Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar

Anasının sevgilisi ilə 20 il yaşadı - Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlarKulis.az türkiyəli aktrisa Türkan Şoray haqqında maraqlı faktları təqdim edir.

Türkan Halit qızı Şoray 28 iyun 1945-ci ildə İstanbulda maddi imkanları məhdud ailədə anadan olub. Atası dəmir yolunda növbətçi işləyib. Anası Meliha Şoray isə evdar qadın olub.

Orta məktəb təhsilinə Rami Taş məktəbində başlasa da, daim bir yerdən başqa yerə köçdükləri üçün Türkan orta məktəbi 1956-cı ildə Feriköy orta məktəbində tamamlayır.

1954-cü ildə onun valideynləri boşanırlar. Türkan və digər bacı-qardaşları anası ilə birgə yaşamağa davam edirlər. Orta məktəbi başa vurandan sonra Türkan kirayə qaldıqları ev sahibinin qızı Emel Yıldızla tanış olur və onun köməyi ilə kino sahəsinə daxil olur.

Emel Yıldız həmin vaxt "Kənddə bir qızı sevdim" filmində baş rola çəkilir. Bir gün o, Türkanı da filmin çəkiliş meydançasına aparır. Burada o, filmin rejissoru Türker İnanoğlu ilə tanış olur. İnanoğlu baş rola Türkan Şorayın daha uyğun olacağına qərar verir. Beləliklə, 1960-cı ildə Türkan debütünü edir.

1960-cı illərin əvvəllərində Şorayın şöhrəti Türkiyəyə yayılmağa başlayır. Ard-arda filmlərə dəvət alır, kino adamları ilə tanış olur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadıqları "Acı həyat" filmi Şoraya ilk "Qızıl Portağal" mükafatını qazandırır. Bu filmdə manikürçü Nərmin rolu aktrisanın karyerasında əhəmiyyətli yer tutur.

Şöhrətinin artması ilə kişilərin diqqətini cəlb edən aktrisa günlərin birində film çəkilişi zamanı özündən xeyli böyük olan iş adamı Rüçhan Adlı ilə tanış olur.

Rüçhan Adlının Şorayın həyatında mühüm yeri olur. Ata məhəbbətindən, sevgisindən məhrum böyüyən aktrisa bu sevgi və qayğını Adlıda taparaq 20 il onunla birgə yaşayır.

Ancaq deyilənlərə görə, Gülsen İşer adlı jurnalist Müslüm Gürsesin xanımı haqqında yazdığı "Ömrüm boyu ağladım" adlı kitabında Rüçhan Adlının Türkan Şoraydan əvvəl onun anası Meliha Şoray ilə sevgi münasibətində olduğunu yazır.

Şorayın "sultan" olmasında və qanunlarının formalaşmasında Adlının böyük rolu olub. Adlı göndərdiyi gül buketlərinə bağladığı kartlarda və ya qoyduğu qeydlərdə Şoraya həmişə "Sultanım" deyə müraciət edirmiş. Bir müddət sonra həmin söz Şorayın ləqəbinə çevrilir.

1966-cı ildə Türkan bir-birinin ardınca çoxsaylı filmlərə çəkilir. Kinoteatrlarda ancaq onun eyni mövzuda çəkildiyi filmlər nümayiş olunur. Bu isə onun əleyhinə işləməyə başlayır. Aktrisa seçici davranmağa, çəkiləcəyi filmlərin müqabilində yüksək qonorar tələb etməyə başlayır. Ancaq bu da film istehsalçıları tərəfindən onun qara siyahıya salınmasına səbəb olur. Belə olan halda Şoray prodüserlərinin və menecerlərinin köməyi ilə 18 bənddən ibarət qaydalar formalaşdırır. Və təklif olunan hər bir ekran işi üçün bu qaydaları təqdim edir.

1977-ci ildə aktrisa Kadır İnanırla birgə "Selvi boylum, al yazmalım" adlı filmə çəkilir. Bu film aktrisanın karyerasında böyük rol oynayır.

1983-cü ildə aktrisa iyirmi il birlikdə yaşadığı Rüçhan Adlıdan ayrılır. Elə həmin ildə o, kino və teatr sənətçisi Cihan Ünalla ailə qurur. Bu evlilikdən onların Yağmur adlı qızları dünyaya gəlir. Ancaq dörd il sonra cütlük ayrılmaq qərarı verir.

Çoxları aktrisanın iyirmi il birlikdə olduğu Rüçhan bəyi sevdiyini iddia etsələr də, aktrisa verdiyi müsahibələrdə və açıqlamalarda qızının atasını sevdiyini hiss etdirib. Türkan Şoray müsahibələrinin birində deyir:

"Rüçhan bəy mənim üçün ata kimi idi, çünki o, məndən xeyli yaşlı idi. Cihan bəyin hər zaman ürəyimdə yeri var. Ölənə qədər də belə olacaq. Ən qiymətli varlığım olan qızım Yağmurun atasıdır Cihan bəy. Çox yaxşı atadır. Yağmurun bütün özəl günlərində bizimlə olub, hər zaman bir yerdə olmuşuq".

Bəzi yerli mənbələrdə aktrisanın ata tərəfdən naxçıvanlı olduğu yazılır. Bu haqda o, müsahibələrinin birində deyir:

"Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir".

77 yaşlı aktrisa karyerası boyu 222 filmə çəkilib. Dəfələrlə ölkədə və ölkədən kənarda çoxsaylı mükafatlar qazanıb. Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi adını qazanıb. "Sinemam ve ben" adlı kitabın müəllifidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1889   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960