"Ana, məni sabah 09:00-da oyadarsan" deyib, özünü asdı – Tələbənin intiharının TƏFƏRRÜATI

"Ana, məni sabah 09:00-da oyadarsan" deyib, özünü asdı – Tələbənin intiharının TƏFƏRRÜATIÖtən gün Abşeron rayonunun Güzdək qəsəbəsində intihar hadisəsi baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü yaşadığı evin həyətində asıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi imiş.

BiG.AZ xəbər verir ki, oxu.az hadisə ilə bağlı bir sıra detalları öyrənib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirilib ki, Muxtar Geoloji kəşfiyyat fakültəsinin III kurs tələbəsi olub:

"Çox yaxşı tələbə idi. Qiymətləri də qaydasında idi, kəsrləri belə yox idi. Atası ailəvi problemlərinin olmadığını bildirib. İntihar səbəbi məlum deyil. Ailəsinin də məlumatı yoxdur. Yaşadığı yerdə özünü asıb. Hər hansı bir problemi olmayıb.

Bir bacısı və qardaşı var. Bərbər olaraq fəaliyyət göstərirdi".

Universitetdən isə M.Qayıbovun dərslərə mütəmadi olaraq gəldiyi bildirilib:

"Dərslərə davamiyyəti çox yaxşı idi. Üç ay idi ki, öz sevdiyi qrup yoldaşı ilə nişanlanmışdı. Nişanlısının da hər hansı bir məlumatı yoxdur. Adətən intihar edənlər yazıb nə isə qoyurlar, Muxtar onu da etməyib".

Aşağı Güzdək qəsəbəsinin nümayəndəliyindən verilən məlumata görə, intiharın hansı səbəbdən baş verməsi hələ də məlum deyil.

İntihar edən tələbənin atası Həmid Qayıbov bildirir ki, bu acı xəbəri eşidən andan Muxtarın nişanlısının ayaqları tutulub.

"Səbəb məlum deyil. O, nişanlısı ilə xalası qızının toyuna hazırlaşırdı. Oktyabrın 20-i ad günü olacaqdı. Çox ağıllı uşaq idi. Bəzən bizə də məsləhətlər verirdi. Son vaxtlar heç bir qəribəlik yox idi. Həmin gün gecə anasına deyib ki, "ana, məni sabah 09:00-da oyadarsan". Oyatmağa gedəndə - saat 08:00-da onu həyətdən asılmış vəziyyətdə gördüm. Nişanlısı ilə münaqişələri olmayıb. Onlar sevib, nişanlanıblar. Üç ay idi, nişanlı idilər. Qız o xəbəri eşidən gündən ayaqları tutulub. Məzarına o vəziyyətdə gedib. Onların sevgisi çox böyük idi. Qızın ailəsi də Muxtarı çox sevirdi. Hər kəs onun ağlına valeh olmuşdu".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2331   Tarix: 18 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997