Gennadi Maksak: "Azərbaycanın yanaşması bizim üçün vacibdir, Ukraynada bu addım diqqətdənkənar qalmayacaq"

Gennadi Maksak: "Azərbaycanın yanaşması bizim üçün vacibdir, Ukraynada bu addım diqqətdənkənar qalmayacaq""Avropa ölkələrinin Ukraynaya dəstək səviyyəsi fərqlidir".

Bu barədə Oxu.Az-la söhbətində "Ukrayna prizması" Analitik Mərkəzinin Xarici Siyasət Şurasının sədri Gennadi Maksak Ukraynadakı vəziyyəti, Qərbin və ümumilikdə dünya ölkələrinin dəstək səviyyəsini şərh edərkən bildirib.

"İlk növbədə aldığımız dəstəyə görə NATO-ya təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Şimali Atlantika Alyansı koordinasiya səviyyəsində Ukraynaya çox kömək edir. "Ramştayn" və "Kopenhagen" formatlarında əməkdaşlıq mövcuddur.

Avropa ölkələrinin dəstək səviyyəsi, təbii ki, fərqlidir. Almaniya və Estoniyanın yardımı haqda fərqli yönlərdən danışmaq olar, lakin bu ölkələrdə yaşayan əhali sayına görə Estoniya birinci yerdədir. Hərbi və maliyyə yardımından danışsaq, əlbəttə ki, liderlər Böyük Britaniya və Almaniya olacaq.

Təbii ki, bizim ən böyük tərəfdaşımız ABŞ-dir. ABŞ bizə on milyardlarla dollarlıq hərbi yardım göstərir. Tədarüklər çərçivəsində biz qabaqcıl silahlar əldə edirik ki, bu da müharibənin növbəti mərhələsinə - ərazilərimizin geri alınmasına və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına -keçməyə imkan verir.

İkinci yerdə Avropa İttifaqı qərarlaşıb. Avropa Sülh Fondu Ukraynaya hərbi ehtiyaclarımızın maliyyələşdirilməsi üçün təxminən üç milyard avro maddi dəstək ayırdı. Bu pullar Aİ-yə üzv dövlətlərdən gəlir, onlar üstəlik, bizə silah tədarükü və hərbi-texniki yardımla bağlı da dəstək göstərirlər. Avropa ölkələrindən (Aİ üzvü olması mütləq deyil) ən fəal dəstəyi artıq adıçəkilən Almaniya və Böyük Britaniya təmin edirlər. Bundan əlavə, Fransa, Polşa və Vişeqrad qrupunun digər ölkələri və s. də yardım edənlər sırasındadır", - deyə o qeyd edib.

Maksak hərbi-texniki və maliyyə dəstəyi ilə yanaşı, humanitar faktorun da mövcudluğu ilə bağlı fikrini bildirib. Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yüklər və Azərbaycana gələn Ukrayna vətəndaşlarının ölkədə qalma müddətinə məhdudiyyət qoyulmamaması ilə bağlı qərarı şərh edən şura sədri bildirib ki, belə bir humanitar yanaşma Ukrayna və vətəndaşları üçün çox vacibdir.

"Ukraynada bu addım diqqətdən kənarda qalmayacaq. Biz Azərbaycan hökumətinə və bizə dəstək göstərən digər tərəfdaşlara minnətdarıq. Beş milyondan çox vətəndaşımız öz istəklərinə xilaf olaraq xaricdədir, onlar, sadəcə olaraq, müharibədən qaçıblar. Biz bu insanlara göstərilən yardımı və humanitar dəstəyi çox yüksək qiymətləndiririk", - deyə o vurğulayıb.

Maksak həmçinin xatırladıb ki, bir müddət əvvəl Avropa İttifaqı Ukrayna vətəndaşları üçün Aİ-də müvəqqəti müdafiə rejimini 2024-cü ilin martına qədər uzadıb.

"Bu, Aİ-də olan ukraynalılar üçün böyük üstünlükdür. Onların işləmək hüququna malikdirlər və Aİ-yə üzv ölkələrin hökumətlərindən dəstək alırlar", - deyə o əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 347   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 240
.

"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQ

Son zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır. Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Estetik dəyişikliklərə bu qədər təlabat olması nədən irəli gəlir? . Mövzu ilə bağlı BİG.AZ-A sosioloq Lalə Mehralı açıqlama verib. O bildirib ki, ölkədə çox qızlard

16.05.2024 394
.

"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasınd

16.05.2024 284
.

Azərbaycanda maşın uşaq bağçasına çırpılıb, ölən və yaralanan var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb. "Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb. Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Əsgəro

10:04 238
.

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

"Kurtlar vadisi pusu" serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib. Axşam.az xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:. "Mən hazırda Rumıniyada yaşayıram

16.05.2024 392
.

Ermənistanın xarici işlər naziri Strasburqda Ovyedo Konvensiyasını imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Strasburqa işgüzar səfəri başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Mirzoyan Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin iştirakı ilə Biologiya və Təbabətin Tətbiqi ilə bağlı İnsan Hüquqlarını

16.05.2024 250
.

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - VİDEO

"Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib". Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib. O bildirib ki, Könül fevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamil

16.05.2024 1720
.

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

16.05.2024 886
.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16.05.2024 601