir. Həmin insanlar özlərinə yeni iş tapacaqlar. İqtisadiyyat daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək".

İnvestorlara gəlincə isə, X.Kərimli onların fərqli sahələrə yönəlib yenə də biznes fəaliyyətlərini davam etdirə biləcəklərini qeyd edir: "Adamlar səhv hesablayıb investisiya qoyublar. İndi bazardakı durumdan dolayı səhvlərini bu və ya digər dərəcədə düzəltməyə çalışırlar. Onlar böyük investorlardır. Maliyyələri var. Perspektiv olmadığını görsələr, fərqli biznesə keçəcəklər. Bu da normal haldır".

Marketoloq Seymur Quliyev bildirdi ki, düzgün marketinq strategiyası olan, uyğun qiymətlər təklif edənlər bazarda qala biləcəklər: "Ola bilər ki, əvvəlki qədər toy yoxdur, yaxud daha az qonaqla toylar edirlər. Bəs toy edənlər hansı şadlıq saraylarını seçirlər? Qiyməti daha münasib olanları. Bazarda qalmaq istəyənlər ilk olaraq keyfiyyəti salmadan, mümkün olduğu qədər qiymətləri aşağı edə bilərlər. Bu, insanları birinci cəlb edən məsələdir.

Eyni zamanda, düzgün marketinq strategiyası qurmalıdırlar. Oturub gözləmək yox, maraqlı, fərqli təkliflərlə çıxış etmək zamanıdır. Məsələn, qonaq sayı nə qədərdən çox olsa, ev sahibinə hədiyyə verə bilərlər - bal ayı, üzük... Həmin restoranda toyundan bir il keçən cütlükləri hansısa kampaniyaya dəvət edə bilərlər. Bütün hallarda qiymət məsələsini insanların cibinə uyğunlaşdırmalıdırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 538   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942