Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında memorandum imzalanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti arasında memorandum imzalanıbAzərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandumun imzalanması mərasimində XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev, AzTU-nun rektoru professor Vilayət Vəliyev və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.

Rektor AzTU-da görülən işlər, xüsusilə də kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, dövlətin informasiya təhlükəsizliyinə töhfə vermək məqsədilə AzTU-da Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəsizlik kafedrası açılıb. Bu ixtisasda təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişmələri üçün AzTU XRİTDX ilə əməkdaşlıq etməkdə maraqlıdır.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışında qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunmasının istər milli, istərsə də beynəlxalq səviyyədə prioritet məsələyə çevrildiyini qeyd edib. Bununla yanaşı, XRİTDX tərəfindən dövlət qurumlarını təhlükəsiz internet şəbəkəsi ilə təmin etməklə yanaşı, data mərkəzində 600-dən çox dövlət informasiya ehtiyatı və 30 min dövlət qurumu istifadəçisinə xidmət göstərən elektron poçt xidməti saxlanılmaqla təhlükəsizliyinin təmin olunduğu qeyd edilib. Görülmüş tədbirlər nəticəsində ötən rüb ərzində 159 dövlət informasiya ehtiyatında təhlükəsizlik boşluqlarının aşkarlandığı və qarşısının alınması üçün müvafiq tədbirlərin görüldüyü, dövlət qurumlarının əməkdaşlarını hədəfləyən 732 min zərərverici tərkibli elektron poçt göndərişinin dövlət orqanlarına çatdırılmasının qarşısının alındığı, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə AzstateNet dövlət şəbəkəsində üçüncü rüb ərzində 81 milyon zərərli keçid, 873 min zərərverici virus, 83 min virus tərkibli faylın bloklandığı diqqətə çatdırılıb.

İlqar Musayev çıxışında bu sahənin inkişafı üzrə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə 2023–2026-cı illər üçün Azərbaycan Respublikasının Milli Strategiyası layihəsinin hazırlandığını və cari ilin sonuna kimi təsdiqinin gözlənildiyini vurğulayıb. Xidmət rəisi Strategiyanın prioritet istiqamətlərindən biri kimi, "Elmi tədqiqatlar, təhsil və yüksəkixtisaslı kadr təminatı"nın nəzərdə tutulduğunu və bunlarla əlaqədar təhsil müəssisələri, o cümlədən AzTU ilə əməkdaşlığın faydalarından danışıb.

Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 391   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 0
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 221
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 132
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 431
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 434
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 750
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 801
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 0
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 305