Qarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEO

Qarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEO8 Noyabr - Zəfər Günü ərəfəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə daha bir maraqlı layihə ərsəyə gəlib. "Şuşa" musiqili-qrafik layihəsi Qarabağ və onun döyünən ürəyi Şuşanın 30 illik işğaldan azad edilməsinin ildönümünə həsr olunub.

Uzun sürən həsrət və şanlı Qələbəmizin gətirdiyi qovuşma bir çox sənətçiləri yeni əsərlər yaratmağa ruhlandırır. "Şuşa" əsəri də bir qrup istedadlı insanın təşəbbüsü ilə ərsəyə gətirilib. Layihə "SS Production" şirkəti tərəfindən həyata keçirilib. Sözləri Kübra Kərimliyə məxsus olan musiqinin müəllifi və ifaçısı AİSEL, səs prodüseri Emin Kərimdir. Layihənin baş prodüseri Aysel Rəcəblidir.

Layihənin maraqlı tərəflərindən biri də onun vizual həllidir. Bu həll məşhur rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun "Şuşa şəhərinin memarlığı" adlı qrafik rəsmlər silsiləsinə əsaslanır. Bu təsvirlərdə Şuşanın qədim memarlığını özündə əks etdirən tarixi abidələr və tikililər təqdim olunub ki, onların da bir çoxu işğal dövründə dağıdılıb və ya tamamilə məhv edilib.
Qrafik rəsmlər rejissor Teymur Nəcəfzadənin əməyi ilə canlılıq qazanaraq klipə çevrilib. Klipdə mədəniyyət beşiyimiz Şuşanı yalnız Azərbaycan deyil, bütün region üçün unikal və bənzərsiz edən memarlığı ilə birlikdə bu qədim torpağın dahi sənət adamlarına da yer verilib. Layihədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin, ölkənin musiqi və yaradıcılıq irsində xüsusi dəyər kəsb edən, parlaq iz qoyan şuşalıların obrazlarından istifadə olunub. Bu virtual gəzintidə Pənahəli xan, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi görkəmli şəxsiyyətlər yer alırlar.

Klipin 8 Noyabr - Zəfər Günü ərəfəsində Şuşanı azad edən əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin əziz ruhuna hörmət əlaməti olaraq, İqtisadiyyat Nazirliyinin inzibati binası üzərində vizual yayımlanacağı gözlənilir.

"Şuşa" musiqili-qrafik layihəsi Zəfər Günü ərəfəsində Qarabağdakı milli-mənəvi irsimizin, Azərbaycan memarlığının ən gözəl incilərinin, Şuşa şəhərinin zəngin və şanlı tarixi keçmişinin tanıdılmasına mühüm bir töhfədir. Böyük qürur hissi ilə "Şuşa" layihəsini sizə təqdim edirik:

Qarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEOQarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEOQarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEOQarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 402   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34904-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 34904-ə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 216 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrai

16:35 94
.

Azərbaycanda qaya uçqunu olub - FOTO

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, hadisə yağan güclü yağış səbəbindən meydana gəlib. Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrini

14:53 193
.

Sabah "ASAN xidmət" işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələ

08.05.2024 400
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

08.05.2024 969
.

"Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir" - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir,qarşılıqlı hörmət və maraqlara əsaslanır:. "Dövlətlərimi

08.05.2024 331
.

Sabah 25 dərəcə isti olacaq

Ölkə ərazisində mayın 10-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayi

12:18 179
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

08.05.2024 762
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən -a məlumat verilib. Bildirilib ki, mayın 10-da səhər saat 08:00-da

15:42 159
.

9 May - faşizm üzərində Qələbə günüdür

"9 May - faşizm üzərində Qələbə günüdür. Dünya birliyi Azərbaycan xalqının döyüş ruhu, insan resursu və təbii ehtiyatlarının müstəsna rolu hesabına İkinci Dünya Müharibəsində faşizm üzərində böyük qələbə qazansa da, təəssüf ki, bu qorxunc ideologiya tam məhv edilmədi. Üstəlik XX əsrin sonlarınd

10:04 169