"Baku Electronics"in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKT

"Baku Electronics"in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKTSon illər Azərbaycanın istehlak bazarında ciddi problemlərin şahidi oluruq. İldən-ilə Azərbaycanın ticarət şəbəkəsində ad qazanan nəhəng şirkətlərdən şikayətlənənlərin sayı durmadan artır. Marka və məhsullarını fəaliyyət göstərdikləri ölkələrin reklam lövhələrində tanıdan bu şirkətlər istehlakçıların pulunu alıb, onlara keyfiyyətsiz mallar satırlar. Ən çox şikayətlər isə məişətdə istifadə olunan mürəkkəb-texniki cihazların satışı ilə bağlı olur.

Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq isə sonradan müşkül məsələyə çevrilir.

Əvvəlcə müştərisinə "yağlı" vədlər verib məhsulunu "sırıyan" şirkət problem yarananda məsələdən çox rahatlıqla sıyrıla bilir. Keyfiyyətsiz məhsuluna toz qondurmamaq üçün şikayətlənən müştərisinə kömək etmək əvəzinə, müxtəlif variantlar gətirirərək, öz təbirlərində istehlakçını günahkar çıxarmalı olurlar.

Belə şirkətlərdən biri "Samsung" un rəsmi distribütoru olan "Baku Electronics "ticarət mərkəzidir. Bu dəfə redaksiyamıza adının açıqlanmasını istəməyən Bakı sakininin 4 ay əvvəl "Baku Electronics" dən aldığı qaz plitəsinin keyfiyyətisz və nasaz olması ilə bağlı şikayət daxil olub.

Vətəndaşın bildirdiyinə görə aldığı müddətdə məişət cihazı doğru-dürüst işlək vəziyyətdə olmayıb. Əksinə ailə üçün əməlli-başlı kabusa çevrilib:

"Dekabrın 14-də "Baku Electronics "in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi aldım. Evə gətirilib quraşdırılandan bir neçə gün sonra partlayış səsindən dik atıldıq. Qaz plitəsindən çıxan partlayışın zərbəsi yaşadığım binadakı işıq sistemini bütünlüklə sıradan çıxarmışdı. Dərhal şirkətin servisinə məlumat verdik. Servis əməkdaşı plitəni yoxlayandan sonra partlayışı elektrikdə olan problemlə əlaqələndirdi. Bir müddət sonra analoji hal yenidən yaşandı.

Təkrar servis əməkdaşına müraciət etməli olduq. Cihazı yoxlayan servis əməkdaşı bu dəfə məhsulun nasaz və istifadəyə yararsız və dəyişdirilməli olduğunu bildirdi. Şirkət isə məhsulun 21 gün sonra dəyişdirilə biləcəyini deyir".

Nasaz məhsulla aldadılan müştəri problemin yerində həll edilməməsindən gileylənib. Onun sözlərinə görə özləri ilə yanaşı yaşadıqları binadakı sakinləri, eləcə də bütün elektrik şəbəkəsini təhlükə altına salan plitənin bu qədər uzun müddətə dəyişdirilməsi anlaşılan deyil:

"Halbuki bu durumdan şirkət də xəbərdardır. Dəfələrlə müraciətlərimizə baxmayarq eyni cavab verilir. İndi nə edək? Günümüzü partıltı səsi ilə açıb, 21 günü gözləyək? İstifadəsi mümkün olmayan plitə ilə binanın işıq sistemini sıradan çıxara-çıxara yaşayaq? İstehlakçıya vəd etdikləri yüksək xidmət budur? Artıq zənglərimizə belə məhəl qoyulmur".

Şikayətçi üzləşdiyi problemdən dolayı vətəndaşları da ayıq-sayıq olmağa çağırıb.

Məsələ ilə bağlı "Bakı Electronics"lə əlaqə saxladıq.

Şirkətin nümayəndəsi Ozan Okumuş Bizim.Media-nın sorğusuna cavab olaraq problemin araşdırılacağını bildirib.

Mövzunu diqqətdə saxlayacağıq...

"Baku Electronics"in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKTBizim.Media


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1242   Tarix: 28 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 158
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 166
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

28.04.2024 173
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 187
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 205
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

28.04.2024 276
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 142
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 134
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 171