Əliyevin Qarabağın azad olunması üçün etdikləri – TƏHLİL

Əliyevin Qarabağın azad olunması üçün etdikləri – TƏHLİLİlham Əliyev 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçildikdən sonra xarici siyasət kursunun episentrində Qarabağ münaqişəsinin həllini böyük məharətlə saxlamağı bacardı və bu nüvədən yola çıxılaraq Bakı beynəlxalq münasibətlər sistemində qarşısında duran çağırışların icrasına sürət verdi.

İlham Əliyev geosiyasi, regional və qlobal konyunktura şəraitini düzgün təhlil edərək vaxtından əvvəl müharibə aparmaq riskinə getmədi.

Hələ zamanı deyildi və bu vaxtın yetişməsi üçün lazım olan resurslar Azərbaycanın balansında çoxluq təşkil etmirdi.

Ona görə də, Azərbaycan dövləti beynəlxalq aləmin regiona diqqətini çəkmək və ölkənin əhəmiyyətini artırmaq üçün sanballı və uzunmüddətli perspektiv üçün faydalı olan enerji-nəqliyyat layihələrinə start verdi. Bu, ölkənin müharibə aparmaq qabiliyyəti üçün lazım olan mühüm elementlərin boy atıb böyüməsinə şərait yaratdı, söhbət Azərbaycanın iqtisadi potensialının döyüş aparmaq qabiliyyəti həddinə çatdırılmasından gedir.

İkinci, Azərbaycan üçün strateji tərəfdaşlar və müttəfiqlər lazım idi. İlham Əliyev ölkənin yerləşdiyi coğrafi məkanın həssaslığını nəzərə alaraq həmin tərəfdaşları xüsusi həssaslıqla seçdi. Belə ki, zərgər dəqiqliyi ilə ölçülmüş siyasi addımlar Azərbaycanla tərəfdaş və müttəfiq olub öz aralarında münasibətləri bir o qədər də yaxşı olmayan heç bir ölkədə qıcıq yaratmadı.

Prezident sadəcə olaraq diplomatik-siyasi etiket qaydaları çərçivəsində təhlükəsizlik mühitini nəzərə alaraq balanslı siyasətin sxemini cızdı.

Bu balans siyasəti "nə Qərb, nə Rusiya" tezisinə əsaslanırdı və münasibətləri həm Qərb, həm də Moskva ilə inkişaf etdirən postulatlar zənciri idi.

Əliyevin siyasətində müstəqillik, Qarabağın işğaldan azad edilməsi, suverenlik məsələləri qırmızı xətlə haşiyələnirdi və o bu qabiliyyəti sonrakı illərdə həlledici mərhələyə daxil etdi.

Ermənistanın danışıqlar vasitəsilə vaxt qazanmaq və işğalın müddətini əbədiləşdirmək cəhdlərinin əlamətləri aydın sezildikcə Əliyev Azərbaycanın tərəfdaşları ilə hərbi-texniki əməkdaşlıq fəaliyyəti qurdu və ölkəyə ən müasir silahların tədarük edilməsinə nail oldu.

Bununla da ordunun gücü əraziləri işğaldan azad etmək potensialı qazandı, bununla paralel olaraq isə Azərbaycan siyasi dialoqlarla Bakının yanında dura biləcək dövlətlərlə əməkdaşlığı dərinləşdirdi.

Qoşulmama Hərəkatındakı Azərbaycanın aktivliyi onun beynəlxalq təşkilatlardakı səsinin eşidilməsi üçün münbit şərait yaratdı. Bu, Vətən müharibəsi dövründə də müşahidə edildi.

Vətən müharibəsinə aparan yolun konseptual izahını bu amillərlə vermək olar, üstəgəl Ermənistanın ərazi iddialarını genişləndirməsi də Bakıya başqa seçim yolu qoymadı.

Nəhayətdə Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına başladı və 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 465   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. 11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:

13.05.2024 1653
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclə

16:48 163
.

Orta aylıq əməkhaqqı artıb

2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər olub. Onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. BİG.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər veri

12:47 356
.

Hindistanda toz fırtınası oldu: 8 ölü, 59 yaralı

Hindistanın Mumbay şəhərində toz fırtınası olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Onların yıxılmış reklam lövhəsi altında qalaraq öldüyü məlum olub. Bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb. Milli Fəlakətlərə Cavab Qüvvələri (NDRF) bildirib ki, dağıntıla

11:33 92
.

Zaqatalada dəhşətli qəza: Ölən və xəsarət alan şəxslərin adları bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan -a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovu

13.05.2024 599
.

İsrail Rəfah şəhərini vurub

İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə türk məlumat yayıb. İsrail şəhərin mərkəzi və ətrafına bombalar yağdırıb. Rəfahın şimal-şərq məhəllələrinin bombalanması ilə bağlı da məlumat var

13.05.2024 320
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddi

10:56 592
.

Keniyada daşqınlar baş verib: 267 ölü, 188 yaralı

Keniyada təxminən 3 həftədir ki, effektiv olan güclü yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb. Bu barədə Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlama yayıb. Daşqınlar zamanı 188 nəfərin yaralandığını bildirən Kindik

13.05.2024 268
.

Adəmin atası AZADLIĞA BURAXILDI

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa buraxılıb. xəbər verir ki, bu barədə onun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə "Sadiq kişi həmişə azadlıqda" şərhi qey

17:19 162