Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, YAP Nizami rayon təşkilatının sədri, rayon ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları "Zəfərə gedən yol" adlı sənədli filmə baxıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək bildirib ki, xalqımız artıq ikinci ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb. Məhz cənab Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası və "dəmir yumruğu" qarşısında diz çökdü. Dövlət başçısımızın heç bir beynəlxalq təzyiqə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyi cəsarətli çıxışları və diplomatik addımları sayəsində ata vəsiyyəti parlaq şəkildə ləyaqətlə yerinə yetirildi.

Müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq. Bu gün Qarabağ yeni dövrünü yaşayır, cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir, müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Xalqımız əmindir ki, həyat keçirilən məqsədyönlü işlər nəticəsində ölkəmizin digər guşələri kimi bu torpaqlarımız da tezliklə cənnətə çevriləcəkdir.
Tədbirdə çıxış edən Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Milli Məclisin deputatları Könül Nurullayeva, Rasim Musabəyov, Vətən müharibəsi qazisi, baş leytenant Arif Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramin Vəlibəyov münasibətilə öz təbriklərini çatdırıblar, eyni zamanda xalqımıza bəxş etdiyi böyük Qələbəyə, Azərbaycanımızın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə şərəfli fəaliyyətinə, işğaldan azad olunmuş torpaqlarımızda aparılan iri həcmli quruculuq-abadlıq işlərinə, habelə şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və sonsuz minnətdarləqlarını bildiriblər.

Tədbir Zəfər Gününə həsr olunmuş ədəbi-musiqili proqramla tamamlanıb.

Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilibNizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 510   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarın

10:58 242
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

08.05.2024 754
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

08.05.2024 194
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

08.05.2024 848
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 277
.

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib. İstehsalçı "Abşeron-Şərab" ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılo

08.05.2024 705
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

08.05.2024 696
.

Onlar da Prezident mükafatı alacaqlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Axşam.az-ın məlumatına görə, Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentini

12:54 438
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

08.05.2024 711