Qaraciyər niyə ZƏDƏLƏNİR? - Tez hərəkətə KEÇİN (ASKOLİV)

Qaraciyər niyə ZƏDƏLƏNİR? - Tez hərəkətə KEÇİN (ASKOLİV)Qaraciyər orqanizmdə cüt olmayan ən iri ölçülü orqandır. Qarın boşluğunun sağ üst hissəsində, qabırğaaltı nahiyədə yerləşir. Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirir.
Qaraciyər orqanizmin laboratoriyası hesab olunur.

Qaraciyər biokimyəvi laboratoriya olub, orqanizmə daxil olan qida, su və havanın tərkibində olan zərərli maddələri təmizləyib süzgəcdən keçirir. Qəbul etdiyimiz qidalarda, suda və havada kifayət qədər zərərli maddələr mövcuddur. Məhz, qaraciyər bu maddələri zərərsizləşdirmək üçün çalışır və qanın təmizlənməsini təmin edir.

Qaraciyər lal orqandır

Qaraciyər yeganə orqandır ki, hər hansı patoloji prosesə məruz qaldıqda ağrı hissi olmur, çünki qaraciyərdə ağrı reseptorları yoxdur. Qaraciyər xəstəlikləri, adətən uzun müddət ərzində əlamətlərini büruzə vermədən davam edir və bir çox hallarda gecikmiş mərhələlərdə aşkar olunur. Qaraciyərdən fərqli olaraq onun xarici qişası sinir hüceyrələri ilə əhatə olunmuşdur. Ağrı qaraciyərin həcminin böyüməsi nəticəsində meydana çıxa bilər. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrının olması, orqanın hər hansı bir patoloji prosesə məruz qalmasının əlaməti ola bilər.

Qaraciyəri zədələyən amillər

Qaraciyərin özü özünü bərpa etmək qabiliyyəti güclü olsa da (regenerasiya) bəzi amillər var ki, onlar qaraciyərə çox ciddi ziyan vurur, qaraciyəri məhv edir. Bu amillər hansılardır?

Spirtli içkilər: kişilər 40-60 qr, qadınlar isə 20-30 qr davamlı olaraq təmiz spirtdən istifadə etdikdə qaraciyərin alkoqol zədələnməsinə səbəb olur və qaraciyər iltihabı - hepatit yaranır. Qaraciyərin alkoqol zədələnməsi dedikdə qəbul edilən spirtli içkinin növü deyil, sutkalıq etanolun miqdarı vacibdir. Məs: 10ml etanol 25 ml-araqda, 100ml şərabda, 200ml pivədə aşkarlanır.

Virus hepatitləri: virus hepatitləri qaraciyər xəstəliklərinin, o cümlədən qaraciyər sirrozu və xərçənginin əsas səbəbidir. Bu viruslar əsasən qan vasitəsilə (cərrahi əməliyyat, dişlərin müalicəsi, qanköçürmə və s.) bir insandan digərinə keçir.

Dərmanlar: müxtəlif xəstəliklərin müalicəsi zamanı uzun müddət dərman preparatlarının qəbulu qaraciyərin zədələnməsinə səbəb olur.

Sağlam olmayan qidalanma: qidalanmada fast food, yağlı, qızardılmış (kabab), hisə verilmiş qidaların, şəkərin, şirniyyatların, trans yağların (marqarin və s.) həddindən artıq çox olması qaraciyərin sağlamlığı üçün olduqca ziyanlıdır.

Qaraciyər zədələnməsinin əlamətləri

Qaraciyər zədələnməsi özünü bir çox əlamətlərlə büruzə verir; sağ qabırğaaltı nahiyyədə ağrı, daima yuxulu, halsız olmaq, baş ağrıları, bağırsaq funksiyasının pozulması (qəbizlik və ya ishal), yeməkdən sonra tez doyma hissi, qarında şişkinlik, köp, ürəkbulanma, qusma, ağızda pis qoxunun olması, sürətlə kökəlmək və artıq çəki, dəridə damar ulduzcuqlarının yaranması, quruluq hissinin olması, üzdə səpkilərin yaranması, gecələr qaşınma, sidik və nəcisin rənginin dəyişməsi, saç tökülməsi və kəpək, gözün ağlı qişasında sarılıq və s.

Qaraciyərin sağlamlığı mütləqdir

Qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün bu orqanın profilaktik olaraq qorunmasına xüsusi diqqət yetirmək lazımdır.

ASKOLİV kapsulları tərkib komponentlərinin sayəsində qaraciyər zədələnməsinin qarşısını alır, zədələnmiş qaraciyər funksiyalarını bərpa etməyə kömək edir. Tərkibində olan L-ornitin qaraciyərin patoloji təsirlərə qarşı müqavimətini artırır, detoksifikasiya funksiyasını gücləndirir, qaraciyərin funksiyalarını bərpa etməyə kömək edir. L-qlütation ağır metalları, dərman qalıqlarını, toksinləri, zərərli maddələri orqanizmdən xaric edir, immun sistemi gücləndirir, kimyaterapiya qəbul etmiş xəstələrdə zərərli və zədələyici təsirləri azaldır. Ənginar yarpaqlarının ekstraktı qaraciyər qoruyucusudur. Həmçinin, qanda şəkərin azalmasına kömək edir. Adi alaqanqal qaraciyərin toksiki zədələnmələrində, kəskin və xroniki hepatitdə, qaraciyər sirrozunda, lipid mübadiləsi pozğunluğunda və qaraciyər distrofiyasında effektiv təsir edir.

ASKOLİV 1 kapsuladan gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə sonra qəbul olunur.

ASKOLİV kapsullarını şəhərimizin apteklərindən əldə edə bilərsiniz.

Qaraciyər niyə ZƏDƏLƏNİR? - Tez hərəkətə KEÇİN (ASKOLİV)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 04 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 512
.

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub. "Report" xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub. Məlumata görə, bu gün səhər saatlarında güclü yağış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təsərrüfatlara ziyan vurub. Hazırd

15:37 0
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 259
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

14:42 114
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 156
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

16:34 0
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

14:26 159
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

14:15 142