İltihaba faydalı bitki çayları

İltihaba faydalı bitki çaylarıOrqanizmdə iltihabi proseslərin əmələ gəlməsinə bir çox şey səbəb ola bilər. Orqanizmdə iltihabi proseslərin olması orqnizmin müdafiə qüvvəsini azaldır və insanın digər xəstəliklərə qarşı olan müqavimətini aşağı salır. İltihab yerli olduqda qızartı, şişkinlik, ağrı ilə özünü biruzə verir. Amma ümumi iltihab əlamətlərinin olması qanda EÇS- in miqdarının yüksək olması ilə müəəyən edilir ki, bu da müxtəlif patologiyalara səbəb olur. Aşağıda orqanizmdən iltihab əlamətlərini azalda bilən bitki çaylarından bir-neçəsinin adı qeyd edilib:

Çin bibəri çayı.
Çin bibərinin tərkibində olan kapsaisin maddəsi orqanizmdə olan iltihab əlamətlərini aradan qaldırır. Onun dəmləməsi orqanizmdən iltihabın sorulmasına səbəb olur.

Zəncəfil çayı.
Zəncəfil çayı ağrıkəsici və iltihabı aradan qaldırmaq qabiliyyətinə malikdir. Tərkibində olan ginderol, paradol, zingeron orqanizmdə iltihabı əmələ gətirən enzimlərin məhv olmasına səbəb olur.

Reyhan çayı.
İltihabla mübarizəyə qarşı reyhan dəmləməsi ən yaxşı vasitələrdən biridir. Onun tərkibində olan ojenol maddəsi iltihabın aradan qalxmasında yardımçı olur.

Sarıkök dəmləməsi.
Sarıkök antioksidant tərkibi ilə orqanizmdə olan iltihabi proseslərin azalmasına səbəb olur.

Ağ söyüd qabığı.
Ağ söyüdün qabığında olan salisil maddəsi tərkibinə görə aspirinə bənzəyir. Onun dəmləməsi ağrıkəsici olmaqla bərabər, iltihab əleyhinə də təsir göstrir. Hətta bəzi araşdırmaçılar söyüd qabığının aspirindən daha uzun müddətli təsirə malik olduğunu söyləyir.

Gicirtkən dəmləməsi.
Gicirtkən dəmləməsi orqanizmdə olan iltihab əmələ gətirən kimyəvi birləşmələrin miqdarını azaldır. Bu səbəbdən də uzun müddət gicirtkən dəmləməsi içənlərin orqanizmdəki iltihabi xəstəliklərin əlamətləri azalır.
Mütəxəssislər bitki çaylarından istifadə edilən zaman həkimlə məsləhətləşməyi tövsiyyə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1399   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 861
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1552
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 1114
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 475
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 514
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 981
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1188
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1351
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 879