Son 4 ayda itirdiyimiz AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Son 4 ayda itirdiyimiz AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHISon zamanlar Azərbaycan sənət aləmində bir çox tanınmış şəxs həyatını itirib. Onlar arasında tanınmış Xalq artistləri və Əməkdar artistlər var.

BAKU.WS son dörd ayda itirdiyimiz azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Əməkdar artist Tünzalə Əliyeva

2023-cü il qədəm qoyar-qoymaz əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən vəfat etdi. Yanvarın 22-də vəfat edən 49 yaşlı aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn olundu.
Qeyd edək ki, Tünzalə Əliyeva ATV kanalında nümayiş etdirilən "Çal-çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısı olub. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı idi.

Xalq artisti Ramiz Novruz

Xalq artisti Ramiz Novruz fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aktyor Yasamal rayonunda yerləşən evindəki vida mərasimindən sonra "Qurd qapısı" qəbiristanlığında dəfn edildi.
Qeyd edək ki, R.Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatrda xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti Əli Əsgərov

Ramiz Novruzdan iki gün sonra tanınmış vokalçı, Xalq artisti Əli Əsgərov fevralın 23-də vəfat etdi. Sənətçi 62 yaşında dünyasını dəyişdi.

Xatırladaq ki, Əli Əsgərov 1961-ci ilin noyabrın 25-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. Xalq artsiti 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. O, 2012-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

İlahiyyatçı Hacı Şahin Həsənli
Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişdi. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirdi. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olundu.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Əməkdar artist Yasəf Eyvazov

Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazov martın 7-də dünyasını dəyişdi. Onun ölümü ilə bağlı məlumatı Əməkdar artist Rəşad İlyasov təsdiqləmişdi. Yasəf Eyvazovun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Y.Eyvazov Xalq artisti Şəfiqə Eyvazovanın qardaşıdır.

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev

Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor, prodüser Oqtay Əliyev martın 22-də ağır avtomobil qəzası keçirdi. Nəticədə o vəfat etdi. Podüserin dəfnində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak etdilər. Rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olundu.
Qeyd edək ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

Xalq artisti İrana Tağızadə

Aprelin 7-də Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə səhər saatlarında vəfat etdi. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yaydı. Xalq artisti ürək tutmasından vəfat etdi. Tağızadə "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı. Qeyd edək ki, İrana Tağızadə aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Xalq artisti Azər Paşa Nemətov

Xalq artisti Azər Paşa Nemətov aprelin 9-da vəfat etdi. Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat yaydı. 75 yaşlı rejissorun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib. Bu barədə Xalq artisti Rafiq Əzimov BAKU.WS-ə açıqlamasında bildirib. Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirildi. Daha sonra o kinci Fəxri xiyabanda dəfn olundu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 25 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 937
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1662
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 450
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 160
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 273
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 184
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 516
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 222
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 443