Bakıda müəllimənin başına gələn şok olay: "Yarıçılpaq videomu ona göndərdim..." - Təfərrüat

Bakıda müəllimənin başına gələn şok olay: "Yarıçılpaq videomu ona göndərdim..." - TəfərrüatBakının Yasamal rayonunda 1996-cı il təvəllüdlü Kənan tanışı Nərmini (adlar şərti verilib - red.) şantaj edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Kənan intim münasibətdə olduğu tanışı Nərminin çılpaq foto və video görüntülərini əldə edib.

Ötən il avqustun 3-də o, Nərminə zəng edib və həmin görüntüləri sosial şəbəkələrdə yayacağını, valideyinlərinə göstərəcəyini bildirib. Bunu etməməsindən ötrü ondan 70 manat istəyib. Nərmin razılaşıb və tələb olunan pulu ona göndərib. Kənan onu daha bir neçə dəfə şantaj edib, ayrı-ayrı vaxtlarda ümumilikdə 635 manatını alıb.

İstintaq orqanı tərəfindən Kənanın barəsində 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nərminlə təxminən 5-6 il bundan əvvəl internet vasitəsi ilə oyun oynayarkan tanış olub: "Nərmin mənə "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə mesaj yazdı. Bir müddət "İnstagram"da danışdıqdan sonra mobil telefona keçdik. Münasibətlərimiz sevgi münasibətlərinə çevrildi. Nərminlə telefonun video görüntü funksiyası ilə dəfələrlə danışmışam. Bir-birimizə öz şəkillərimizi göndərmişik".

Təqsirləndirilən şəxs deyib ki, Nərmin onun istəyi ilə yarıçılpaq şəkillərini və videosunu göndərib: "Nərminlə münasibətlərimiz daha da səmimiləşdi. Ondan bir necə dəfə borca pul istədim və borcu vaxtında qaytardım. Nərminin yarıçılpaq şəkillərinin və videosunun yaymaqla hədələməmişəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərminin sözlərinə görə, Kənanla internet sosial şəbəkəsində oynadığı "Hayday" adlı oyun vasitəsi ilə tanış olub: "Sonra biz vatsap vasitəsi ilə yazışmağa və mobil telefon vasitəsi ilə danışmağa başladıq. Bir müddət sonra aramızda sevgi münasibətləri yarandı. Kənana güvəndiyim üçün mobil telefonla ona yarıçılpaq şəkillərimi və videogörüntülərimi göndərdim".

Zərərçəkmiş şəxs qeyd edib ki, 2021-ci ilin avqustunda Kənan ona həmin fotoşəkilləri və videogörüntüləri yayacağını, ailə üzvülərinə göstərəcəyini bildirib: "Bunu etməməsi üçün məndən 70 manat istədi və mənə hesab nömrəsini göndərdi. Avqustun 3-də "Bir Bank" mobil tətbiqi vasitəsilə Kənana 70 manat göndərdim. Bundan sonra məni narahat etmədi".

Zərərçəkmiş bildirib ki, avqustun 9-da Kənan yenidən yazaraq ondan ayrıldığı üçün qınayıb və təkrar 40 manat istəyib: "Mən də eyni qaydada Kənana pul göndərdim. Sentyabr ayının əvvəllərində Kənan telefon nömrəmə sosial şəbəkə vasitəsilə yazaraq görüşməyəcəyim təqdirdə atamla görüşüb, hər şeyi ona danışacağını bildirdi. Qorxduğum üçün taksi ilə Bakı şəhərinə getdim. Kənan məni Binə qəsəbəsində qarşıladı. Taksi ilə Kənanın Yasamal rayonundakı evinə getdik. Orada vaxt keçirdikdən sonra Şirvan şəhərinə qayıtdım".

Nərmin deyib ki, sentyabrın 8-də Kənan ona təkrar yazıb və hədə-qorxu ilə 250 manat istəyib: "Yenə Kənana 250 manat göndərdim. Bundan sonra dəqiq xatırlamadığım tarixdə ona eyni qaydada 150 manat da göndərdim. Sentyabrın 21-də Kənanın hədəsi ilə onun kartına 15 manat, sentyabrın 22-də 50 manat, oktyabrın 16-da 10 manat göndərdim. Noyabrın 9-da Kəna mənə təkrar yazdı, hədələyərək məndən 100 manat istədi. Mən isə Kənanın kartına 20 manat yüklədim.

Noyabrın 17-də təkrar yazaraq 100 manat istədi. Lakin ona 80 manat göndərə bildim.

Noyabrın 19-da anamın telefonu ilə Kənana zəng vurdum. Nömrə anama məxsus olduğu üçün Kənan anamı tanıdı.

Noyabrın 21-də o, anama zəng edib, özünü təqdim edərək Nərmin müəllimənin lazım olduğunu bildirib.

Anam da mənə zəng vurdu, Kənanın kim olduğunu soruşdu. Bundan sonra dərhal Kənana yazdım. O, məni əlində olan fotoşəkillə rüsvay edəcəyini bildirdi, təkrar məndən 100 manat istədi. Ondan anama heç nə dememəsini xahiş etdim. Kənan isə pulu alandan sonra baxacağını bildirdi. Qorxduğum üçün ona 100 manat göndərdim".

Zərərçəkmiş bildirib ki, bundan sonra çıxış yolu tapa bilmədiyi üçün bütün olanları anasına danışıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. Kənan 3 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3061   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Rusiya Prezidenti Vladimir Putin "Federal icra hakimiyyəti orqanlarının strukturu haqqında" fərman imzalayıb. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə sənəd Kremlin saytında dərc olunub. Bu sənədə əsasən, Baş nazir Mixail Mişustinin 10 müavini olacaq

11.05.2024 122
.

Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub

Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb

11.05.2024 662
.

Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 934 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub. "Report" Türkiyə İxracatçıları Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 % azdır. Həmçinin 2024-cü ilin aprel ayında Türkiyədən ölkəmiz

11.05.2024 149
.

Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir. Bu barədə hökumətin məlumatlarından aydın olub. Bildirilir ki, "Shionogi" şirkətinin istehsalı olan "Xocova", "Merck"

11.05.2024 168
.

Azərbaycan Türkiyədən tütün alışını 22 %-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 11 milyon 586 min ABŞ dolları dəyərində tütün ixrac olunub. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 22,1 % azdır. Həmçinin cari ilin aprel ayında Türkiyədən ölkəmizə 3 milyo

11.05.2024 123
.

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. "Report"un məlumatına görə, müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə d

11.05.2024 218
.

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT

Ölkəmizdə qanunsuz şans oyunları qadağan olunsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir. Dəfələrlə qanunsuz şans oyunları ilə bağlı çağırışlar edilsə də, bəzi oyunçular buna məhəl qoymur, bir gün aldadılma riskinin olduğunu, pullarını itirəcəyini və ger

11.05.2024 298
.

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Sumqayıtda 18 yaşlı qızı maşın vurub. "Report"un yerli bürosu məlumat verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı "Chevrolet Cruse" marakalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatın

11.05.2024 248
.

Bayden dostu ilə düşmənini qarışdırdı

ABŞ Prezidenti Co Bayden yenə nitqində yanlışlığa yol verib. O, Şimali Koreya lideri Kim Çen Inı Cənubi Koreyanın prezidenti adlandırıb. Bu barədə Ağ Evin jurnalistləri xəbər veriblər. Bidirilib ki, hadisə dövlət başçısının Kaliforniyada seçki kampaniyası üçün pul toplama tədbirində baş verib. ABŞ lider

11.05.2024 255