Xaricdə alınan diplomlar hansı halda tanınmır?

Xaricdə alınan diplomlar hansı halda tanınmır?Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər qalmaqdadır. Bu il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə edilən 310 müraciətdən 62-də diplomlar tanınmayıb. Ümumilikdə, 2019-2021-ci illər ərzində Agentliyə tanınma məqsədilə təqdim olunmuş diplomların 19%-i haqqında mənfi qərar qəbul edilib.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

"Karazin adına Xarkov Milli Universitetinin rus dili filologiyası fakültəsini bitirmişəm. Ukraynanın Təhsil Nazirliyi 2021-ci ildə diplomumu təsdiqləyib. Tədrisi rus dilində və qiyabi başa vurmuşam. Bütün imtahan sessiyalarında iştirakımı təsdiq edən sənədlər də əlimdədir. Ancaq diplomum Azərbaycanda təsdiqlənmir". Bu gün Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə və s. ölkələrin ali məktəblərində qiyabi təhsil alan bir çox azərbaycanlı tələbələr ali məktəbi bitirdikdən sonra ölkəmizdə diplomlarının tanınmaması kimi problemlə üzləşirlər. Hər tədris ilində diplomların tanınmaması ilə bağlı şikayətlər səngimir. Yüzlərlə müraciətə mənfi rəy verilir, bir o qədər iş məhkəmə çəkişməsinin obyektinə çevrilir.

Xatırladaq ki, hazırda xarici diplomların tanınması proseduru Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Elə sentyabr ayı üzrə TKTA-ya edilən 310 müraciətdən 62 nəfərin müraciətinin mənfi qərarla yekunlaşması da bu problemin kifayət qədər dərin olduğunun göstəricisidir. Ümumilikdə, 2019-2021-ci illər ərzində Agentliyə tanınma məqsədilə təqdim olunmuş diplomların 19%-i haqqında mənfi qərar qəbul edilib.

Rusiya, Ukrayna və Gürcüstan...

Agentlik mövzu ilə bağlı ünvanladığımız suallarımızı cavablandıraraq bildirdi ki, diplomların tanınmasından imtinanın əsas səbəbi şəxsin təhsil müddətində təhsil alınan ölkənin ərazisində kifayət qədər olmaması; tədris dili üzrə bilik səviyyəsinin aşağı olması; təhsil alınan universitetin akkreditasiyasız olması və s. ilə bağlıdır. TKTA statistikaya istinad edərək məlumat verir ki, imtina qərarlarının əsas hissəsi Rusiya, Ukrayna və Gürcüstanın ali təhsil müəssisələrinin payına düşür: "Bununla belə, bu o demək deyil ki, adıçəkilən ölkələrin ali təhsil müəssisələri keyfiyyətsiz təhsil verir. Belə ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.2-ci bəndinə əsasən tanınma zamanı əsas şərt xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğun olmasıdır".

İmtinaların əsas səbəbi

Diplomların tanınması mövzusunda statistika və imtinaların əsas səbəblərini hər ay mütəmadi qaydada vətəndaşların diqqətinə çatdırdığını deyən TKTA təhsil almaq üçün xarici dövlətlərə üz tutan tələbələrə tövsiyə edir ki, universitetin təhsil alınan ölkədə dövlət akkreditasiyasına/lisenziyaya sahib olması; Təhsilalma formasının ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmuş formalara (əyani və ya qiyabi) uyğun olması; Təhsil müddətində təhsil alınan ölkədə olmaqla davamiyyətə riayət edilməsi; Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olması məqamlarına diqqət yetirsinlər. Əks halda, 4-5 illik əziyyətlərinin mükafatı diplomlarının ölkəmizdə tanınmaması olacaq. Təbii ki, şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada məhkəməyə şikayət edə bilər.

"O ölkənin diplomu Azərbaycanda tanınacaqmı?"

Təhsil eksperti Nadir İsrafilov məsələyə münasibət bildirərək qeyd edir ki, alınan diplomlar ilk növbədə saxta olduğu halda tanınmır: "Saxta diplom dedikdə, dövlət nümunəli olmayan, ali təhsil haqqında dövlət sənədləri və ali təhsil müəssisələrinə qanunvericiliyə zidd olaraq qəbul olmuş şəxslərə verilmiş təhsil haqqında dövlət sənədləri başa düşülür". Ekspertin sözlərinə görə, problem əsasən xarici diplomlarladır. Belə ki, xaricdə oxumağa gedən şəxs, ilk növbədə "o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?" sualına cavab tapmalıdır. Nüfuz xətrinə, "təki xaricdə oxuyum" deyənlər çox vaxt nəticəni düşünmürlər: "Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Bir çox məzunlar müəyyən vasitəçi şirkətlərin vədlərinə aldanaraq nüfuz xətrinə xarici ölkələrə üz tuturlar. Baxmayaraq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində "heç bir şirkətlə əməkdaşlıq etmədiyini" və bu şirkətlərin fəaliyyətinə görə "heç bir məsuliyyət daşımadığını" dəfələrlə bəyan edib. Bununla belə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması sahəsində müəyyən irəliləyişlər olmasına baxmayaraq, hələ də diplomların tanınmaması təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqda davam edir".

Boşluqların aradan qaldırılması üçün

N.İsrafilov ümid edir ki, problemin həlli üçün TKTA yaradılıb. Bununla da dünya ölkələrinin praktikası nəzərə alınıb. Diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya ediləcək dəyişiklik çeviklik və mobilliyin təmin edilməsi olmalıdır. Nəticədə uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında müəyyən irəliləyiş əldə olunacaq: "Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması ucbatından müəyyən narazılıqlar ortaya çıxır. Bu məsələ dəfələrlə müzakirə olunub. Hesab edirəm ki, bu məsələyə də müəyyən aydınlıq gətirilməli, əsas diqqət ixtisas biliklərinə yönəldilməlidir. Neçə illər bundan qabaq hansısa ölkədə, hansısa dildə təhsil alan şəxsdə həmin dilin qrammatikası və ya tələffüzü ilə bağlı müəyyən unutqanlıq istisna olunmaya bilər ki, bu da xüsusilə nəzərə alınmalıdır". Ekspert tövsiyə edir ki, istənilən halda, hər hansı universitetə oxumağa gedən abituriyent TKTA vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalı, ilk növbədə "gedəcəyim ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?" sualına cavab tapmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 905   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960