Yaddaşa ziyanlı 10 vərdiş və gücləndirmək üçün QİDALAR

Yaddaşa ziyanlı 10 vərdiş və gücləndirmək üçün QİDALARMəktəbə və ya universitetə gedənlər ilk növbədə yeni dərsləri necə mənimsəməklərini gözlərinin qarşısına gətirilər. Yay tətilindən sonra beyin də dincəlir və onu yenidən işə salmaq üçün zehni əməyi gücləndirmək lazım gəlir. Təhsildə çoxunun rəqabət aparmasını nəzərə alsaq daha böyük nailiyyət əldə etmək istəyənlər çoxdur. Zehni fəaliyyəti çoxlu oxumaq və oxuduqlarını həzm etdirməklə genişləndirmək olar. Bunun üçün gündəlik rejim və qida önəm kəsb edir.

Rusiya Tibb Elmləri Akademiyasının Qidalanma institutunun alimləri müxtəlif qidaların beyin fəaliyyətinə təsirini öyrənərək maraqlı nəticəyə gəlmişlər. Məlum olmuşdur ki, beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə stimulə etmək olar. Əsas məsələ hansı məhsulun tərkibində nədən nə qədər olduğunu bilməkdir.
İnsan beyni mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün sinir hüceyrələri (100 milyarddan artıqdır) çoxlu miqdarda enerji almalıdır.
Məlumdur ki, beyin qəbul edilən qidadan alınan enerjinin 20%-ni mənimsəyir. Ona görə də elə qidalar seçib yemək lazımdır ki, onlardan alınan enerji orqanizm üçün kifayət etsin.


Görəsən, bu keyfiyyətlər yediyimiz hansı qida məhsullarında var?

• Kök – maddələr mübadiləsini stimulə edilir. Yaddaşı möhkəmləndirir, öyrənilmiş materiallırın mənimsənilməsinə və yadda saxlanmasına kömək edir. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.
• Ananas – yaradıcı peşə ilə məşğul olan insanlar üçün vacibdir. Yaddaşda irihəcmli mətnlər və notlar saxlanması probleminə yardım edir. Onun tərkibində olan C vitamini tez bir zamanda fikirləri səfərbər etməyə kömək edir. Eyni zamanda onun kalorisi azdır.
• Avakado – tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan qısa müddətli yaddaş üçün yaxşı mənbədir.
• Baş soğan – zehni yorğunluğu və psixi əzginliyi aradan qaldırır. Həmçinin qanı durulaşdırır, beynin oksigenlə təminatını asanlaşdırır.
• Qoz - sinir sistemini möhkəmləndirir, baş beynin fəaliyyətini stimulə edir. Məsuliyyətli məruzələr, çıxışlar, konsertlərə hazırlaşanlar qoz yeməyi unutmasınlar.
• Xırda dəniz xərçəngləri – beyni yağ turşuları ilə təchiz edir ki, onlar da diqqəti möhkəmləndirirlər. Gün ərzində 100 qram yemək kifayətdir. Lakin nəzərə almaq lazımdır ki, onlara yalnız kulinar işləmədən sonra duz tökmək olar.
• Əncir – tərkibindəki maddələrə görə aspirinə yaxındır, yəni beyni təmizləyir, beynin yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyni oksigenlə yaxşı təchiz edir. Ona görə də yaradıcı işlə məşğul olanlara əncir yemək məsləhət görülür.
• Zirə – tərkibində olan efir yağları sinir sistemini stimulə edir. Cirə çayı içmək məsləhətdir: 1 stəkan suya 2 çay qaşıq quru kütlə əlavə edilərək dəmlənilir.
• Kələm – qalxanvari vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir.
• Limon – informasiyaların qəbulunu asanlaşdırır, tərkibindəki C vitamininin yüksək dozası iş qabiliyyətini artırır.
• Qaragilə – baş beynin qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir.
• İstiot – tərkibində C vitamini və kalium var. Onların çatışmazlığı zamanı yaddaş pozğunluğu, yorğunluq, əllərin və ayaqların soyuması, axşamlar isə qıcolmalar baş verir. Yuxu səthi olur, soyuqdəymə hallarına tez-tez rast gəlinir. Bağırsaq fəaliyyəti pisləşir, dəri qaşınır, yaralar gec sağalır, döyənəklər əmələ gəlir. Bütün bunlara qarşı gündə 2-3 dəfə qırmızı istiot yemək məsləhətdir.
• Ginqko biloba - bir çox müsbət təsirləri ilə bərabər beynə kifayət qədər oksigen və qidalı maddələr daxil olmasını təmin edir, sinir hüceyrələrinin qocalmasının qarşısını alır. Ondan hazırlanmış məhsul fenomenal təbii məcun əks göstərişsiz və əlavə təsirsiz təbii tənzimləyicilərdir.
Bu məcunun qəbulundan 3 həftə sonra onun müsbət effekti hiss olunmağa başlayır. Yaşı 60-ı ötmüş insanlara ildə 3 dəfə 3 həftəlik kursla onu qəbul etmək məsləhətdir.
• Balığın tərkibi fosfor, yod, kalium ilə zəngindir ki, bunlar da sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.

Beyinə zərər verən vərdişlərimiz

1) Nahar etməmək
Nahar etməyən şəxslərin qan şəkərinin səviyyəsi aşağı olur. Bu vəziyyət beyin üçün qeyri- kafi qida tədarük edilməsinə və sonunda beyin degenerasiyasına gətirib çıxarır…
2) Həddindən artıq yemək.Beyin arteriyalarının sərtləşməyinə səbəb olaraq, zehin gücünün azalmasına gətirib çıxarır…
3) Siqaret çəkmək. Çoxlu beyin büzülməsinə səbəb olur və Alzheimer xəstəliyinə yol aça bilər.
4) Yüksək şəkər istehlakı. Daha çox şəkər zülalların və qidaların sorulmasını dayandırar və balanssız bəslənməyə səbəb olaraq beynin inkişafına mane ola bilər.
5) Hava çirklənməsi. Beyin bədənimizdə ən çox oksigen istehlak edən orqandır. Çirkli havanın tənəffüs edilməsi, beynə gedən oksigeni azaldır və beynin səmərəsini aşağı salır.
6) Yuxu çatışmazlığı. Yuxu beynimizin dinlənməsini təmin edir. Yuxudan uzun müddətli məhrum olmaq beyin hüceyrələrinin ölməsini sürətləndirir.
7) Yatarkən başı örtmək. Başı örtərək yatmaq, karbon konsentrasiyasını artırır və beyinə ziyan verən təsirlərə yol aça bilər.
8) Xəstəlik zamanı beyni işlətmək. Xəstə ikən çox işləmək və ya öyrənmək beyin fəaliyyətinin azalmasına yol aça bilər və beyinə ziyan verə bilər.
9) Xəbərdar edici düşüncələrdə əskiklik. Düşünmək beyin gimnastikası üçün ən yaxşı yoldur, beyni xəbərdar edən düşüncələrin əskikliyi beyin daralmasına yol aça bilər. Tapmaca və xəyal qurmaq beyin üçün yaxşı məşqdir.
10) Az danışmaq. Zehni söhbətlər beynin fəaliyyətini yaxşılaşdırır. (Fito.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1152   Tarix: 14 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1351
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 3045
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 665
.

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi il

05.05.2024 414
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23619
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 775
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 875
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1552
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 990