Namiqdən Vüqara cavab: "Bu qədər yalan olmaz"

Namiqdən Vüqara cavab: "Bu qədər yalan olmaz"Meyxanaçı Namiq Qaraçuxurlu həmkarı Vüqar Əbdülovun onunla bağlı iddialarına cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Özəl" layihəsində danışıb. O bildirib ki, Xalq artisti Aygün Kazımova, Əməkdar artist Könül Kərimova ilə oxuduğu duetlərdə də meyxana var:

"Vüqarın səsləndirdiyi fikirlər kökündən yanlışdır. Ola bilər ki, diqqət ayırmayıb. Könül xanımla duetdə mənim ifam sırf meyxanadır. Hətta Aygün Kazımova ilə duetimdə də oxuduğum meyxanadır. Elə şey var ki, mən yaşaya-yaşaya, görə-görə tarixi dəyişirlər. Meyxana aləminə gələndə qarşıma məqsəd qoymuşam ki, meyxanaya xidmət edim. Gedin, mənim o dövrdə çıxartdığım albomlara baxın. Birinci albomu mən çıxardırdım, arxamca isə Aqşın və Elşən.

Onlar demək olar ki, sırf mahnı oxuyurdular. Mənim albomlarımda isə doqquzu sırf meyxana, biri isə mahnı olub. Daha sonrakı illərdə meyxanadan uzaqlaşıb, keçmişəm sırf mahnıya. Aygün Kazımova ilə üçüncü duetdə bir az mahnıya keçdim. Vüqarın ifadələri yanlışdır".

Qaraçuxurlu bildirib ki, artıq meyxanadan uzaqlaşıb:

"Təəssüf, yanlışdır. Vüqar deyir ki, Nizami Rəmzi "Bu siçan" yazıb, Ağasəlim Çıldaq isə cavab verib "Bu pişik, qara pişik". Güya sonra Vüqar yazıb "Ata, sən özün cavan olmamısan", sonra isə mən cavab olaraq yazmışam "Papanın gül balası". Bu qədər yalan olmaz axı. "Papanın gül balası"nı oxuyanda Vüqar arxamca onu təkrarlayıb. "Papanın gül balası" nəinki meyxanaçılara yeni mövzu verdi, hətta o mövzuda mahnılar belə təqdim olundu. Abbas Bağırov belə "Balamın bal balası" mahnısını oxudu. Bu mövzunu dəbə mən gətirmişəm. Məndən sonra Vüqar "Ata, sən özün cavan olmamısan". Hər zaman deyirəm ki, adam nəyisə unuda bilər və ya qəsdən nəsə deyə bilər. Adamın gərək çevrəsində insanlar olsun ki, doğrunu desin".

Qeyd edək ki, Vüqar Namiqlə bağlı "O zamanlar Namiq Qaraçuxurlu bizdən qabağa düşdü. Yazı və meyxana etibarı ilə çalışdım, ortalığa meyxana çıxardım. Əgər mahnı olsaydı... Namiq ikinci addımında artıq Könül Kərimova ilə mahnı oxudu. Amma mən çalışdım ki, o meyxana qalsın" sözlərini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2371   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293