Ağstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

Ağstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEOBakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətləri stabildir.

16:58

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən üç nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Bu barədə "Report"un bölgə müxbiri xəbər verir.

Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qeyd edək ki, hadisə "Toyota" və VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

15:44

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Ağstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEOAğstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEOAğstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEOAğstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEOAğstafada avtomobil qəzasında xəsarət alanların vəziyyətləri açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO14:49

Ağstafadakı dəhşətli qəzada ölən və xəsarət alanların sayı açıqlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində "Toyota" və VAZ-2107 markalı avtomobilin toqquşduğu məlum olub. "Toyota" markalı avtomobilin altı sərnişini yaralanıb, VAZ-2107 markalı avtomobildə olan beş nəfərdən üçü həlak olub".

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

14:23

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, qəzada bir neçə nəfər ölüb, beş nəfərdən çox yaralı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 29 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyəli oxçu tarixə düşdü

Türkiyəli oxçu Mete gazoz Avropa çempionu olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Beləliklə, Mete Gazoz olimpiyada, Dünya və Avropa Çempionatlığını qazanan ilk oxçu olaraq tarixə düşüb

13.05.2024 432
.

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan "Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-c

13.05.2024 721
.

"COP29 beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır"

"COP29 tədbiri Azərbaycanın müstəqillik tarixində miqyasına görə ilk beynəlxalq tədbir olacaq. Bu Azərbaycan üçün böyük sınaqdır ki, belə bir tədbir məhz ölkəmizdə keçiriləcək. Bundan əvvəl olan tədbirlər kimi, bu tədbirində ölkəmiz üçün bir neçə müstəvidən olduqca vacib əhəmiyyəti var. Birincisi

14:54 127
.

Blinken Kiyevə gedib

ABŞ dövlət katibi Antoni Blinken Kiyevə gedib. BİG.AZ xəbər verir ki, səfərin məqsədinin Ukraynaya hərbi yardım olduğu bildirilib. Qeyd edək ki, ABŞ dəfələrlə Ukraynaya dəfələrlə yardım edib

15:04 105
.

Belçika Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayıb

Belçika Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında Almatıda aparılan son danışıqları alqışlayıb. xəbər verir ki, bu barədə nazirlik X sosial şəbəkəsində paylaşım edib. "Belçika Ermənistan və Azərbaycan arasında mayın 10-11-də danışıqların yeni raundunu, sərhədin delimitasiyası üçü

21:00 0
.

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsini

10:50 229
.

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Yemək bizi xoşbəxt edən əsas vasitələrdəndir. Bu, elmi cəhətdən də sübut olunub. Yaxşı bəs düzgün və qədərində yeməyi bacarırıq? Yoxsa israfa yol veririk? Xüsusən də restoranlarda yeyə biləcəyimizdən daha çox sifariş edəndə bu hal baş verə bilir. Bəzi restoranlarda müştəri qabağından qalan, əl toxunulmamı

20:59 0
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddi

10:56 631
.

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafiz

20:34 88