Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddurCari ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Səfər zamanı təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkə başçımız çıxış edərək iki ölkə arasındakı iqtisadi,siyasi münasibətlərə və ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətlə bağlı məqamlara toxunmuşdur.
Prezident İlham Əliyev Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.
Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətlərindənolduğunu bildirən dövlət başçımız bildirmişdir: "Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır".

Aysel Mənsimova - politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 600   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 240
.

"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQ

Son zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır. Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Estetik dəyişikliklərə bu qədər təlabat olması nədən irəli gəlir? . Mövzu ilə bağlı BİG.AZ-A sosioloq Lalə Mehralı açıqlama verib. O bildirib ki, ölkədə çox qızlard

16.05.2024 394
.

"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasınd

16.05.2024 284
.

Azərbaycanda maşın uşaq bağçasına çırpılıb, ölən və yaralanan var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb. "Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Əsgəro

10:04 238
.

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

"Kurtlar vadisi pusu" serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib. Axşam.az xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:. "Mən hazırda Rumıniyada yaşayıram

16.05.2024 392
.

Ermənistanın xarici işlər naziri Strasburqda Ovyedo Konvensiyasını imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Strasburqa işgüzar səfəri başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Mirzoyan Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin iştirakı ilə Biologiya və Təbabətin Tətbiqi ilə bağlı İnsan Hüquqlarını

16.05.2024 250
.

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - VİDEO

"Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib". Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib. O bildirib ki, Könül fevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamil

16.05.2024 1720
.

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

16.05.2024 886
.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16.05.2024 601