İran hakimiyyəti - İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim - ŞƏRH

İran hakimiyyəti - İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim - ŞƏRHİran yeraltı və yerüstü sərvətlərinə görə Orta Şərqin ən varlı dövlətidir. Ancaq ölkənin var-dövləti vətəndaşın rifahına deyil, hakim rejimin siyasi hikkəsinin təmin olunmasına xərclənir. İranın tanınmış və ziyalı insanları dəfələrlə hakimiyyəti dövlət büdcəsini xaricdə saxladığı təşkilatlara sərf etməkdə günahlandırıblar. İranda hakimiyyətin apardığı bu siyasət nəticəsində adambaşına düşən milli gəlir 2004-cü ildən 2020-ci ilədək ən aşağı səviyyəyə düşüb. Tehran Ticarət və Sənaye Palatasının sədri Məsud Ənsari tviter səhifəsindəki paylaşımda bunu belə dəyərləndirmişdi: "Ötən il (2019-cu ili nəzərdə tutur, pandemiyadan əvvəl ) adambaşına düşən milli gəlir 4 milyon 700 min tümən (təxminən 210 dollar) geriləyib".

Əslində, İran əhalisinin yoxsul vəziyyətə düşməsinin əsas səbəblərindən biri Xomeyninin İslam inqilabı doktrinasının transformasiyası adı altında hakimiyyətin xarici ölkələrdə yaratdığı şəbəkələrə maliyyə vəsaiti və s. xərcləməsidir. Bəs Tehran hakimiyyəti dövlətin pullarını hansı ölkələrdə xərcləyir? O, Suriya, İraq, Yəmən, Fələstin, Livan, Əfqanıstan, keçmiş sovet respublikaları, Aİ-nin bəzi ölkələri, Afrikanın şimalındakı dövlətlər, Çin, Hindistan, Pakistan, Latın Amerkasının bir sıra ölkələri, ABŞ, NATO, İsrail, Səudiyyə Ərəbistanında maraqlarına qarşı külli miqdarda maliyyə vəsaiti sərf edir. İran Bəhreynə də silah-sursat göndərir. Orada silahlı qruplaşma, o cümlədən "əl-Əştər" briqadası iranlılar tərəfindən təlmatlandırılır. İran 2020-ci ildə Livanda "Hizbullah"a 700 milyon dollar yardım edib. Hər gün Yəməndə husi qiyamçıların Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində atdıqları raketlər adi İran vətəndaşlarının çörək pulu hesabına hazırlanır. Məsələn, ötən ilin fevral-iyun aylarında ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndəki husi qiyamçıları üçün nəzərdə tutulan, İran istehsalı olan 1 700 avtomat və 170-dən artıq raket ələ keçiriblər.

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən "Qüds" adlı qoşunu var. "Qüds"ün müxtəlif idarələri mövcuddur: Türkiyə, Qərb ölkələri bazası, keçmiş SSRİ ölkələri, İraq, Əfqanıstan, Pakistan, Hindistan, İsrail, Livan, İordaniya, Şimali Afrika, Ərəb yarımadası ölkələri. Bu təşkilatın maliyyələşməsi gizlidir. O, İranın ali rəhbəri Xameneiyə tabedir. Bəzi mənbələr onun "Bank of Kunlun" maliyyə qurumu tərəfindən dəstəkləndiyini də bildirir. Bu bank Çinin "China National Petroleum Corporation" şirkətinin törəməsidir. İran İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında "Xalq Səfərbərlik Qüvvələri"(Həşdi Şəbi") adı ilə də hərbi birləşmə yaradıb. Onun tərkibində 7 silahlı qrup var. Onların sayının 100-150 min olduğu bildirilib. İraq İŞİD-dən təmizlənsə də, "Həşdi Şəbi" hələ də bu ölkədə fəaliyyətini davam etdirir. Başqa sözlə, İran bu qoşuna dövlət büdcəsindən milyonlarla maliyyə vəsaiti xərcləyir. Tehran xarici ölkələrdə qoşunlar saxlamaqla ölkəsinin təhlükəsizliyi adı altında hakimiyyətin qalmasını və əhəmiyyətsiz doktrinanın yayılmasını təşkil edir. İran həmin qruplaşma tərəfindən İraqı bir növ işğal edib.

Yeri gəlmişkən, qeyd edək ki, 1979-cu ildən İran hakimiyyətinin adı 40-dan çox ölkədə törədilən terror hadisələrində hallanır. Bundan başqa, Tehran rejimi beynəlxalq miqyasda 360-a qədər məqsədyönlü qətlləri, eləcə də yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan kütləvi partlayışları təşkil edib. Bu terror aktlarını və silahlı hücumları, ilk növbədə, İran İnqilab Keşikçilərinin "Qüds" qoşunu, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT), üçüncü ölkələrdəki etibarlı şəxsləri, məsələn, "Hizbullah" törədib. 1994-cü ildə Argentinanın paytaxtı Buenos Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında ETTELAAT-ın o vaxtkı şefi Əli Fəllahianın, İran səfirliyinin mədəniyyət üzrə attaşesi Əhmədrza Əsgərinin adları hallanır. Yaxud 2018-ci ildə Avstriyada səfirlikdə işləyən Əsədullah Əsədi terror fəaliyyətində şübhəli bilinərək hazırda Belçikada həbsdədir.

Ümumiyyətlə, 1984-cü ildən İran dünyada terrorçuluğu himayə edən dövlət olaraq tanınır. Ölkənin əsas güc strukturu sayılan qvardiya terrorçu təşkilat siyahısındadır. İran hakimiyyətinin pozuculuq əməlləri təkcə terrorlar törətməklə bitmir. O, din pərdəsi altında dünya müsəlmanları arasında da ikitirəlik yaradır. Təriqəti din səviyyəsində təbliğ edir. İran mərkəzli fars düşüncə sisteminin daşıyıcısı olan bu rejim dünyada adı və pərdəsi altında gizləndiyi məzhəbə hücum olduğunu təbliğ etməklə də İslama ziyan vurur, onu parçalayır, birliyi əngəlləyir. İran-İraq müharibəsi zamanı Xomeyni Kərbəla və Nəcəfi düşmənlərdən (o vaxt Səddam Hüseyni nəzərdə tuturdu) azad edib, Kəbəni də kafirlərdən təmizləyəcəklərini bəyan etməklə də İslam düşmənçiliyi toxumunu səpirdi. İslam dinində vacib əməllərdən biri Kəbənin ziyarətidir. Tehran hakimiyyəti bu ziyarətin əhəmiyyətini azaltmaqla da İslamı təhrif edir. İran hakimiyyəti müsəlmanların bu müqəddəs ibadət ocağında müxtəlif terrorlar törətmək və ya təşkil etməklə oranı təhlükəli yerə çevirməyə çalışır. Bununla da müsəlmanların ora səfərinin qarşısını almağı hədəfləyir. 1979-cu il noyabrın 20-də, Məhərrəm ayının birində Məkkədə törədilən terror aktı nəticəsində 255 nəfər ölmüş, Səudiyyə Ərəbistanının 400-dən çox hərbçisi yaralanmışdı. Bu terror aktında daha çox İran hakimiyyətinin adı hallanırdı. Çünki bu hadisədən 16 gün əvvəl, noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin 52 əməkdaşı girov saxlanılmışdı. Bu hücumun məsuliyyətini "İmam Xomeyni yolunun davamçıları" üzərlərinə götürmüşdü. Onda Ruhullah Xomeyni səfirliyin işğalını "ikinci inqilab" kimi səciyyələndirmişdi. Məkkəyə hər il orta hesabla dünyanın müxtəlif yerlərindən 2,5-3 milyon zəvvar səfər edir. Koronavirus təhlükəsi səbəbindən 2022-ci ildə Həccə bir milyon zəvvar gedib. İranın apardığı təbliğat və təfriqəçilik nəticəsində bu il Məhərrəm ayının 10-cu günü İmam Hüseynin xatırlanması üçün Kərbəlaya 21 milyondan çox zəvvar səfər etdiyinə dair xəbər yayılıb. İranın İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bildirib ki, bu il tədbirə 21 198 640 nəfər qatılıb. Müqayisə üçün qeyd edək ki, ötən il iştirakçıların sayı 16 milyon 327 min nəfər olub.

İran hakimiyyətinin bu ziyarətləri təşkil etməkdə məqsədlərindən biri öz siyasi-ideoloji xəttinin dünyadakı havadarlarının sayını nümayiş etdirməkdirsə, digəri də pul qazanmaqdır. Ərbəin, Məşhəd, Qum və s. ziyarətgahlardan əldə edilən maliyyə vəsaitləri isə elə müsəlman ölkələrdə törədilən terrorlara və başqa pozuculuq əməllərə xərclənir. İran hakimiyyəti müsəlman ölkələrində iğtişaşları da həmin pullarla törədir. Həmin pullar həm də Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün Ermənistana yardım kimi verilirdi. Bu gün də Tehran İrəvana yardım edir. Odur ki, İrandakı rejim ziyarətgahlardan topladığı maliyyə vəsaiti hesabına Ermənistana silah, hərbi texnikanı ucuz qiymətə satır. Onun Azərbaycana qarşı güclənməsinə yardım edir. Bu kimi məsələlər İranın İslam dünyası daxilində pozuculuq fəaliyyətini təsdiqləyir. Tehran hakimiyyətinin fəaliyyət istiqamətləri daha çox müsəlman dövlətləridir. O, adi inanclı zəvvarlardan topladığı ianələri həmin dövlətlərin ərazilərində öz çirkin niyyətlərini həyata keçirməyə sərf edir. Çünki İrandakı hakimiyyət heç vaxt İslama xidmət etməyib. O, panfarsçı düşüncənin daşıyıcısı olduğu üçün daim türk, ərəb və fars olmayan region dövlətlərinə qarşı gizli və açıq düşmənlik aparıb...(report)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 340   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585