Cavid Qurbanovu əvəzləyən 42 yaşlı Rövşən Rüstəmov kimdir?

Cavid Qurbanovu əvəzləyən 42 yaşlı Rövşən Rüstəmov kimdir?Xəbər verdiyimiz kimi, Rövşən Rüstəmov Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

Bu məqamda "Qafqazinfo" yeni sədrin bioqrafiyasını təqdim edir:

Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.

O, 1997-2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra həmin Akademiyasda təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

R. Rüstəmov 2004-2012 "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində (2012-2014-cü illər) işləyib.

ADY-nin yeni sədri 2014-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərkosmos" ASC-nin sədr müavini təyin edilib. Üç il sonra – 2021-ci ildə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. Bu gün sözügedən vəzifədən azad olunub.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri Cavid Qurbanov cari ilin mayın 24-ü Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızı Nigar Camala qadağa qoydu

Müğənni Nigar Camal qızları Jasmin və Səidədən söz açıb. OLAY yazır ki, sənətçi qonaq olduğu "Günaylı gün" verilişində bildirib ki, kiçik övladı Səidə fotolarının sosial şəbəkədə paylaşılmasını sevmir. "Böyük qızım Jasminin 18, kiçik qızım Səidənin isə ilin sonunda isə 17 yaşı olacaq

09.05.2024 731
.

Onlar da Prezident mükafatı alacaqlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Axşam.az-ın məlumatına görə, Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentini

09.05.2024 751
.

Sabah "ASAN xidmət" işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələ

08.05.2024 451
.

Moskvada "9 May" qələbə günü münasibətilə hərbi parad keçirilir - CANLI YAYIM

Moskvada Qırmızı Meydanda "9 May" qələbə günü münasibətilə hərbi parad keçirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda doqquz mindən çox insan və 70 texnika iştirak edir. Rusiya Prezidenti Vladimir Putin paraddan əvvəl çıxış edib. Qeyd edək ki, "9 May" şərəfinə hərb

09.05.2024 282
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 285
.

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib. İstehsalçı "Abşeron-Şərab" ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılo

08.05.2024 775
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

08.05.2024 308
.

Qəzzada 34844 fələstinli qətlə yetirilib

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34844-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 215 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamada İsrai

08.05.2024 348
.

Türkiyədə terror qruplaşmaları saxlanıldı

Türkiyənin İzmir şəhərində terror qruplaşmaları saxlanılıb. BİG.az xəbər verir ki, əməliyyat zamanı 7 polis əməkdaşı zərərsizləşdirilib. Qaçmaqda şübhəli bilinən daha bir nəfərin saxlanılması üzrə axtarış tədbirləri davam edir

09.05.2024 148