16 yaşlı şagird bu səbəbdən güllələnibmiş - Dəhşətli qətlin təfərrüatı - FOTO

16 yaşlı şagird bu səbəbdən güllələnibmiş - Dəhşətli qətlin təfərrüatı - FOTOMingəçevirdə məktəbli Orxan Kərimovu tapançadan açdığı atəşlə qətlə yetirən Əlvan Qasımovun məhkəmə prosesi başa çatıb.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Ə.Qasımov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin noyabrın 18-də Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində baş verib.

Məhkəmə zamanı Ə.Qasımov ifadəsində 16 yaşlı Orxan Kərimovu hansı səbəbdən öldürdüyünü açıqlayıb.

O bildirib ki, O.Kərimov dayısı oğlu Məhəmməd İsmayılovla birgə onun oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Ə.Qasımov bunu öyrənəndən sonra Orxanı öldürmək qərarına gəlib.

Əlvan qətlin baş verdiyi gün qonşuluqda şəhidin yas mərasiminə yollanıb və Orxanı da orada görüb. O, yas qurtardıqdan sonra axşam saatlarında evə gəlib və tikilidə gizlətdiyi tapançanı özüylə götürüb.

Ə.Qasımov marketdən siqaret alıb çıxarkən Orxanın tək piyada çayxanaya tərəf getdiyini görüb. Bir neçə dəqiqə sonra isə Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyinə şahidlik edib. Orxangilin yanından keçərkən Orxan Kərimov və yanındakı həmyaşıdları uca səslə gülməyə başlayıb. Təxminən bir-iki metr həmin şəxslərdən uzaqlaşsa da, artıq səbri çatmayıb və yığılmış kütləyə tərəf geri qayıdıb. O, iç cibindən "Makarov" tipli tapançanı çıxararaq Orxana güllə qurtarana qədər atəş açıb. Silahda güllə qurtardığından atəşi dayandırıb, daha sonra tapançanı əlində saxlayaraq evə gedib.

Evə daxil olan kimi oğluna Orxanı öldürdüyünü deyib və ailəsi ilə vidalaşıb. Bir neçə dəqiqə sonra isə onun evinə gələn polis əməkdaşlarına təslim olub.

O, silahı necə əldə etdiyindən də danışıb. Əlvanın sözlərinə görə, o vaxtilə N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edib. Qasımov silahı 2002-ci ilin aprel ayında əsir götürdüyü erməni zabitinin üzərindən götürdüyünü, o vaxtdan özüylə saxladığını bildirib.

16 yaşlı şagird bu səbəbdən güllələnibmiş - Dəhşətli qətlin təfərrüatı - FOTO16 yaşlı şagird bu səbəbdən güllələnibmiş - Dəhşətli qətlin təfərrüatı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1737   Tarix: 19 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 318
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 105
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

15:43 259
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 320
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 352
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

16:17 141
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

15:54 239