Etirazçılar Xameneinin bannerini tapdaladılar - İRANDA SON DURUM

Etirazçılar Xameneinin bannerini tapdaladılar - İRANDA SON DURUMİranda əhalinin etiraz aksiyaları səngimir. Xüsusilə Zahidan, Qum, Əhvaz, Hürmüzqan, Kazerun, Rask və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

"Report"un xəbərinə görə, etirazlarda "Diktatora ölüm!", "Azadlıq!", "Bəsicə ölüm!", "Qadın, həyat, azadlıq!" "Bu il başqa ildir, Seyid Əli devrilibdir!" və digər şüarlar səsləndirilib.

Sistan-Bəlucistan əyalətində Zahidanin cümə imamı Mövlana Məhəmməd Osman Qələndərzahi Xaş şəhərində üsyana çağırış etdikdən sonra Xameneinin Zahidanda yerləşən hökumət qüvvələrinin yarısı Xaş şəhərinə göndərilib. Zahidan şəhərində etirazçılar Xameneinin bannerini ayaqları altına alaraq tapdalayıblar.

Cümə namazından sonra Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan və Xaş şəhərlərində etiraz aksiyaları başlayıb. Zahidan şəhərində namaz qılanlar cümə namazından geri dönərkən radikal "Bəsic" qüvvələrinə qarşı şüar səsləndiriblər.

Sistan və Bəlucistan əyalətində qəzəbli əhali yarımhərbi və radikal "Bəsic" qüvvələrinin qərargahına hücum edərək oranı dağıdıblar. Rask şəhərində etnik bəluc etirazçılar ümumxalq qiyamına dəstək verərək "Xameneiyə ölüm!" şüarının sədaları altında İslam Respublikasının bayrağını yandırıblar. Cəkigor şəhərində etirazçılar təkərlər yandıraraq tranzit yolunu bağlayıblar.

Fars əyalətinin Kazerun şəhərində gənc etirazçı yarımhərbi və radikal "Bəsic" qərargahına əldəqayırma qumbara atıb. Şiraz şəhərində İranın molla rejiminə etiraz məqsədilə hicabını başından açan gənc qadın yolun ortası ilə hərəkət edərək "Qadın, həyat, azadlıq!" şüarı səsləndirib, avtomobil sürücüləri və ətrafdakılar da ona dəstək veriblər.

Hürmüzqan əyalətinin Kiş adasında 20 yaşlı qız hökumət qüvvələri tərəfindən iki metr məsafədən ov tüfəngi ilə vurulub.

Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində azadlıqsevər gənclər Bivəran kəndində polis şöbəsinə hücum edərək ələ keçirməyə çalışıblar.

Qum əyalətinin Qum şəhərində gənclər mollanın əbasının arxa tərəfinə "Təqib olunur. Top, tank, fişfişə, molla gərək rədd ola!" şüarı yazılmış vərəqə yapışdırıblar.

İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-si uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 15 092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.

"Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etnik bəlucların Tehran hökuməti tərəfindən öldürülməsinin 40 mərasimi ilə bağlı bəyanat yayıb. Qurum bəyanatda Zahidan şəhərində 108, Xaş şəhərində 16 sünni məzhəbli etnik bəlucun nümayişlər zamanı hökumət qüvvələri tərəfindən öldürülməsini pisləyib.

Məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib ki, son hadisələrin əsas səbəbkarlarını təqib edib cəzalandıracaq, onlara qarşı sərt tədbirlər görəcəklər.

Hökumət nümayəndəsi Əli Bahaduri Cahromi Televiziya və Radio Universitetinin tələbələri ilə görüşündə polis qüvvələrinin "bu hökumətdən" atəş açmaq icazəsinin olmadığını iddia edib və eyni zamanda hədələyib:

"Əks halda, polis qüvvələrinin döyüş güllələrinin atması su içmək kimi olardı!"

Onun bu sözləri sosial şəbəkələrdə tənqidə səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 428   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ermənistanın xarici işlər naziri Strasburqda Ovyedo Konvensiyasını imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Strasburqa işgüzar səfəri başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Mirzoyan Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin iştirakı ilə Biologiya və Təbabətin Tətbiqi ilə bağlı İnsan Hüquqlarını

16.05.2024 265
.

Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır

Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır. xəbər verir ki, Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dünən sui-qəsdə məruz qalan baş nazir Robert Fikonun əməliyyatdan sonra vəziyyətinin stabil olduğunu, lakin hələ də ağır olaraq qaldığını açıqlayıb. Xəstəxana müdir

16.05.2024 346
.

Talıb Talenin nişanlısı kimdir? - Özü danışdı

Evlənməyə hazırlaşan müğənni Talıb Tale ilk dəfə şəxsi həyatından danışıb. xəbər verir ki, Talıb Tale -a açıqlamasında ilk dəfə nişanlısı haqqında məlumat verib:. "Toy mərasimi mayın 25-də məkanların birində baş tutacaq. Məclisə çox az sənət adamları dəvət edilib. Əsas qohumlarımız iştirak edəcəklər

16.05.2024 1395
.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 253
.

Bakıda sakinlər kafelərdən narazıdırlar: "Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər" - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar. Bu barədə -a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib. Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlar

12:14 173
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

13:01 135
.

Heydər Əliyev Fondunun əməkdaşları təltif ediliblər - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:. 3-cü dərəcəli "Əmək"

16.05.2024 292
.

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı

22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsində şübhəli bilinən Elvin İsmayılzadənin görüntüləri yayılıb. Baku TV həmin görüntüləri təqdim edir:

16.05.2024 1005
.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16.05.2024 625