Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləri

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriAnantara kurortlarında futbol həyəcanı

2022-ci il üzrə Futbol üzrə Dünya Çempionatına sayılı günlər qalıb. Möhtəşəm tədbir noyabrın 20-dən Qətərdə başlayır. Dünyanın hər yerindən minlərlə futbol azarkeşi və fanatlar bura düşməyə can atır. Dohaya birbaşa biletlər demək olar ki, tapılmır.

Qətərə çempionata düşmək üçün alternativ bir yol var: Dubay. Burdan Qətərə cəmi 70 dəqiqəyə çatmaq olur. Marşrut üzrə hərəkət, nəqliyyat dəyişimi və yol insanın gücünü alır.

Dünya çempionatını rahat baş vurmaq üçün Anantara World Islands Dubai və Anantara The Palm Dubai Resort kurort otelləri futbol oyunlarına gedən yolda sizə komfortlu istirahət imkanları yaradıb.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriAnantara - əfsanəvi Tay qonaqpərvərliyinin brendidir

Bu qrupun otelləri planetimizin müxtəlif, əsrarəngiz nöqtələrində yerləşir. Hazırda şəbəkələnin 40 oteli Tailanda, Vyetnam, Kamboca, Çin, Ərəb Əmirliyi, Qətər, Oman, Mozambik, Zambiya və Portuqaliyada, Bali, Maldiv və Şri Lanka adalarında var. Anantara DISCOVERY proqramına daxildir.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriAnantara World Islands Dubai - Fars körfəzinin incisi

2022-ci ilin martında Anantara Hotels Resorts & Spas otellər qrupu Yaxın Şərqdə genişlənərək, Dubayda daha bir otelini açdı. Anantara World Islands Dubai Resort Fars körfəzi sularında, süni adalar arxipelaqında, Dubay sahillərindən cəmi 4 km aralı yerləşir. Oteldən Bürc Əl Ərəb və Bürc Xəlifə qüllələri ovuc içi kimi görünür. Arxipelaq dünya xəritəsi formasında yaradılıb, ona görə ünvanları süni qitələrin adları ilə qeyd edirlər.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriKurorta çatmaq üçün Dubay hava limanından cəmi 1 saat lazımdır. Aeroportdan Palm Cumeyraya 40 dəqiqə, ordan isə katerdə 20 dəqiqəyə Anantara World Islandsə çatacaqsız. Kurortun 70 nömrəsi, lüks nömrələr və villaları sizə tam rahatlıq imkanı verəcək. Bütün nömrələr Fars körfəzi və cənnət kimi bağ mənzərəsinə açılır.

Həm futbol, həm ruhun, bədənin istirahəti

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriÇenpionata öz otağınızda uzanıb, qarşınızda dadlı yemək və içkilərlə böyük ekranda baxmağa nə deyirsiz? Ya da ruhunuza, komandanıza yaxın fanatlarla birgə lounc-bar Lunada cənub-amerikansayağı tapas və orijinal kokteyllərlə həyəcanla izləyə bilərsiz.

İdman yarışları insanın özünü də idmana və aktiv məşqlərə ruhlandırır. Elə bu ərəfədə bədəninizi formaya sala bilərsiz. Kurortun böyük idman zalında peşəkar trenerlər sizin əzələlərinizi qaydaya salacaq, trenajorlarda fiziki məşqlər edəcəksiniz.

Futbol oynaya bilənlər öz kiçik çempionatlarını qura bilər, burda futbol meydançası, çimərlik voleybolu, müxtəlif su idman növləri var.

500 dollardan başlayan paketlər

Çempionatın gedişini öncədən bilmək olmaz. Siz heç vaxt bilə bilməzsiz ki, sevimli komandanız oyunlarda nə qədər qalacaq, hansı komanda irəli gedəcək, neçə müddət burda qalmalı olacaqsız? Ona görə də Best Flexible Rate mobil tətbiqi ilə hər ann dəyişmək şansı sizin üçün göydən düşmə fürsət olacaq. Gecəsi 500 dollardan başlayan paketə nələr daxildir:

- Lüks, sadə nömrə və ya villada yerləşmə
- Səhər yeməyi daxil
- Bronu pulsuz ləğv etmə
- Sərbəst nömrələr olduğu halda qalma vaxtını dəyişmək
- 50 dollar dəyərində SPA sertifikatı - əgər bron anantara.com saytında edilibsə
- Pulsuz internet

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriAnantara World Islands Dubai-də sizi nələr gözləyir?

Eko Qolf - nəinki qolf oynamaq, həmçinin körfəzdəki balıqları yemləmək üçün bir fürsətdir. Su ilə təmasdan sonra qolf topu parçalanaraq 48 saat ərzində balıqlar üçün yemə çevrilir. Kurortun qonaqları ətraf mühiti çirkləndirmədiklərindən əmin olacaqlar. Eko qolfçular səhər günəşi altında hovuz kənarında dincəlib, təbii kokosdan birbaşa kokteylini içib, uzaqdan görünən Bürc Xəlifəni izləyə biləcəklər. Kurortun ərazisində rəngarəng tovuzquşları gəzişir. Açıq havada masa seçməklə siz onları yaxından izləyəcəksiz.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriQastronomik Anantaranın dad sürprizləri

Dünya Çempionatı həm də qastronomik səyahət olacaq. Burda Cənubi Amerika və Ərəb ölkələrinin mətbəxini bir arada görəcəksiz. Anantara World Islands – Dubayda yeganə oteldir ki, şef aşpazın dadlı yeməklərini suda üzən çadırlar və Hamacland qamaklarında istirahət edərək yemək imkanı yaradıb.

Heliosda Aralıq dənizi menyusu - pələng krevetləri, kalmar və lobster, Qamar ərəb-hind restoranında kabablar, ət yeməkləri, toyuq qanadları, ərəb qəlyənaltıları, isti bə soyuq məzələr. Anantara sizə 7 müxtəlif yerdə nahar təklif edir: restoranda, çimərlikdə, otelin çiçəkli bağlarında, körfəzin sahilində, villada, eləcə də üzən qamaklı çadırda.

Dining by Design - kulinariya səyahəti

Dining by Design qonaqlara Fars körfəzi sahillərində romantik şam yeməyi və ya açıq havada, yaşıl, çiçəkli bağlarda piknik təşkil edir. Sizə dünyanın istənilən mətbəxinin yeməklərindən kompleks menyu təqdim olunacaq.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriAnantara The Palm Dubai Resort - suda villalar

Anantara Hotels Resorts & Spas otellər qrupuna daxil olan daha bir otel. Bu otel yeganə oteldir ki, insanlar sanki təyyarənin onları Dubay yox, Tailand və ya Maldiv adalarına gətirdiyini güman edər. Dubayda Maldiv keyfi burda mümkündür. Bəyaz qumlu sahil, suda villalar, dənizə açılan yataq otağı və vanna, uşaq klubu Tuk Tuk, Tay mətbəxi sizi gözləyir.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləri293 otel nömrəsi, 15 villası çimərliyə şəxsi çıxışı var və fars körfəzi sularınin içində yerləşən 18 su villası. Otel Palm Cumeyra süni adalarının çimərliyində yerləşir.

Burdan şəhərin mərkəzinə çatmaq çox yaxındır. Eləcə də The Palm Dubai Resort şəhərdə yeganə oteldir ki, suyun içində villaları var. Burda ailəvi istirahət üçün müxtəlif idman, əyləncə proqramları var.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriDubayın ən yaxşı restoranları

Asiya ftujn mətbəxindən tutmuş Aralıq dənizi və Şərq mətbəxinə kimi - Dubayın ən yaxşı restoranları Palm Cumeyrada yerləşir. Bizim yeməkləri terrasda, basseyn və ya Fars körfəzinə açılan mənzərədə dadın.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriSəhər, günorta, axşam yeməkləri, Avropa, Tay və Milli içkilər, xüsusi özəl kokteyllər, desertlər - nağıllar aləminə səfərə bənzəyəcək.

Anantara - Adanın ən yaxşı SPA kompleksi

Dəbdəbəli ikimərtəbəli Anantara Spa mərkəzində kişi, qadın, ailələr üçün ayrıca hamam, masaj, spa otaqları var.

Burda isə dünyanın ən peşəkar, müalicəvi rahatlaşdırıcı masaj növləri, isti daşlarla masaj, ayurveda prosedurları, buxar, sauna, hidromasaj, cakuzi, müalicəvi vannalar alacaqsız. Yüksək peşəkar mütəxəssislər sizin energetik mərkəzlərinizi qaydaya salacaq.

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriTay müalicəvi metodlar və şəfalı yağlarla Sen energetik kanallarına təsir etməklə, stres və narahatlıq aradan qalxacaq, ruh və bədən tam rahatlanacaq.

Çimərlik əyləncələri

Qonaqları dəniz kruizinə apara bilərik, Dubayın məşhur memarlıq yerlərini ziyarət edə bilərsiz. Bütün vacib və böyük ticarət mərkəzlərini gəzə biləcəksiz. Eləcə də sualtı gəzinti-akvalanq. Su idman növləri, atraksionlar, yoqa, adada gəzinti, bağda dincəlmək -bədən və ruhu tam sakitləşdirəcək. Kurortun ərazisində 400 metrlik şəxsi çimərlik sizin ixtiyarınızdadır.

2022-ci il Dünya Futbol Çempionatı ərəfəsində kurort və onun xidmətləri barədə ətraflı öyrənmək üçün Telegram kanala yazılın @anantaraworldislandsdubairesort

Anantara Hotels, Resorts & Spas barədə daha ətraflı saytda: http://www.anantara.com/

Futbol üzrə Dünya Çempionatının Dubay fürsətləriFutbol üzrə Dünya Çempionatının Dubay fürsətləriFutbol üzrə Dünya Çempionatının Dubay fürsətləri


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 592   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329