Vətən müharibəsinin nəticələri göstərdi ki, Bakıya nəyisə diktə etmək mümkün deyil

Vətən müharibəsinin nəticələri göstərdi ki, Bakıya nəyisə diktə etmək mümkün deyilTarix müqayisələri sevir. 2020-ci ilin noyabrında Ermənistan üzərində qazanılmış böyük zəfərin Azərbaycanda və regionda hansı dəyişikliklərə səbəb olduğunu qiymətləndirmək üçün müharibədən öncəki və sonrakı dövr arasında sadə bir müqayisə aparmaq kifayətdir. Haradan haraya gəldiyimizi, çıxdığımız yola hansı nöqtədən başladığımızı xatırlamaq üçün birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsinin nəticələri arasındakı fərqlərə baxmalıyıq.

Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, bütün xalqı öz ətrafında səfərbər etməyə qadir liderlik xarizması, dünyanın böyük güclərinin təzyiqlərinə baxmayaraq, nümayiş etdirdiyi güclü siyasi iradə nəinki Azərbaycanın, həm də bütövlükdə Cənubi Qafqazın tarixini dəyişdi. Biz yeni reallıqlar yaratdıq və indi bu reallıqla beynəlxalq münasibətlər sisteminin ən aparıcı gücləri hesablaşmağa məcbur olublar. Minlərlə şəhidin qanı bahasına qazandığımız tarixi qələbənin dəyərini artıran 30 illik işğala son qoyulması, ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də yaratdığımız yeni reallıqlardır.

Qlobal təhlükəsizlik məsələsinin dünyanın gündəmini zəbt etdiyi müasir dövrdə kiçik dövlətlərin öz milli maraqlarını müdafiə etmək imkanları heç vaxt olmadığı qədər məhduddur. Beynəlxalq münasibətlərdə manevr imkanları azalır, tərəfsizliyi qorumaq mümkünsüz, tərəf olmaq təhlükəli həddə çatır. Münaqişələrin, ziddiyyətlərin, hərbi toqquşmaların, güzəştsiz iqtisadi mübarizələrin həyata normasına çevrildiyi mürəkkəb bir tarixi mərhələdə Azərbaycan inamla, qətiyyətlə və son dərəcə dəqiq hesablamalara əsaslanan siyasətlə öz strateji hədəflərinə doğru gedir.

Azərbaycan bir neçə il öncə çoxlarının, hətta ən təcrübəli ekspertlərin belə proqnozlaşdıra bilmədiyi uğurlar qazanır, işğaldan azad olunmuş ərazilərdə, Prezidentin təbirincə desək, xariqələr yaradılır. Artıq ölkəmiz dünyanın ən modern ordularından birinə sahibdir, güclü iqtisadiyyatı, etibarlı xarici əlaqələri, dayanıqlı tərəfdaşları var. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 7 üzvündən 6-sı Azərbaycanı daha etibarlı tərəfdaş kimi qəbul edir. Ölkəmiz bu gün ciddi enerji böhranı riski ilə üz-üzə qalmış Avropanın enerji təhlükəsizliyi zəncirinin son dərəcə mühüm halqasına çevrilib. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü ən yüksək tribunalardan dəstəklədiyini bəyan edir, eyni zamanda, Rusiya ilə müttəfiqlik haqqında müqavilə imzalamağa müvəffəq olur. Türkiyə ilə imzalanan "Şuşa bəyannaməsi" isə Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş təhlükəsizlik konfiqurasiyasının tamamilə dəyişdiyinin təsdiqidir. Bu, o deməkdir ki, qlobal aktorlar Azərbaycanın öz milli maraqlarını qorumağa qadir, regional proseslərə praktik təsir imkanlarına malik güclü bir dövlət olması faktını qəbul edir. Bu, 30 il öncə hamı üçün sadəcə illüziya kimi görünə bilərdi.

Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələri də göstərdi ki, artıq rəsmi Bakıya nəyisə diktə etmək sadəcə mümkün deyil.

Ermənistan bu görüşdən əvvəl Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması, "status" məsələsinin yekun sənəddə əksini tapması ilə bağlı bəyanatlar verirdi. Prezident İlham Əliyevin Rusiya prezidenti ilə görüşdə söylədiyi fikirlər danışıqların gündəliyini müəyyən etdi: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur". Bununla da Prezident İlham Əliyev üçtərəfli danışıqlarda Qarabağ haqqında heç bir müzakirənin aparılmasına ehtiyac duymadığına dair aydın və qəti mesaj verdi. Üçtərəfli görüşün yekunları ilə bağlı qəbul olunan birgə bəyanatın məzmunu Azərbaycanın daha bir platformada diplomatik qələbəsinin təmin olunduğuna dəlalət edir. Rusiya dövlət başçısı isə qəbul olunan sənədlə bağlı, "Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq", - söyləməklə əslində danışıqlar prosesinin bütün məğzini ifadə etdi. Daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən danışıqlarda da gündəliyi məhz Azərbaycan müəyyən etmişdi.

Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin geosiyasi aspektlərini qiymətləndirərkən, Azərbaycanın daha bir nailiyyəti üçün ciddi siyasi-ideoloji və diplomatik zəmin formalaşdığını görürük. Bu, bizim diplomatiya tariximizdə bənzərinə o qədər də çox rast gəlinməyən yeni bir strateji uğurdur. Azərbaycan milli maraqları ilə bilavasitə bağlı olan müxtəlif formatlı danışıqlarda öz şərtlərini diktə etməyi bacaran, beynəlxalq əhəmiyyətli müzakirələrin gündəliyini formalaşdıran fərqli xarici siyasət yürüdür. Dünya Azərbaycanın bölgədə ciddi siyasi faktor olduğu həqiqətini qəbul edir və bununla hesablaşmamağın mümkün olmadığını bilir.

Azərbaycan beynəlxalq münasibətlər sistemində güc anlayışının ədalət prinsiplərini üstələdiyi mürəkkəb bir tarixi mərhələdə bu iki fərqli və indiki reallıqlarda bir-birinə zidd terminin harmoniyasına əsaslanan xarici siyasət konsepsiyası həyata keçirir. Çünki müstəqillik illərinin acı təcrübəsi, Ermənistanla aparılan 30 illik danışıqlar prosesinin nəticəsizliyi güclü olmayanların ədalət tələb etmək imkanlarının nə qədər məhdud olduğunu sübut edən yüzlərlə faktdan ibarətdir.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri isə yüzminlərlə məcburi köşkünün 30 illik həsrətinə son qoymağı hədəfləyən mənəvi-psixoloji dəyərə malik olmaqla yanaşı, həm də yeni iqtisadi imkanlar, beynəlxalq iqtisadi əməkdaşlıq üçün əlavə resurslar deməkdir. Bu prosesdə bir çox xarici ölkələrin şirkətləri iştirak edir. İnşa edilən yollar, hava limanları, infrastruktur obyektləri yalnız Azərbaycan xalqının maraqlarına xidmət etmir, bölgədə iqtisadi əlaqələri gücləndirməklə, ümumən regionun yeni inkişaf modelinin yaradılmasını nəzərdə tutur. Zəngəzur dəhlizinin açılması və Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası Avropa və Asiya qitələri arasında yeni və çox önəmli bir ticarət marşrutunun yaradılması deməkdir. Azərbaycanın bu təşəbbüsü Avrasiyanın nəqliyyat şəbəkəsinin genişlənməsini nəzərdə tutmaqla beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzinin formalaşmasını hədəfləyir. Rəsmi Bakı bütün dünya dövlətlərinin faydalana biləcəyi daha bir təşəbbüsün müəllifi kimi çıxış edir, daha bir gündəliyi formalaşdırır.

Uzun müddətdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayan Azərbaycan "yaşıl iqtisadiyyat", "yaşıl enerji" kimi anlayışların bütün dünyada son dərəcə aktual olduğu bir dövrdə qlobal iqtisadiyyata uzunmüddətli töhfə verəcək strategiya təqdim edir. Bu dünyaya verilən məzmun və mahiyyət etibarilə fərqli bir mesajdır. Azərbaycan işğaldan azad etdiyi əraziləri "yaşıl bölgəyə" çevirməklə ətraf mühitə zərərsiz enerji mənbələri yaradır və bütün ölkələri bu platformada əməkdaşlığa çağırır.

Beləliklə, müharibədən sonrakı Azərbaycan Cənubi Qafqazda siyasi gündəliyi müəyyən etməklə bərabər, regionda maraqları olan bütün dövlətlərin faydalana biləcəyi fərqli, hər kəsin ehtiyac duyduğu iqtisadi əməkdaşlıq formatı təklif edir. Vətən müharibəsində əldə olunmuş qələbənin dəyərini, tarixi əhəmiyyətini dünyaya hamının anlaya biləcəyi bir üslubda çatdırır. Azərbaycan beynəlxalq ictimaiyyətə 44 günlük müharibədə əldə etdiyi qələbənin yalnız onun üçün deyil, bütün dünya üçün vacib olduğunu göstərir.

Ramin Məmmədov, Milli Məclisin deputatı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 322   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"İnternet övladdan da şirin olub"

"Səyahəti xoşlayıram. Bəzən elə dağlıq yerlərə gedirəm ki, internet yoxdur. Çox gözəl, rahat və sakit yaşayırsan. Bizim nəsli heç panikaya sala bilməz. Əksinə bir lətifə var: internet sönmüşdü, evdəki insanlarla tanış olduq. Nə gözəl insanlar var imiş bizim ailədə". Axşam.az xəbər verir ki

14:08 287
.

İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır?

Göyçayda son bir ay ərzində dörd ilansancma hadisəsi qeydə alınıb. Onlardan biri də beş yaşlı uşaq olub. Bəs ilanların sancmasından necə qorunmaq olar?. Mütəxəssislər qabaqlayıcı tədbir kimi evlərin həyətyanı sahələrinə kükürd tipli dərmanların səpilməsini tövsiyə edirlər. Həkimlər isə ilkin tibbi yardımı

16:58 217
.

Sabiq Baş nazirin kürəkəni özünə təmtəraqlı ad günü KEÇİRDİ - VİDEO

Xanəndə Pərviz Qasımov özünə ad günü keçirib. olay-a istinadən bildirir ki, onun məclisində şou-biznes nümayəndələri, dostları, yaxınları yer alıb. Muğam ifaçısı ilə xanımının və oğlunun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Pərvizin həyat yoldaşı sabiq baş nazir Novruz Məmmədovu

12:49 1005
.

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə məxsus əmlaklar hərraca çıxarılıb. Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, artıq ona məxsus bir neçə əmlak satılıb. Digər əmlaklarla bağlı da dövri olaraq hərrac təşkil edilir. Satılan əmlaklarda

20:40 0
.

Ceyhun Bayramov ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı Ceyhun Bayramov mayın 19-da helikopterin qəzaya uğraması nəticəsində həlak olan İran prezidenti İbrahim Rəisinin, xaric

17:39 155
.

Tərtərdə mina partladı - Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdə

16:06 235
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 158-ə çatıb

Xəbər verdiyimiz kimi, Braziliyada güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 158-ə çatıb, 88 nəfər itkin düşüb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama yayıb. Açıqlamada daşqından zərər çəkən insanların sayının 2 milyon 300 min nəfər

12:25 96
.

Gənclər niyə gec evlənməyə üstünlük verirlər?

Əvvəlki illərə nisbətən insanlar tez evlənmək yerinə gec evlənirlər. Gənclər 23-24 yaşda deyil, daha gec yaşda evlənməyə üstünlük verirlər. Gec evlənən ailələrdə çox uşağa meyilin az olması əhalinin artım tempinə ziyan vurur. Beynəlxalq təşkilatların birinin hesabatlarına əsasən, ölkəmizdə 2 100-cü ild

16:28 291
.

Deputat:"Belarus lideri Azərbaycanın dünya miqyasında malik olduğu gücünü və qüdrətinə bələddir"

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafında yeni mərhələnin başlanğıcı oldu. Xüsusi əhəmiyyəti, səmərəliliyi və məhsuldarlığı ilə yadda qalan rəsmi səfər eyni zamanda bir sıra mühüm məqamlarla da əlamətdar oldu. Səfər çərçivəsind

12:01 97