"Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir" - Deputat
"Xankəndində təşkil edilən mitinqin arxasında xarici qüvvələrinin əli var".
Bunu BiG.AZ-a danışan deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, bu gün Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir:
"Onlar çalışırlar ki, 44 günlük Vətən müharibəsindən sonra sarsılmış erməni separatçılığını bərpa etsinlər. Əsas məqsəd isə bu gün Soçi şəhərində Vladimir Putinin vasitəçiliyi ilə, cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə maneə törətməkdir. Hər zaman bu cür görüşlərdən əvvəl öz mövqelərini möhkəmlətmək üçün, tərəflər təzyiq xarakterli diplomatik metodlardan istifadə edirlər. Hətta, təxribatlar törədilir. Bəzi hallarda isə, terrorçulardan da istifadə olunur ki, məqsədə nail olunsun. Konkret olaraq, ermənilər Soçi görüşündən müəyyən imtiyazlar əldə etmək üçün Xankəndində mitinq təşkil etdilər".
Deputat vurğulayıb ki, ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulur:
"Paşinyan partiyasının qurultayında çıxış edərkən bildirdi ki, dünya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq görür. Lakin Rusiyanın müəyyən qüvvələri tərəfindən qızışdırılan separatçılar bütün vasitələrdən istifadə etməklə özlərini Rusiyanın bir hissəsi kimi təsdiq etdirməyə çalışırlar. Burada əsasən daşnak xislətli rusiyalı ermənilərdən daha çox, ermənipərəst, bədnam "Lazarev" klubunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu günlərdə İrəvanda keçirilən iclasda həmin klubun üzvləri olduqca aqressiv tərzdə regionda düşmənçiliyin yeni toxumlarını səpdilər. Hesab edirəm ki, bu gün biz soyuqqanlı olmalı, Soçi görüşünün nəticələrini gözləməliyik.
Erməni separatçılarının hansı təxribatları törətməklərindən asılı olmayaraq, gözlənilən sülh müqaviləsi imzalanacaq və Ermənistan, onun havadarları məğlubiyyətləri ilə barışmalı olacaqlar. Ondan sonra biz Laçın dəhlizində nəzarət sistemini quracağıq. Erməni separatçıları çirkin niyyətlərindən əl çəkmədikləri halda biz digər vasitələrdən də istifadə edəcəyik".
Aysel Yusifqızı
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 522 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşVətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO
"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y
11:05 327 Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind
17:09 188 İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"
28.04.2024 355 Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO
Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi
12:21 496 Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi
Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin
28.04.2024 293 Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik
16:22 275 İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin
28.04.2024 239 Rusiyada zəlzələ oldu
Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir
16:56 175 Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI
İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin
10:52 696