Dodaqlara qulluq edilmə qaydası

Dodaqlara qulluq edilmə qaydasıDodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur.

Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir.

Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır).

Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.

Bəs dodaqları necə gözəl və sağlam etmək olar? Buna nail olmaq üçün dodaqları hər gün səliqə ilə, dərini dartmadan təmizləmək lazımdır. Heç bir halda dodaqlarınızda pomada ilə yatmaq olmaz.

Daimi olaraq davamlı dodaq pomadalarından da istifadə etmək olmaz. Dodaqları təmizləmək üçün üzərinə kosmetik süd və ya xüsusi yumşaq lasyon sürtülmüş pambıq disklərdən istifadə etmək lazımdır.

Orta hesabla 2 həftədə 1 dəfə olmaqla dodaqlara pilinq (skrablama) etmək lazımdır. Bu yolla biz onları ölmüş hüceyrələrdən təmizləyərək, dodaq dərisində qan dövranının və maddələr mübadiləsinin yaxşılaşmasına nail oluruq.

Hazırda məhz dodaqların zərif dərisi üçün nəzərdə tutulmuş müxtəlif çeşidli xüsusi skrablar əldə etmək olar. Bu məqsədlə tərkibində polietilen qranulaları (dənələri) olan skrablara üstünlük verməyinizi məsləhət görürük.

Belə ki, onlar dodaq dərisini daha incəliklə təmizləyirlər. Heç bir halda dodaqlar üçün içərisində bərk hissəcikləri olan skrablardan istifadə etməyin!

Hal-hazırda satışda qommaj adlanan kosmetik vasitələr (krem) vardır. Qommaj dəriyə sürtüldükdə dərinin ölmüş qatını zərifliklə əridir. Qommajdan dodaqların zərif dərisi üçün də istifadə etmək olar.

Dodaqlar üçün skrabı ev şəraitində də hazırlamaq olar. Bunun üçün yulaf yarmasını ("herkules") gəhvə üyüdücü maşında xırdalayaraq, üzərinə bal və ya yağı az olan xama əlavə edib qarışdırın. Yumşaq salfeti ilıq suda isladın, yaxşıca sıxıb 3-5 dəqiqə müddətinə dodaqlarınızın üzərinə qoyun. Sonra hazırladığınız qarışığı (skrabı) dodaqlarınıza sürtün və ağız bucaqlarından mərkəzə doğru olmaqla yüngül masajedici dairəvi hərəkətlər edin. Bu proseduranı dodaqlar önə çəkilmiş vəziyyətdə (sanki öpüşürsünüz) etmək daha rahat olur.

Təmizlənməsindən savayı, dodaq dərisinin qidalandırılması və nəmləndirilməsi də tələb olunur. Onun nəmləndirilməsi və qidalandırılması üçün xüsusi vasitələrdən istifadə edilməsi daha yaxşı olar. Bu məqsəd üçün xüsusi dodaq balzamları və müalicəvi pomadalar vardır. Onları makiyajın altından da çəkmək olar. Onlar dodaq dərisinin qurumasının və çatlamasının qarşısını almaqla yanaşı, müalicəvi təsir də göstərirlər. Belə ki, onların təsirindən dodaqlar günəşin və küləyin zərərli təsirindən də qorunur, dodaqda olan kiçik çatlar isə sağalır. Bundan başqa, krem şəklində olan xüsusi qidalandırıcı vasitələr də mövcuddur ki, onlar həm dodaq dərisini qidalandırır, həm də nəmliyini saxlayır. Onlardan axşam saatlarında istifadə etmək məsləhət görülür. Kremi dodaqlarınıza sürtdükdən sonra barmaqlarınızın yastıqçaları ilə onları yüngülcə döyəcləyin.

Dekorativ kosmetik vasitələrdən istifadə etməyən qadınlar da istənilən halda dodaqlarının qurumasına yol verməmək üçün dodaqlarına krem, balzam və s. nəmləndirici və qidalandırıcı vasitələri sürtməlidirlər. Mağazalarda satılan vasitələrdən savayı, dodaqlara bu məqsədlə kərə və ya bitki yağı və xama da sürtmək olar.

Dodaqların qırmızı haşiyəsinin quruluğu zamanı dodaq pomadasından istifadə etməzdən əvvəl, dodaqlara gigiyenik karandaş və ya qidalandırıcı krem sürtmək lazımdır. Sizin bütün səylərinizə baxmayaraq dodaqlarınızın dərisi yenə də quru qalırsa, çatlayırsa, qabıq verirsə və s., bu halda mütləq həkimə müraciət edin. Çünki dodaqlardakı bu proseslər hər hansı bir dəri və ya daxili orqanın xəstəliyi nəticəsində də baş verə bilər.

BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 830   Tarix: 18 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İyirmilik (G20) ölkələri arasında yalnız Səudiyyə Ərəbistanının neft və qaz şirkəti "Saudi Aramco" öz ölkəsinin ümumi daxili məhsulunu (ÜDM) üstələyən kapitallaşmaya malikdir. Açıq statistik məlumatlara əsasən, bu həftənin əvvəlində "Saudi Aramco"nun bazar dəyəri 1,933 trilyon dolla

12.05.2024 253
.

Xaqani bağı ətrafında yenidənqurma işləri başlayıb

Bakıda yerləşən Xaqani bağının ətrafında yenidənqurma işləri başlayıb. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir müddət öncə Xaqani bağının ətrafı avtomobillər üçün bağlanmışdı

12.05.2024 282
.

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqalədə bildirilib. Tədqiqatın müəllifləri iddia ediblər ki, "hüceyrədən hüceyrə" adlandırılan yeni material suda əla dayanıqlıq nümayi

11.05.2024 359
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 500
.

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

Hər frazeoloji ifadənin, el məsəlinin arxasında mütləq unudulmuş bir fakt dayanır. -ın "Belə yaranıb" rubrikasında bu gün təqdim edəcəyi "həftə səkkiz, mən doqquz" ifadəsi də istisna təşkil etmir. Bu fikir necə dildən-dilə düşüb ondan bəhs edəcəyik. Bu məsəl qədimdə bir çox xalqları

12.05.2024 390
.

Sürətli bahalaşma dövrü bitdi? - ARAŞDIRMA

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (2024-cü ilə 3,5 və 2025-ci ilə 4,2 faiz) azaldıb. Məlumata görə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. "Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilind

16:10 0
.

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu ilə bağlı proqnoz təqdim ediblər. Tədqiqat "The Lancet" elmi jurnalında dərc olunub. Hesablamalara görə, 2022-2050-ci illər arasınd

10:10 153
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.05.2024 1022
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

14.05.2024 4910