Qarabağa silah daşınır: Rusiya nə etmək istəyir?

Qarabağa silah daşınır: Rusiya nə etmək istəyir?Azərbaycan Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağa "humanitar yardım" adı altında silah-sursat daşınması faktını aşkarlayıb, hərçənd, rusların hədəfləri fonunda o qədər də təəccüblü deyil.

Mümkün sülh sazişi ilə Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığı rəsmi sənədlə təsbit olunacaq. Ki, bundan sonra Bakının separatçıların olduğu bölgəyə nəzarət istiqamətində aktiv hərəkətə keçəcəyi gözlənilir və belə bir situasiya rus sülhməramlıların bölgədə qalma müddətinin uzadılmasını da sual altına salır. Paşinyan Soçidə Putinin də istəyinə uyğun olaraq, sülhməramlılar məsələsini müzakirəyə çıxardı, lakin Əliyevin mövqeyinə təsir edə bilmədikləri və diplomatik masada bunun mümkün olmayacağını anladıqları bəllidir.

"Sülhməramlı istəyi"nə nail olmaq üçün Rusiyaya "ehtiyac"ı artırmaq lazımdır. Moskva bununla bağlı iki gediş etdi:

- Soçi görüşündən bir gün öncə Xankəndidəki mitinq təxribatı ilə "ermənilər Azərbaycan vətəndaşlığını istəmir" əsasını yaratdı: məqsəd Soçidə Əliyevin mövqeyinə təsir etmək idi, lakin nəticə olmadı və ruslar "məsələni sonraya saxladılar";

- Separatçıların silahlandırılması ikinci gedişdir: ermənilərin "müqavimətini" artırmaq və sülhməramlılara ehtiyacın olduğu əsasını gücləndirmək məqsədilə silahlı təxribatlara hazırlıq gedir.

Silahlandırma eyni zamanda, separatçıların Azərbaycanın mümkün anti-terror əməliyyatlarına qarşı dayana bilməsinə də hesablanıb.

Və bu silahın daşınması faktı göstərir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalansa belə, Qarabağda "etnik münaqişə" kartını işə salacaqlar: bu, Rusiyaya bölgədə qalma müddətini uzatmaq, Ermənistan və Qərbdə İrəvanla eyni mövqedən çıxış edənlər üçün qondarma "arsaxı" saxlamaq lazımdır və bu nöqtədə Bakı ilə Ankaradan savayı bütün tərəflərin mövqeyi böyük ölçüdə uzlaşır.

Hərçənd, mövcud vəziyyətdə Bakının həm hərbi, həm də siyasi baxımdan proseslərə müdaxilə etmək imkanları tükənməyib. Və silahın daşınması faktının aşkarlanması da Bakıya Laçın dəhlizinə nəzarət məsələsini aktuallaşdırmaq imkanı verir.(axar.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 993   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsı

13.05.2024 1030
.

Bu məhsullar bahalaşıb

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehla

13.05.2024 369
.

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan "Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-c

13.05.2024 270
.

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini

13.05.2024 253
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat paylaşıb. Məlumatda bildirilib ki, enerjis

13.05.2024 241
.

Günay da Şuşaya getdi

Müğənni Günay İbrahimli Şuşaya gedib. BİG.az xəbər verir ki, o, Şuşadan şəkillərini İnstaqram sosial şəbəkəsində paylaşıb. Müğənni səfərinin məqsədinin Laçında keçiriləcək konsertdə iştirak etmək məqsədi ilə olduğunu bildirib

13.05.2024 288
.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. -in xəbərinə görə, Sərəncamla "Məhkəmələr və hakimlər haqqında" qanunun 94-cü və 96-cı maddələrin

13.05.2024 248
.

Türkiyəli oxçu tarixə düşdü

Türkiyəli oxçu Mete gazoz Avropa çempionu olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Beləliklə, Mete Gazoz olimpiyada, Dünya və Avropa Çempionatlığını qazanan ilk oxçu olaraq tarixə düşüb

13.05.2024 152
.

Əməkdar artist vəfat etdi

Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada 76 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə onun qızı Əminə Sadıqova məlumat verib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, F.Sadıqo

13.05.2024 346