Azərbaycanda orta aylıq pensiya artırılır

Azərbaycanda orta aylıq pensiya artırılırAzərbaycanda orta aylıq pensiyanın məbləğində artım gözlənilir.

BiG.AZ xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin 2023-cü il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Rəydə bildirilir ki, "Əmək pensiyaları haqqında "1-pensiya №li forma" statistik hesabata əsasən cari ilin 01 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9% artaraq 368,0 manat təşkil edib, artım pensiyanın hər 3 növü üzrə baş verib.

Qeyd olunur ki, cari ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat(10,3%) artıb ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığortahissəsinin indeksləşdirilməsi və cari ilin 01 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş verib.

Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilib. İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılıb.

Belə ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır.

Növbəti ilin sonunda isə orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır. Hüquqi aktlara əsasən indeksləşmənin orta aylıq əmək haqqının artım tempinə uyğun aparıldığını diqqətə alaraq, qeyd etmək olar ki, pensiyaların orta aylıq məbləğində nəzərdə tutulmuş artım tempi cari ilin əvvəli ilə müqayisədə sonuna orta aylıq əmək haqqının 14,5% səviyyəsində artımına uyğundur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 173
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 142
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 214
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 852
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 215
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 130
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 167
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 193