"Qalatasaray"ın baş məşqçisi: "Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik"

"Qalatasaray"ın baş məşqçisi: "Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik"Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk Bakıda "Qarabağ"a qarşı keçirdikləri xeyriyyə oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, o, matçı belə şərh edib:

"Bu stadionda azərbaycanlı qardaşlarımızla olduğumuz üçün sevincliyik. Dünən möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evdəki kimi hiss etdik. Matçın məramı zəlzələdən əziyyət çəkənlərə yardım etmək idi. Digər məsələ də iki ölkənin qardaşlığı idi. Buradakı "Qalatasaray" azarkeşləri ilə görüşdük. Əla qarşılandıq. "Qarabağ"a, bu gün tribunalarda olan azarkeşlərə təşəkkür edirəm. Gözəlk futbol gecəsi yaşadıq. Oyunu dəyərləndirsəm, matçın əvvəlindən sona qədər "Qarabağ"ı daha oyunun içində gördüm. Bəlli anlarda daha konsentrasiyalı olduq. Uzun müddət oynamayan futbolçular meydanda idi. Bunlar da təsir etdi. Qələbə qazandıq. Buna görə xoşbəxtik. Amma ən çox burada olduğumuza görə sevinirik".

49 yaşlı mütəxəssis bundan sonra da ölkəmizə gələcəklərini söyləyib:

"Bu gün başlanğıc oldu. "Qarabağ"la dostluğumuz davam edəcək. Biz də gələcəyik, onlar da qonağımız olacaq. Dünən gec vaxtda gəldik. Bu çətinliklər bizə mane olmadı. Bu gün nəticəni düşünmədik. Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik. Bunun davam etməsini istəyirik. Belə möhtəşəm ab-havanı hər yerdə tapmaq olmur. Çox da yaxşı komandaya qarşı oynadıq".
O.Buruk "Qarabağ"da hansı oyunçuların diqqətini çəkdiyi ilə bağlı sualları belə cavablandırıb:

"Ümumi olaraq çox yaxşı komandadır. Bir çox oyunçuları millidə idi. Bu gün önə çıxan futbolçular oldu. Komanda şəklində çox bəyəndim. Yaxşı baş məşqçiləri var. Digər komandalardan da oyunçular cəlb etmişdilər. Ümumən, komanda şəklində çox hazır idilər. Avrokubok oyunu keçirirmiş kimi idilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 982   Tarix: 26 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972