Gəliri də, riski də böyük olan biznes: Özü kirayə qalır, evini isə...

Gəliri də, riski də böyük olan biznes: Özü kirayə qalır, evini isə...Azərbaycanda bu iş hələ kifayət qədər oturuşmasa da, ekspertlər evlərin gündəlik kirayə verilməsindən əldə edilən gəlirin aylıq kirayədən daha çox olduğunu deyirlər. Amma əlavə edirlər ki, bu işin kifayət qədər riskləri də var. Ona görə də ev sahibləri əvvəlcədən tədbirli olmalıdırlar.

Kirayə mənzil dedikdə ağlımıza adətən ən azı bir ay müddətinə verilən evlər gəlir. Bəs niyə bizdə evlər ancaq bir ay müddətinə kirayəyə verilir? Halbuki evləri günlük də kirayə vermək mümkündür. Həm də bu halda ev sahibləri daha çox gəlir əldə etmiş olurlar. Azərbaycanda isə insanların gündəlik kirayəyə verilən evlərə münasibətinə baxsaq görərik ki, vəziyyət heç də ürəkaçan deyil. Çünki günlük kirayələmək deyildikdə ağla müəyyən xoşagəlməz fikirlər gələ bilir.

Evim ay ərzində 20 gün dolu olur

İnternetdə gündəlik kirayə evlər yazdıqda müxtəlif elanlar çıxır. Bu elanlardan mənzilini xarici qonaqlara verən bir ev sahibi tapdıq. Yasin bəyin sözlərinə görə, o, bu sahə ilə 5-6 ildir məşğul olur: "Gündəlik mənzil kirayəsinin biznes halına gəlməsi üçün ən azından 10 evinizin olması lazımdır. Evim ay ərzində ortalama 20 gün dolu olur. Bir günlük kirayə qiyməti 40-60 manat arasıdır. Azərbaycan vətəndaşlarına yalnız ailə olduqda verilir. Öz vətəndaşlarımızdan regionlardan gələnlər üstünlük təşkil edir. Gələn qonaqlar təmizliyə, istiliyə önəm verir, bir sözlə, yaşayışa tam uyğun ev axtarırlar. Bu sahə ilə qanuni şəkildə məşğul olduqda çətinliklər daha az olur".

Özü kirayə qalıb, evini gündəlik kirayəyə verənlər var

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakının mərkəz hissələrində gündəlik kirayə verilən evlər mövcuddur: "Onların günlük qiyməti təxminən 40-50 manatdan başlayır, 150-200 manata qədər dəyişə bilir. Bu qiymətlər otaq sayına, yerləşmə yerinə, evin şəraitinə görə müəyyənləşir. Elanlara baxsaq görərik ki, saytlarda kirayə verən şəxslər evləri 1 deyil, daha çox 3-5 günlük kirayə verməyə üstünlük verirlər. Bunu həm evin boş qalmaması, həm də hər hansı bir xoş olmayan niyyət olmaması üçün edirlər. Pandemiyadan əvvəl turistlərin sıx gəldiyi dövrdə bu sahədə yaxşı qazanc var idi. Məsələn, normal mənzili 600-700 manata kirayə götürürdülər və onu gündəlik təxminən 60-80 manata kirayə verəndə ay ərzində evin qiymətindən 2 dəfə çox qazanc əldə edirdilər. Həm evin kirayəsini ödəyə bilirdilər, həm də əlavə qazanc gəlirdi. İndi də elə ev sahibləri var ki, özü kənarda kirayə qalır, şəhərin mərkəzindəki mənzilini isə gündəlik gələn qonaqlara verir".

Şərq ölkələri və Cənubi Azərbaycandan gələnlər üçün

Mütəxəssisin sözlərinə görə, gündəlik kirayə evlər daha çox xaricdən gələn qonaqlar üçündür: "Şərq ölkələri və Cənubi Azərbaycandan gələn turistlər gündəlik evlərə daha çox üstünlük verirlər. Çünki gələn qonaqların ailə üzvlərinin sayı çox olduğuna görə otel qiymətləri onlara sərf etmir. Adam sayı çox olduqca oteldə ödəmələr baha olur. Bu baxımdan, onlar gündəlik ev kirayə edirlər. Evin içində bütün şəraiti, mətbəxi də olur deyə, onlara sərfəli olur".

Ekspert deyir ki, Azərbaycanın bölgələrindən iş üçün bir neçə günlük paytaxta gələnlər də gündəlik kirayə evlərə üz tuturlar: "Ümumən baxsaq, bir gecə qalmaq üçün qiymətlər elə də ucuz deyil. Əsas da bölgələrdən gələn vətəndaşlar üçün böyük rəqəmdir. O baxımdan, bölgələrdən gəlib sadəcə gecələmək üçün ev axtaranlar daha çox hostellərə üz tuturlar".

Bu sahə harada daha aktualdır?

E.Fərzəliyev qeyd etdi ki, turistik bölgələrimizdə gündəlik kirayə evlərə maraq və tələbat daha çoxdur: "Həmin zonalarda bu evlərin qiyməti təxminən 50 manatdan başlayır, 150-200 manata qədər artır. Bölgələrdə gündəlik evlər daha normal qəbul olunur. Çünki istirahətə gələnlər daha çox ailələrdir. Lakin paytaxt Bakı və digər böyük şəhərlərdə gündəlik ev deyəndə ağla başqa fikirlər də gəlir".

Ekspert onu da bildirdi ki, gündəlik kirayə verilən mənzillər daha çox yeni tikililərdə olur. Köhnə binalarda da gündəlik evlər olur, amma onların şəraiti təbii ki, bir az geri qalır. Arxitekturalı binalardakı mənzillər gündəlik kirayəyə daha çox şəhərin mərkəzində verilir.

Asan pul qazanmağın çətinlikləri

Əmlak ekspertinin fikrincə, gündəlik kirayə işində müəyyən təhlükələr və risklər də var: "Hər şey qanuni formada olmalıdır. Əgər vətəndaş evini gündəlik və ya aylıq kirayə verirsə, bütün riski üzərindən atmaq üçün rəsmi notarial müqavilə bağlamalı, aldığı ödəmələrə görə dövlətə vergi ödəməli, evdə qalanların şəxsiyyət vəsiqəsinin surətini götürməlidir. Bütün sənədləşmə işləri rəsmi formada aparılıbsa, vergilər ödənilirsə, kirayəverənlərin ucbatından evdə hər hansı problem, hadisə baş verməyibsə, onlar orada baş verən heç bir hadisəyə görə məsuliyyət daşımırlar. Bundan başqa, vətəndaş evini kirayə verirsə, mütləq evin sığortası olmalıdır. Çünki kirayə evlərdə bəzən subasmalar, yanğın, qısaqapanma hadisələri baş verə bilir. Təbii ki, evin sığortası olmayanda iş məhkəmələrə qədər gedib çatır və həlli çətinə düşür".(kaspi.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1144   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329