"Azərbaycan Ordusu Ali Baş Komandanın "İrəli" əmrini layiqincə icra etdi və 44 günə torpaqlarımız işğaldan azad olundu" -Deputat

"Azərbaycan Ordusu Ali Baş Komandanın "İrəli" əmrini layiqincə icra etdi və 44 günə torpaqlarımız işğaldan azad olundu" -DeputatAzərbaycanın 44 günlük Qarabağ savaşındakı qələbəsinin 2 ili tamam olur. 2020-ci ildə Ermənistanın növbəti təxribatından sonra sentyabrın 27-də Azərbaycan Ordusu cəbhə boyunca hücuma keçərək 44 gün ərzində işğal altından olan torpaqların əhəmiyyətli hissəsini azad etdi. Bununla da Qarabağda status-kvo Azərbaycanın xeyrinə dəyişdi.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Sonxeber.az-a bildirib ki, 44 günlük savaşla Azərbaycan xalqı bütün dünyaya işğalla barışmayacağını nümayiş etdirib.

"Azərbaycan xalqı dünyaya göstərdi ki, o heç zaman işğalla barışmayacaq. Lazım gələcəyi təqdirdə canı və qanı bahasına torpaqlarını işğaldan azad edəcək", deyə deputat vurğulayıb.

Asim Mollazadə 44 günlük savaşda qələbəni şərtləndirən amillərdən danışarkən bunları deyib:

"Azərbaycan iqtisadiyyatı gücləndikcə, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təmin edildi. Orduya ciddi diqqət var idi. Təbii ki, bütün bunlarda Azərbaycan Prezidentinin xüsusi rolu var. Ali Baş Komandan Ermənistanın növbəti təxribatına cavab olaraq, "İrəli" əmrini verdi. Artıq vaxt yetişmişdi və Azərbaycan Ordusu Ali Baş Komandanın "İrəli" əmrini layiqincə icra etdi və 44 günə torpaqlarımız işğaldan azad olundu. Artıq bu gün biz qrurula deyə bilirik ki, Qarabağ Azərbaycandır!".

Deputat əlavə edib ki, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə "Böyük qayıdış"ı təmin etməkdir:

"Yüzminlərlə soydaşımız yurd-yuvalarına qayıtmalıdır. Bunun üçün işğaldan azad edilən ərazilərdə infrastruktur və digər sahələrdə müəyyən işlər görülməlidir. Bu prosesə start verilib və işlər sürətlə gedir. Ağıllı şəhərlər, kəndlər salınır. Ümidvarıq ki, Azərbaycan qısa müddət ərzində gözəl Qarabağı ən müasir sitandartlara cavab verən bir mərkəz kimi dünyaya təqdim edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 128   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddi

14.05.2024 692
.

"Rusiya üçün Ermənistanın Aİ-yə üzvlüyü NATO kimi ağrılı deyil" - Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzv olmağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, Rusiyanı daha çox qayğılandıran məsələ postsovet ölkələrinin Qərbin təhlükəsizlik sisteminə,yəni NATO-ya inteqrasiya mövqeyidir. Aİ ilə munasibətlərdə geosiyasi faktor ols

14.05.2024 240
.

Aparıcı Namidə İsayevaya vəzifə verildi

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlə

14.05.2024 294
.

İsrailin Qəzzaya hücumları nəticəsində daha 519 nəfər öldü

İsrailin Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, son 10 gündə hücum edənlərin sayı artıb. İsrail ordusu son 10 gündə daha 519 nəfərin ölümünə səbəb olub. Ölənlərlə yanaşı 1163 nəfər yaralanıb. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb

14.05.2024 130
.

"COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın prestijinə böyük fayda verə bilər" - Politoloq

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Politoloq Turan Rzayev -a bildirib ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın prestijinə böyük fayda verə bilər. COP29 rəsmi Bakını

14.05.2024 245
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

14.05.2024 233
.

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsini

14.05.2024 253
.

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafiz

14.05.2024 342
.

Adəmin atası AZADLIĞA BURAXILDI

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa buraxılıb. xəbər verir ki, bu barədə onun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə "Sadiq kişi həmişə azadlıqda" şərhi qey

14.05.2024 657