Arvadını maşınla vurub, sonra bıçaqlayan iş adamına cəza təyin edildi

Arvadını maşınla vurub, sonra bıçaqlayan iş adamına cəza təyin edildiGəncə Ağır Cinayətlər Məhkəməsində bu il martın 27-də arvadını qətlə yetirən 1977-ci il təvəllüdlü iş adamı Mehman Süleymanova hökm oxunub.

Yenisabah.az xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. M. Süleymanov xalası qızı - 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə 2003-cü ildə ailə həyatı qurub. Həmin evlilikdən onların 3 övladı dünyaya gəlib.

M. Süleymanovun sözlərinə görə, evli olduqları müddətdə ailədaxili söz-söhbətləri olub və bu, əsasən qısqanclıq zəminində baş verib:

"2019-cu ilə qədər aramızda ciddi bir münaqişə olmamışdı. 2017-ci ildə Əfsanə təkidlə işləmək istədiyini dedi. Həmin vaxt Yeni Yasamalda yaşayırdıq. Avtomobilimi satıb yaşadığımız binanın altından şirniyyat sexi açdım. Əfsanə həmin şirniyyat sexini təxminən 1 il işlətdi, sonra bezib bağladı. O, sexi işlətdiyi vaxtlarda qaynımın arvadı ilə münasibətimin olmasını bəhanə gətirib mübahisə yaradırdı. 2019-cu ildə olan mübahisələrin birində qayçı götürüb Əfsanənin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurdum. Həmin fakta görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildim. Sonra həmin cəza 2 il sınaq müddəti ilə əvəz edildi.

Əfsanə ilə barışdıq, Yeni Yasamaldakı evi satıb Masazır qəsəbəsində ev aldım".

İfadəsinin davamında Mehman Süleymanov bildirib:

"Baldızım - Əfsanənin bacısı Nurtəkin zəng edib sexləri üçün masa hazırlamağı xahiş etmişdi. Həmin gün onların işlətdiyi şirniyyat sexinə getmişdim. Axşam evə gələndə Əfsanə Nurtəkingilin sexinə getdiyim üçün onunla münasibətimin olduğunu deyib dava çıxardı. Qaynanam və digər baldızım da həmin vaxt evdə idi. Əsəbiləşib evdən çıxdım, Goranboydakı ata evimə getdim, bir neçə gün orada qaldım. Bakıya qayıdanda Əfsanə yenə evdə bacılarıma maddi yardım etdiyim üçün mübahisə yaratdı.

Uşaqlarımı mənə qarşı öyrədirdi. Evdə 10 gün bir-birimizi danışdırmırdıq. Ortancıl oğlum zəng etdi ki, anası evdən gedib. 2021-ci ilin aprel ayları idi. Uşaqlar da onun yanına getdilər".

Müttəhimin sözlərinə görə, Əfsanə Məmmədova evdən çıxaraq kirayədə yaşamağa başlayıb:

"Bakıxanov qəsəbəsində kirayədə yaşadıqlarını öyrəndim. Evə qayıtmalarını deyəndə böyük oğlum bildirdi ki, qayıdacaqlar. Lakin sonra ünvanı dəyişib başqa evə köçdülər. Daha sonra əlaqə saxlamadım.

Evdən getdikdən sonra Əfsanənin yaşayış tərzi, yəni "Instagram" sosial şəbəkəsində gəzdiyi yerlərin şəklini paylaşması, bundan başqa, Nurtəkinin oğlu Həsənin sözünə görə, "iPhone 12" markalı telefon işlətməsini, kürk geyinməsini, işləmədən kirayədə qalmasını düşündükdə bu qənaətə gəlmişdim ki, yəqin kiminləsə münasibətdədir. Buna görə də Əfsanəni gördüyüm yerdə öldürmək qərarına gəlmişdim. Bunu yaxınlarının yanında da demişdim".

M. Süleymanov ifadəsində bildirib ki, bu il martın 18-də qaynı Mehmanla birgə Ağdaş şəhərinə - bacısıgilə qonaq gedib:

"Baldızım Nurtəkin zəng edib Bakıya nə vaxt qayıdacağımı soruşdu, oğlu Həsəni Goranboydan Bakıya aparmağımı xahiş etdi. Həsəni Ağdaşa yanıma göndərdi. Sonra yenə zəng edib qızı Ləmanı da Goranboydan götürməyimi dedi. Ağdaşdan çıxanda yolda Həsən uşaqlarımın və Əfsanənin də Dəliməmmədli kəndində olduğunu dedi. Həsənə dedim ki, anana zəng vur, qoy oğlum Nicatı da qapının ağzında çıxartsın. Ancaq Nicat buna razılaşmayıb.

Dəliməmmədliyə çatanda Nurtəkin və Əfsanənin dəmiryoluna tərəf getdiklərini gördüm. Avtomobillə onların qarşısını kəsdim. Maşından düşüb Əfsanəyə yaxınlaşmaq istəyirdim, ona veriləcək suallarım vardı. Qaynım Mehman və baldızımın oğlu Həsən də yanımda idi. Əfsanə məni görən kimi əsas yola tərəf qaçmağa başladı. "Land Rover"i Əfsanənin ardınca sürdüm. Maşınla onu vurdum. Zərbənin təsirindən o, havaya uçdu və əvvəlcə avtomobilin kapotuna, sonra yerə düşdü. Maşındakı bıçağı götürdüm, Əfsanənin yerdə huşsuz vəziyyətdə olduğunu görüb sol tərəfinə bir neçə dəfə zərbə endirdim. Sonra yoldan keçən tanımadığım avtomobilə əyləşib polisə aparmağını xahiş etdim və könüllü təslim oldum".

Məhkəmənin hökmünə əsasən, M. Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinib. Onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467