Siyavuş Novruzov: "Həqiqətləri səsləndirdiyimə görə çox tənqid olunuram" - MÜSAHİBƏ

Siyavuş Novruzov: "Həqiqətləri səsləndirdiyimə görə çox tənqid olunuram" - MÜSAHİBƏ"İran günün günorta çağı Araz çayının kənarında ağır texnika ilə təlim keçir. Sual olunur ki, Fars körfəzində bu təlimlər niyə reallaşmır? İrana hücum ancaq bu körfəzdən ola bilər. İranın güc nümayişi etdirməsi mənasızdır. Çünki ordularında 1960-70-ci illərin silahları və texnikaları var".

Bunu News24.az-a müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib.

Müsahibəni təqdim edirik:

- Siyavuş müəllim, hazır elə Milli Məclisdəykən əvvəlcə buradakı vəziyyəti soruşaq. Plenar iclaslarda bəhs etdiyiniz problemlər həllini tapırmı?

- Əgər mümkün variant varsa, çox vaxt səsləndirdiyimiz məsələlər həllini tapır. Yaxud da həmin problemlər növbəti iclasların gündəliyinə daxil edilir. Problemlər qanunvericilik yolu və ya aidiyyəti qurumlarla ünsiyyətin qurulması vasitəsi ilə həll olunur. Qeyd edim ki, Milli Məclisin yükü doğrudan da çox ağırdır.

- Məsələləri səsləndirməklə kifayətlənirsiniz, yoxsa başqa addımlar da atırsınız?

- Təbii ki, başqa addımlar da atılır. Aidiyyəti strukturlara məktublar göndəririk. Daxil olan müraciətlərin hesabatını veririk. Bizim komitəyə il ərzində 3 mindən artıq müraciət daxil olur. Bu müraciətlərin təxminən 70 faizi həllini tapır. Həll olmayan problemlərin isə əsaslı səbəbləri olur.

- Azərbaycan Yazıçılar Birliyinin qurultayında olan qalmaqalı yəqin ki, gördünüz. Bu məsələyə münasibətiniz necədir?

- Dünyada artıq "Yazıçılar Birliyi" praktikası yoxdur. Bu praktika sovet dövründən qalıb. Dünyada oxşar model kimi qeyri-hökumət təşkilatları var. Müxtəlif qrandlar vasitəsi ilə öz fəaliyyətlərini reallaşdırırlar. Azərbaycanda dövlət tərəfindən ədəbiyyata dəstək böyükdür. Cənab Prezident tərəfindən gənc yazarlara müavinətlər verilir, kitabların çap olunmasına vəsaitlər ayrılır. Təbii ki, bu vəsaitlər də hesabatlı olmalıdır. Heç soruşmadan da hər il bu hesabat verilməlidir. Yazıçılar Böyük Vətən Müharibəsi dövründə oynadığı rolu İkinci Qarabağ müharibəsində oynamadılar.

Çingiz Abdullayev böyük yazıçıdır, ən çox çap olunan kitabların müəllifidir, ancaq hesabat tələb olunursa, verilməlidir.

Siyavuş Novruzov: "Həqiqətləri səsləndirdiyimə görə çox tənqid olunuram" - MÜSAHİBƏ- Siyavuş müəllim, son günlərin aktual mövzularından biri də AzTV-nin sədri Rövşən Məmmədovun Rusiyanın 1-ci kanalında yayımlanan verilişə reaksiyasıdır. Bildiyiniz kimi orada saxta xəritədə qondarma "Dağlıq Qarabağ" rejimini ayrıca dövlət kimi təqdim etmişdilər. AzTV ilk dəfə olaraq Rusiyanın Ukrayna ərazilərini işğal etdiyini, dinc insanları bombaladığını, Moskvanın təcavüzkar siyasət yürütdüyünü və insanlığa qarşı bəşəri cinayət törətdiyini vurğulayıb.

Bu cavabı necə dəyərləndirirsiniz?

- Rusiyanın dövlət kanalında yayımlanan verilişlərə dövlət cavabdehlik daşıyır. Gerçəklik payı olmayan xəritəni, məsələni verilişdə müzakirəyə çıxarıb, ictimaiyyəti çaşdırırlar. Bu baxımdan hesab edirəm ki, tək Azərbaycan Televiziyası yox, digər kanallar da bu məsələ ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. Artıq hücum diplomatiyamız olmalıdır. Biz gözləməməliyik ki, ermənilər hansısa məsələni qaldırsın. Məsələləri biz qaldırmalıyıq, ermənilər cavab verməlidir.

- Yeri gəlmişkən, İran-Azərbaycan münasibətlərində yaranan mövcud reallıq barədə nə deyə bilərsiniz? Çünki son vaxtlar İranla Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində isti münasibətlərin formalaşdığını görürük...

Siyavuş Novruzov: "Həqiqətləri səsləndirdiyimə görə çox tənqid olunuram" - MÜSAHİBƏ- İranın bizə qarşı mənfi münasibətini hər zaman görmüşük. İran Ermənistanla iqtisadi əlaqələrini kəssəydi Qarabağ münaqişəsi bəlkə də 20 il öncə həll olunmuşdu. İran onlara dəstək göstərməsəydi, öz məhsullarını aşağı qiymətə satmasaydı bu münaqişə həllini tapmışdı.

İran günün günorta çağı Araz çayının kənarında ağır texnika ilə təlim keçir. Sual olunur ki, Fars körfəzində bu təlimlər niyə reallaşmır? İrana hücum ancaq bu körfəzdən ola bilər. İranın güc nümayişi etdirməsi mənasızdır. Çünki ordularında 1960-70-ci illərin silahları və texnikaları var. Körpü salındığını göstərirlər. Dünyada artıq o cür körpülər inşa edilmir. ABŞ-ın piyada əleyhinə maşınları okeanda 20 kilometr dərinlikdə üzürlər. Ona görə də İran öz daxili məsələləri ilə məşğul olsa, daha məqsəduyğun olar. İran həmçinin qonşuları ilə də yaxşı münasibət saxlamalıdır. Ermənistana isə istədiyi silahı sata bilər. Ancaq alınacaq silahların heç birinin əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ordusu kifayət qədər müasir silahlarla təchiz olunub. Bundan əlavə, bu il Ordumuzun büdcəsi xeyli artırılıb.

- Ən çox tənqid olunan deputatlardan birisiniz. Bəzən cəmiyyətdə fikirləriniz birmənalı qarşılanmır. Bunu nə ilə əlaqələndirirsiniz?

- Həqiqəti səsləndirdiyimə görə. 30 ildir siyasətdəyəm, eyni yol ilə gedirəm. Məni istəməyən, paxıllıq edən qüvvələr var, bunu bilirəm. İnsanlar tənqid edib, şərh yaza bilər, bu, normaldır. Ancaq şərhlərə baxıram ki, söyüş yazırlar. Bunun heç bir əhəmiyyəti yoxdur. Oxuyan da başa düşür ki, burada şəxsi qərəzdən başqa bir şey yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 494   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

23:00 0
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 462
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

15:45 104
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

20:30 0
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

15:24 159
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 521
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

20:00 0