Azərbaycan üçün əlamətdar hadisə

Azərbaycan üçün əlamətdar hadisəAzərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu bir daha sübut edir ki, onun həyata keçirdiyi diplomatiya siyasətinin uğurları əsasında xarizmatik liderlik keyfiyyətləri dayanmaqdadır. Belə ki, cənab İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitindəki iştirakı, habelə orada səsləndirdiyi bəyanatları da isbat edir ki, Azərbaycan nəinki bu Zirvə görüşündə, ümumiyyətlə, bütün mühüm beynəlxalq platformalarda müsəlman dövlətlərinə qardaşlıq nümunəsi göstərib, öz yardım və dəstəklərini əsirgəməyib. Əbəs deyil ki, Prezident İlham Əliyevin Sammit zamanı səsləndirdiyi bəyanatları Əlcəzairin əsas aparıcı qəzetlərində və portallarında çox geniş şəkildə işıqlandırılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürünü bildirib, bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini deyib. O əlavə edib: "Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur".
Prezident İlham Əliyev Sammitdə Qoşulmama Hərəkatının Sədri kimi iştirak etdiyini, eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıq genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Həmçinin, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman müsəlman qardaşlarının yanında olub, öz davamlı yardımlarını, dəstəyini əməli şəkildə sübuta yetirib.
Məhz cənab İlham Əliyevin dostluq və qardaşlıq prinsipləri əsasında müsəlman dövlətləri ilə səmimi, etimadlı və etibarlı siyasəti Ərəb Dövlətləri Liqasında təmsil olunan ölkələrlə paralel olaraq qarşılıqlı maraqlara öz müsbət təsirlərini göstərib. Əbəs deyil ki, Prezident İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qaldığını diqqətə çatdırıb və bütün bu işğal illəri ərzində həmişə ərəb qardaşlarının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini əlavə edib. Məhz bu baxımdan, Azərbaycanın dövlət başçısı xüsusilə bildirib və xatırladıb ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına dəstəyini əsirgəməyib.
Artıq bu kimi uğur reallıqları da belə qənaətə gəlməyə əsas yaradır ki, Azərbaycan yaxın gələcəkdə ərəb dövlətləri ilə əməkdaşlığının genişlənəcəyinə, yeni xarakter və sürətli dinamika alacağına doğru ardıcıl addımlarını davamlı olaraq atacaq və bu gerçəklik bütövlükdə dünyanın İslam ölkələri arasında olan birliyin möhkəmlənməsinə növbəti münbit şəraitlər yaradacaq.
Xəbərlərdə o da diqqətə çatdırılıb ki, Zirvə görüşündə Qoşulmama Hərəkatının Sədri qismində Fəxri qonaq kimi iştirak edən Prezident İlham Əliyev aktual qlobal məsələlərə də öz dərin və əsaslı münasibətini bildirib. İşğalı və beynəlxalq siyasətdə ikili standartları pisləyən Azərbaycan Prezidenti qeyd edib ki, Fransa 130 ilə yaxın Əlcəzairi işğal altında saxlayıb və onun ölkəsi də Ermənistanın işğalına məruz qalıb. Bu illər ərzində ərəb və İslam dövlətlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini qeyd edən İlham Əliyev bildirib ki, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini azad edib və hazırda həmin torpaqlarda bərpa və tikinti işləri aparılır.
Məhz Ərəb Dövlətləri Liqasının aparıcı təmsilçiləri də Azərbaycan Prezidentinin bəyanatlarını alqışlamaqla yanaşı, həm də əmin olublar ki, ölkəmiz öz gücü və qüdrəti, sürətli inkişaf tendensiyaları ilə qarşıdakı illərdə müsəlman aləminə, İslam dünyasına öz böyük töhfələrini verəcək, qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.

Metin Hüseynov - siyasi şərhçi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 483   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 129
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 588
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477