Rusiyanın Polşaya raket atması hansı mesajı verir? - Ekspertdən AÇIQLAMA

Rusiyanın Polşaya raket atması hansı mesajı verir? - Ekspertdən AÇIQLAMA"Rusiya raketlərinin Polşa ərazisinə düşməsini biz, təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya dəstək verən ölkələrin bu müharibədəki maraqları fonunda qiymətləndirməliyik. Təbii ki, indi Rusiya tərəfi əgər bunları bilərəkdən etmədiyini demək istəsə belə, bunu Ukrayna üzərinə yönəltməlidirlər".

Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Ekspertin sözlərinə görə, Polşaya Rusiya raketinin düşməsinin səbəbi Rusiyanın Polşaya da mesaj vermək istəməsi olub:

"Düşünürəm ki, Rusiya bunu etməklə də NATO-nun reaksiyasını test edir. Biz bilirik ki, Şimali Atlantika alyansına daxil olan ölkələrin Ukraynaya hərbi maliyyə, hərbi-texniki dəstəyi həyata keçirilir və əsas hərbi təminat yolları Polşadan keçir. Əslində bu raketlərin Polşa ərazisinə yönlənməsinin səbəbi Rusiyanın Polşaya da mesaj vermək istəməsi olub. Yəni demək istəyir ki, "əgər siz bu dəstəyi davam etdirəcəksinizsə, sizə də qarşı bu raketləri tətbiq edə bilərik".

İkinci bir variantda isə, Şimali Atlantika alyansına daxil olan ölkələr həmin alyansa daxcxil olan Polşanı müdafiə etsə, Rusiya bunu, təbii ki, Ukrayna üzərinə atacaq, yaxud "yanlışlıqla olub" deyəcək.

Biz Rusiyanın atacaqları raketlərin dəqiq olmadığını, hədəfdən çox uzaq məsafələrə, fərqli hədəflərə gedəcəyini bilirik. Yəni Rusiya raket tətbiqi zamanı bəzən bir hədəfə atdığı halda başqa bir hədəfə düşüb. Ona görə də Şimali Atlantika alyansının müqaviləsində belə bir anlaşma var ki, hər hansı bir ölkənin ərazisinə təhdid və təhlükə yaranarsa, kollektiv cavab verilməlidir.

Rusiya əslində özü də bəyan edir ki, artıq NATO ilə əməliyyatlar fonunda döyüşür. Bu, o deməkdir ki, NATO-ya daxil olan ölkənin ərazisinə Rusiyanın raketinin düşməsi NATO-nun da marağında olacaq. Bunun qarşılığında Ukraynaya verəcəkləri silahların həcmini artıracaqlar.

Ona görə də düşünürəm ki, Rusiyanın bu zərbələri əslində birbaşa Ukrayna qüvvələrinə ciddi müqavimət göstərə bilməməsi səbəbindəndir. Yəni Rusiya istəyir ki, Şimali Atlantika alyansına daxil olan ölkələrin siyasi rəhbərlikləri müharibəni dayandırmaq üçün Ukraynanı məcbur etsinlər. Ukraynanın özündə, Kiyevdə və digər şəhərlərdə elektrik enerjisinin, mülki infrastrukturun bombalanmasının səbəbi budur. Polşaya da raketlərin atılması xüsusən Lvov üzərindəndir, çünki ora Avropadan gələn yolun üzərindən əsas texniki təminat mərkəzidir.

Bununla da Rusiya Ukraynanı elə vəziyyətə gərirməyə çalışır ki, Rusiya Dnepr çayı sahillərində mövqelənsin, müharibəni dayandırsın və artıq diplomatik masada dialoqlara çevrilsin.

Düşünürəm ki, Rusiyanın niyyəti bu olsa belə, qarşısındakı güc Rusiyanın çökməsi, ərazilərinin siyasi, iqtisadi qlobal güc statusundan düşməsi üçün müharibənin davamını itəyəcək. Bu ölkələr bütün maddi və hərbi imkanlarını ortaya qoyacaqlar ki, başlamışkən birdəfəlik Rusiyanın siyasi, hərbi gücünü əlindən alsınlar".

Xatırladaq ki, dünən Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Polşa ərazisinə düşüb. Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib. Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. BİG.AZ -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər

16.05.2024 1506
.

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlak

16.05.2024 639
.

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kv.m. olan bir-birin

16.05.2024 319
.

Heydər Əliyev Fondunun əməkdaşları təltif ediliblər - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:. 3-cü dərəcəli "Əmək"

16.05.2024 280
.

ABŞ-də qasırğa olub: Ölənlər var

ABŞ-nin Texas ştatının Hyuston şəhərində güclü qasırğa olub. Məlumata görə, təbii fəlakət nəticəsində azı dörd nəfər ölüb. Şiddətli külək şəhərin müxtəlif ərazilərində binaların şüşələrini sındırıb, ağacları aşırıb, elektrik xətlərini sıradan çıxarıb. Qeyd edək ki, səlahiyyətlilər küləyin güclənməs

10:55 95
.

"Ağ çiçəyim" gül mağazası yanır - YENİLƏNİR - VİDEO

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmu

16.05.2024 1421
.

Əhalinin sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizin

16.05.2024 401
.

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

"Kurtlar vadisi pusu" serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib. Axşam.az xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:. "Mən hazırda Rumıniyada yaşayıram

16.05.2024 392
.

Vardanyanın məhkəməsi başladı

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan haqda seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsini

16.05.2024 335