Zəfərimizin 2-ci ildönümündə Prezident İlham Əliyevin Şuşadan ictimaiyyətə çatdırdığı mühüm məqamlar

Zəfərimizin 2-ci ildönümündə Prezident İlham Əliyevin Şuşadan ictimaiyyətə çatdırdığı mühüm məqamlarNoyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər bir neçə istiqamətdə diqqət çəkir.
Qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığınıvurulayan dövlətimizin başçısı deyib: "Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb".
Ölkə başçısının toxunduğu diqqətçəkən məqamlardan biri Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlıdır. Prezident İlham Əliyev bildirib ki, Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər: "Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
Ölkə başçısı həmçinin ermənipərəst qüvvələrin Azərbaycan məscidlərini dağıdanlarla əməkdaşlığını da sərt tənqid edərək vurğulamışdır: "Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır".
Azərbaycan Prezidenti noyabrın 8-də çıxışında bu il sentyabrın ortalarında baş verən döyüşlərə də toxunub. Bunu Ermənistanın təxribatlarına cavab adlandırıb: "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir".
Cənab Prezident çıxışında Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha diqqətə çatdırmışdır: "İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.Vətən müharibəsindəki Qələbəmizimkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik".

Aysel Mənsimova - politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 692   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan bu generalları əfv etdi

Türkiyədə 1997-ci ildə baş verən postmodern çevrilişdə ("28 Fevral prosesi") iştirak etməkdə təqsirli bilinərək həbs edilən yüksəkvəzifəli 14 nəfər əfv edilib. "Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qəra

10:23 0
.

Yanğına görə bu yollar bağlandı - Yenilənib

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May"​ stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun v

16.05.2024 646
.

İsrail 8755 fələstinlini əsir götürüb

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən əsir alınan fələstinlilərin sayı 8755-ə çatıb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfində

16.05.2024 215
.

"Rəsmi Bakı məqsədsiz və nəticəsiz danışıqlara maraqlı deyil" - Politoloq

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasınd

16.05.2024 275
.

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO

Lənkəranda baş verən qətllə bağlı müəmma daha da böyüyür. Belə ki, kənd sakinlərinin sözlərinə görə, həyətində meyit tapılan ev iki nəfər tələbəyə kirayə verilibmiş. Qonşu Atakişi Ağayev bildirib ki, evin sahiblərindən biri Bakıda yaşayır, digəri isə həbsxanadadır. Evi tələbələrə kirayə veriblər. Onla

15.05.2024 1429
.

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır. Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı. İndi isə xanımların cehizi boğça-sandığa sığmır. Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?. Məsələ ilə bağlı "Xəzər"

15.05.2024 607
.

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - VİDEO

"Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib". Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib. O bildirib ki, Könül fevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamil

16.05.2024 1555
.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 229
.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

16.05.2024 588