"Hacıbabadan sonra bütün ömrümü Şölə ilə bağladım"

"Hacıbabadan sonra bütün ömrümü Şölə ilə bağladım""Hacıbabadan sonra bütün ömrümü qızım Şölə ilə bağladım. Həyatımı yalnız onun üçün yaşadım, onunla, təhsili ilə məşğul oldum. Bilirsiniz ki, Şölə Ankaranın Hacettepe universitetinin siyasi bilimlər və dövlət idarəetmə fakültəsində təhsil alır. Bacardığımı etdim ki, qızım savadlı, xalqına, millətinə lazımlı bir övlad olsun. Deyə bilmərəm ki, onun tam bəhrəsini görmüşəm. Düzdü, Şölə bir neçə xarici dil bilir, universitetdə çox gözəl təhsil alır. Universiteti bitirəndən sonra işə düzələr, ilk maaşını görəndə bəhrə o zaman olacaq. Onda artıq rahat ola biləcəm ki, onun üçün nələrisə edə bilmişəm, əlini çörəyə çatdıra bilmişəm"

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun ömür-gün yoldaşı Arzu Bağırova deyib. O daha sonra əlavə edib.

"Mənə görə valideynlərin övladlarına verə biləcəyi ən böyük miras təhsildir. Qalan hər şey-bəxtdir, sağlıqdır, ruzidir bunlar Allahın əlindədir. İnşallah, Allah gözəlindən yazar. Demək olar ki, Şölə ilə birlikdə oxuyuram, onunla gəlib, onunla qayıdıram. Bir sözlə gözümdən qoymuram. Həyatım tam ona bağlıdır. Burada mənim anam Şölə xanımın da çox əziyyəti var. Səhər universitetə gedəndə nənəsi də zəng edib maraqlanır. Bu dəfə onu özümüzlə Ankaraya gətirməmişik. Sosial şəbəkədə qızımın, ümumiyyətlə bizim ailənin ünvanına çox xoş sözlər yazırlar, dualar edirlər. Onların hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Necə ki, onlar mənim övladıma dua edir, Hacıya rəhmət oxuyur, hər rəyi oxuyanda eyni sözləri mən də onların övladlarına arzulayıram, mən də onların ölənlərinə rəhmət diləyirəm" deyə Arzu Bağırova deyib.
Sənətkarın həyat yoldaşı gənc nəsil aktyorlardan da danışaraq bildirib ki, o vaxtkı nəsil üçün Hacıbaba Bağırovun yeri hər zaman görünür.

"İnsanlar Hacının çəkildiyi o dövrün filmləri-"Ulduz", "Alma almaya bənzər", "Şirbalanın sonuncu məhəbbəti", "Mehman" la, "Hicran", "Bankir adaxlı" və s. tamaşalar ilə böyüyüb. O filmlərlə, tamaşalarla böyüyən nəsil üçün Hacıbabanın yoxluğu hiss olunur. Amma bu günki nəsil bir başqa zövqlə böyüyür. Daha müasir filmlərə meyl edirlər. Tik-tokla, vaynla böyüyürlər. Hacıbabanın sənətdə yoxluğu hər nəsildə bir cür hiss oluna bilər, hamısında eyni hiss ola bilməz. Gənclər var ki, o vaxtkı nəsil aktyorları heç tanımır. Bəzi gənclər də var ki, o filmlərlə, tamaşalarla maraqlanır. Mən o vaxt gənc idim, səhər tezdən televizorun qarşısında oturub "Səhər görüşləri" ni izləyirdim ki, indi Hacını, Siyavuşu, Nəsibə xanımı göstərəcəklər. Allah onların hər birinə qəni-qəni rəhmət etsin. Zaman dəyişir, vaxt və hər şey dəyişir" deyə Arzu Bağırova deyib.

Arzu Bağırova bildirib ki, bu gün kifayət qədər gənc istedadlı aktyorlar var.

"Deyə bilmərəm ki, gənc nəsil aktyorlar sevilmir. Sevilənləri də var. Akademik Musiqili Teatrda kifayət qədər istedadlı gənclər var. Böyük bir sənətkarın həyat yoldaşı olduğuma görə sənət haqda danışmaq mənim üçün böyük məsuliyyətdir. Heç vaxt, heç kimi pisləmərəm, kiminsə sənətinə "kiçikdir" deyə bilmərəm. Bəyəndiklərim haqda deyə bilərəm, bəyənmədiklərim haqda susaram. Heç vaxt kiminsə arxasınca "bunu bəyənmirəm" demirəm. Bəyənmirsənsə kanalı çevirirsən, bəyənmirsənsə tamaşasına getmirsən, bəyənmirsənsə filminə baxmırsan. Güclə səni heç kim məcbur edə bilməz" deyə o bildirib.

Arzu Bağırova maddi vəziyyətindən də söz açıb.

"İndi elə bir zəmanədir ki, hamının sıxıntıları var. Bu sıxıntılar məndən də yəqin ki, yan keçməyib. Amma yenə də şükür olsun. Ağlamağı və naşükürlüyü sevmirəm. Hər günümüzə şükür edirəm. İki valideyn bir övladı bəzən oxutdura bilmir, təsəvvür edin ki, mən təkəm. Neyləyə bilərəm? Mənim də alnıma bu yazılıb. Allah hər bir insana qaldıra biləcəyi qədər yük verir. İstəsəm də, istəməsəm də öhdəsindən gəlməliyəm. Əgər bir insanın sağlamlığı yerindədirsə, demək ki, hər şey ondan sonra gəlir. Səhər ayılanda anam və övladım yanımdadırsa bu mənim üçün maddi vəziyyətin yaxşı olmağı deməkdir" deyə sənətkarın xanımı deyib.

"Hacıbabadan sonra bütün ömrümü Şölə ilə bağladım""Hacıbabadan sonra bütün ömrümü Şölə ilə bağladım""Hacıbabadan sonra bütün ömrümü Şölə ilə bağladım""Hacıbabadan sonra bütün ömrümü Şölə ilə bağladım"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2894   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 6784
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

06.05.2024 1219
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 416
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 6589
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1096
.

"Bahar" serialına yeni aktrisa gəlir- FOTO

"Bahar" serialına yeni daxil olacaq aktrisanın adı açıqlanıb. xəbər verir ki, 12-ci bölümə aktrisa Yasemin Kay Allen daxil olacaq. O, azad ruhlu və iş dünyasında cəsur addımları ilə tanınan "Dora Ersoy" rolunu canlandıracaq

06.05.2024 580
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 785
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 429
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 1004