Beynəlxalq səyyah: "Şuşa bizim üçün də önəmli şəhərdir"

Beynəlxalq səyyah: "Şuşa bizim üçün də önəmli şəhərdir""Şuşa şəhəri Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün də bir o qədər vacib şəhərdir".

Bunu "Report"a açıqlamasında Şuşada səfərdə olan "Türkiyə Gəzginlər Klubu" dərnəyinin üzvü, beynəlxalq səyahətçi Nurşen Yıldırım deyib.

Türkiyəli səyyah həmişə adını eşitdiyi, amma heç vaxt ərazisində olmadığı Şuşa şəhərini ziyarət etməkdən məmnun olduğunu bildirib: "44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq sayəsində bu gün rahatlıqla işğaldan azad edilən torpaqlara səyahət edə bilirik. Artıq buralara həyat qayıtmağa başlayıb və bunun üçün azərbaycanlı qardaşlarımız kimi biz də xoşbəxtik. Ümid edirik ki, azad olunan bütün ərazilərdə bərpa-quruculuq işləri tez bir zamanda bitəcək və yurd həsrətində olan insanlar öz evlərinə birdəfəlik qayıdacaqlar".

Beynəlxalq səyyah həmçinin vurğulayıb ki, müharibə bitsə də, azərbaycanlılara qarşı törədilən cinayətlər davam edir: "Hazırda azərbaycanlılar həm də mina problemi ilə üz-üzədir. Bəlkə də onillər sonra belə bu minalar insanlara zərər verəcək. Düşünürəm ki, beynəlxalq təşkilatlar və əlaqədar qurumlar Ermənistanın mina terroruna səssiz qalmamalı və insanlıq adına qəti şəkildə öz mövqelərini bildirməlidirlər".

Qeyd edək ki, bu gün "Türkiyə Gəzginlər Klubu" dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib. Səfər beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub. Heyətə "Türkiyə Gəzginlər Klubu"nun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsibdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 371   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 117
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 462
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 469
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 345
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146