Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi?

Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi?Kulis.az meyxana aləminin kralı hesab olunan Rəşad Dağlı haqqında maraqlı faktları təqdim edir.

Rəşad Vaqif oğlu Əmirov 21 aprel 1984-cü ildə Bakının Yasamal rayonunda anadan olub. 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edəndən sonra böyük populyarlıq qazanıb.

O, gəlib-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta deyişmə müstəvisində, bəlkə də, ən yaxşısıdır. Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı olmayıb. O, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi.

Bir qrup meyxana deyən gənc Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir. Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində "meyxana kralı"nın qəzəbinə tuş gəlirlər, Rəşad onların olduğu məclislərdən imtina etməyə başlayır. Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir. Gənclərin iddiasına görə, Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara, adətən, elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya sadiq qalırlar.

Bu haqda Rəşad Dağlının yaxın dostu Orxan Lökbatanlı müsahibələrinin birində deyib:

"Mən Rəşadı neçə illərdir tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər ki, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər ki, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın".

Rəşad Dağlı 2010-cu ildə Nailə Süleymanzadə adlı xanımla ailə qurub. Onların Yusif adlı oğlu və Bətül adlı qızları dünyaya gəlib. 9 ildən sonra, 2019-cu ilin avqust ayında isə Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

Xəbərin üzərindən bir neçə saat keçəndən sonra Nailə xanım mətbuata açıqlama verərək boşanma haqqında məhkəməyə müraciət etdiyini doğrulayıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O, övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil".

Rəşad 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou"da iştirak edib. Bu verilişdə o, aktrisa Mehriban Xanlarova ilə mübahisələri ilə yadda qalıb. Belə ki, aktrisa dağlılardan səs istəyib. Rəşad özü də dağlı olduğu üçün onun səs istəməsinə belə münasibət bildirib:

"Dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil".

Bu şouda Rəşad yüksək səs yığaraq stilist Anar Ağakişiyevi uzaqlaşdırması ilə də yadda qalıb.

Deyilənlərə görə, Rəşadın ən ciddi münaqişəsi yaşadığı meyxanaçı Rüfət Nasosnu olub. Belə ki, məclislərin birində onların mübahisəsi o qədər dərinləşib ki, Rəşad öz həmkarını bıçaqlayıb. Bir müddət sonra Rəşadla birgə şəklini sosial şəbəkədə paylaşan Rüfət belə yazıb:

"Mən ancaq Allahdan xeyirlisini arzuladım... İstər özümə, istər özüm kimilərə".

Meyxananın tacı və kralı hesab olunan Rəşad Dağlı bu gün də öz taxtını qorumaqdadır. Meyxana aləmində onun rəqibi yoxdur. Rəşad mətbuata heç bir müsahibə vermir. Son günlər isə o, bunu Aydın Xırdalanlının, Vüqar Biləcərinin ölümü ilə əlaqələndirib və onlara hələ də yas saxladığını bildirib. O, nə qədər sərt, davakar təsir bağışlasa da, göz yaşları ilə də yadda qalıb. Yaxın dostları Aydın Xırdalanlı və Vüqar Biləcəri dünyasını dəyişən zaman Rəşad kameralar qarşısında hönkür-hönkür ağlayıb.

Rəşad Dağlı 9 noyabr 2022-ci ildə qonşusu 43 yaşlı İskəndər Mehtiyevlə aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Hadisədən sonra könüllü polisə təslim olan Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3059   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089