Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib - VİDEOHərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən "Dəniz Komando Təməl" və "Sualtı hücum xüsusi təyinatlısı" kurslarının növbəti buraxılış mərasimində iştirak edib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edərək bu kursların dəniz piyadaları və xüsusi təyinatlılarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini qeyd edən müdafiə naziri, Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşakar Ordunun formalaşmasına səbəb olduğunu vurğulayıb.

Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Qardaş Türkiyədən olan peşəkar təlimatçıların da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.

Kurs birinciləri tərəfindən rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Müdafiə naziri Türkiyədə təşkil edilən "Dənizdə Qadağa Əməliyyatları" üzrə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsindən müvəffəqiyyətlə keçən bölmənin komandirinə "Döyüşə hazır" sertifikatını təqdim edib.

Buraxılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra müdafiə naziri dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsini, sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışlarını izləyib.

Sonra general-polkovnik Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.

Sonda müdafiə nazirinə dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 288   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İran bir müddət sonra xarici düşmən obrazı yaratmağa çalışacaq" - Politoloq

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra İranın daxili və xarici siayasətində dəyişikliklər gözlənilir. Politoloq Turan Rzayev -a bildirib ki, İran daxilində çəkişmələr arta bilər. Hadisənin regiona da təsirləri olacaq:. "İran prezidentinin ölümü regionda proseslərə təsirsiz ötüşməyəcək

21.05.2024 416
.

Özünü asaraq intihar edən nişanlı qızın FOTOSU

Ötən gün özünü asaraq intihar edən Jalə Əliyevanın görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Məlumat üçün bildirək ki, J.Əliyeva Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecinin 3-cü kurs tələbəsi olub. Hadisə ötən gün baş verib. Hacıqabul şəhər Abdulabad kənd sakini, 2006-cı il təvəllüdlü Jal

21.05.2024 454
.

Saatlıq minimum əməkhaqqı neçə manatdan HESABLANACAQ? - VACİB AÇIQLAMA

Bildiyimiz kimi, Son verilən qərarlar vətəndaşlar arasında ciddi müzakirələrə səbəb olub. İyul ayından Azərbaycandasaatlıq minimum əməkhaqqına keçilməsi ilə bağlı qərar verilib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabrın 1-də aylıq minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri

21.05.2024 730
.

Deputat:"Belarus lideri Azərbaycanın dünya miqyasında malik olduğu gücünü və qüdrətinə bələddir"

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafında yeni mərhələnin başlanğıcı oldu. Xüsusi əhəmiyyəti, səmərəliliyi və məhsuldarlığı ilə yadda qalan rəsmi səfər eyni zamanda bir sıra mühüm məqamlarla da əlamətdar oldu. Səfər çərçivəsind

21.05.2024 107
.

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə məxsus əmlaklar hərraca çıxarılıb. Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, artıq ona məxsus bir neçə əmlak satılıb. Digər əmlaklarla bağlı da dövri olaraq hərrac təşkil edilir. Satılan əmlaklarda

21.05.2024 241
.

İşsiz valideyn aliment pulunu ödəməyə bilər? - AÇIQLAMA

"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, valideynlər öz övladlarını qayğısına qalmaq və tərbiyə etməyə borcludur, buna dövlət xüsusi nəzarət edir. Əgər uşaqlar anada qalırsa ata, atada qalırsa ana aliment ödəməlidir". Bu sözləri BİG.AZ-A hüquqşünas Esmira Rzayeva deyib. O bildiri

21.05.2024 451
.

Avtobusun altında qalmaqdan son anda xilas oldu - VİDEO

Türkiyənin Karaman şəhərində 11 yaşlı uşaq avtobusun altında qalmaqdan son anda xilas olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə anı ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Qəzadan sürücünün diqqəti nəticəsində uşaq yayına bilib. Daha ətraflı olaraq videonu təqdim edirik:

21.05.2024 166
.

Elcan buna görə evlənmədiyini açıqladı

"Bəzən özüm yalandan şayiə yayıram ki, evlənirəm. Tez-tez soruşurlar, bezirəm. Deyirəm ki, oktyabr yaxşıdır, evlənəcəyəm, vaxt uyğunlaşdıra bilmirik. Birinə deyirəm ki, ev təmirinin bitməsini gözləyirəm". axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov "Söhbət var"

21.05.2024 607
.

Ərdoğan "Avroviziya"nı "biabırçılıq" adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı açıqlama verib. Axşam.az-ın məlumatına görə, Ərdoğan müsabiqəni tənqid edib və 12 ildir ölkənin yarışmaya qatılmamasını uğurlu siyasət adlandırıb:. "Beynəlxalq yarışmalarda hərəkətləri, geyimləri

21.05.2024 565