Azərbaycandan İrana xəbərdarlıq: Konkret addımlar atılacaq

Azərbaycandan İrana xəbərdarlıq: Konkret addımlar atılacaqİran Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydəri Azərbaycana münasibətdə böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri Azərbaycanda guya sionist qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularının istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir.

Bu sərsəm açıqlamaya Azərbaycan Müdafiə Nazirliyi cavab verərək bildirib ki, Azərbaycanda sionist qüvvələrin olması və 44 günlük müharibədə Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etməsi çirkin iftira və böhtandır. Generalın "İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcək" fikrinə cavab olaraq isə nazirlik bildirib ki, İrəvan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlasa da, İran bir dəfə də olsun Ermənistana qarşı ittihamedici açıqlamalar verməyib. Nazirlik bəyanatda İranı terrorizmi dəstəkləyən dövlət adlandırıb.

Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığı Tehran üçün ciddi bir siqnal olmalıdır:

Azərbaycandan İrana xəbərdarlıq: Konkret addımlar atılacaq"İran unutmamalıdır ki, Azərbaycanın müttəfiqləri - Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Bakının yanındadır. İran bir sıra hallarda həddini aşan bəyanatlar verir. İran Quru Qoşunları komandanının son bəyanatı da həmin tendensiyanın davamıdır.

İran heç bir əsas, dəlil olmadan Azərbaycanı müxtəlif cinayətlərdə suçlayır. Yaxşı olar ki, onlar daxili problemlərini həll etsin. İranla bağlı böyük güclərin planları mövcuddur. 2023-cü ildə onlar tərəfindən mütləq mənada İrana qarşı müəyyən addımlar atılacaq. Tehran bu barədə düşünməlidir. Bunun əvəzində, heç bir əsas gətirmədən Azərbaycanı yersiz yerə ittiham edir. Azərbaycan Ordusu öz gücünə torpaqları işğaldan azad edib. İran isə bu zaman bəzi addımları ilə müəyyən problemlər yaratmağa çalışıb.

İranı daha çox qıcıqlandıran Azərbaycan-İsrail münasibətləridir. Bakı ilə Təl-Əviv arasında münasibətlər üçüncü dövlətə qarşı çevrilmədən artan xətt üzrə gedəcək. İran bunu başa düşməlidir. Tehran Quranı təhqir edən Ermənsitanla qardaşlaşır. Bu ürəyimizdən olan vəziyyət olmasa da, ona da sakit yanaşırıq. İran tərəfindən səslənən belə bəyanatların heç bir hüquqi və mənəvi əsası yoxdur. İran bu kimi çirkin əməllərindən əl çəkməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 207
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 402
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

28.04.2024 314
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

28.04.2024 176
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 162