Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evə həbs qoyulub

Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evə həbs qoyulub"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər elan olunub.

İş üzrə sənədlərin tədqiqi zamanı prosesə sədrlik edən hakim üzərinə həbs qoyulmuş 70 milyonluq əmlakların tam siyahısı və orta bazar qiymətlərini elan edib.

Üzərinə həbs qoyulmuş əmlaklardan biri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbidir. Bazar dəyəri 22 milyon 487 min 150 manat qiymətləndirilmiş məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yerləşən şirkətin avadanlıqları və torpaq sahəsinin qiyməti isə 30 milyon 800 min manat təşkil edib.

Rasim Məmmədova məxsus digər əmlaklara isə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 550 min manatlıq iki bağ evi, Sabunçu rayonunda yerləşən 120 min manatlıq iki mağaza, Yasamal rayonu, Şərifzadə küçəsində 2 milyonluq qeyri-yaşayış sahəsi daxildir. Həmçinin təqsirləndirilən şəxsin yaxınlarına məxsus bir neçə əmlakın da üzərinə həbs qoyulub.

Əmlaklarla bağlı sənədlərə baxış zamanı Rasim Məmmədov həbs qoyulmuş Bakı Oksford Məktəbinin 50 faizinin onlara, digər hissəsinin isə adını çəkmək istəmədiyi başqa şəxsə aid olduğunu deyib. O, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən mənzilin isə qayınatasından miras qaldığını bildirib. Rasim Məmmədov həbs qoyulmuş Nəsimi rayonunda, "Təzə bazar"ın yaxınlığında yerləşən iki evdən birini Xalq artisti Aygün Kazımovadan aldığını deyib: "Evi Aygün Kazımovadan 2009-cu ildə almışam. Həmin binada nazirdən tutmuş, müğənniyə qədər yaşayanlar var idi".

İttiham olunan şəxsin vəkili Zibeydə Sadıqova və Pərviz Məmmədov isə müvəkkilləri ilə yanaşı bir sıra şəxslərin də əmlakları üzərinə həbs qoyulmasının əsassız olduğunu deyiblər.

"Həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb", vəkillər əlavə edib.

Poses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1228   Tarix: 18 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:28 164
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18:50 128
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

21:00 58
.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17.05.2024 1036
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

22:30 0
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 227
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

19:40 95
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18:30 120
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

17:20 139