Ukraynalı əsgərin bu sözləri hər kəsin QANINI DONDURDU - Döyüş meydanında atası ilə qarşı-qarşıya qaldı və...

Ukraynalı əsgərin bu sözləri hər kəsin QANINI DONDURDU - Döyüş meydanında atası ilə qarşı-qarşıya qaldı və...Rusiyanın Ukraynaya hücumu minlərlə ailəni darmadağın edib. Ancaq bir həyat hekayəsi var ki, bu, böyük ailə faciəsini əks etdirir...

"The Guardian" qəzetində Rusiya-Ukrayna müharibəsində əks mövqe tutan, bir-birinə düşmən kəsilən ata ilə oğuldan bəhs edən maraqlı yazı dərc olunub.

Həmin yazını oxucularımıza təqdim edirik.

MÜHARİBƏNİN PARÇALADIĞI AİLƏ...

Artur İzyum şəhərində

Fevralın 24-də səhər saatlarında Rusiya raketləri Ukraynanı vurmağa başlayanda Artur da milyonlarla ukraynalı kimi ailəsi ilə əlaqə saxlamaq üçün telefonunu əlinə alıb.

Bir çox ukraynalı gənc valideynlərindən narahat olsa da, 27 yaşlı Artur Ukraynanın şərqində Moskvayönlü separatçı qüvvələr üçün döyüşən atası, polkovnik Oleqə fərqli mesaj göndərib.

Artur əsəbi halda atasına yazıb: "Əclaflar!"

Oleq oğluna cavab yazıb: "Silahınızı götürməyin. Kiyev dərhal yıxılacaq".

Mesajı alan Artur dərhal könüllü olaraq orduya yazılıb və Ukrayna paytaxtının uğurlu müdafiəsində iştirak edib, rus qoşunlarının ərazidən çıxarılması ilə şəhərin mühasirəsi başa çatıb.

Artur bununla kifayətlənməyib, o, tezliklə nizami Ukrayna ordusuna qoşulub və ən son Ukraynanın şimalında və şərqində əks-hücumlarda iştirak edbi.

"The Guardian" qəzeti tərəfindən nəzərdən keçirilən və orijinallığı sübut edilən fotoşəkillər Arturun Ukraynanın keçən ay azad etdiyi iki strateji əhəmiyyətli şəhər olan İzyum və Limana girdiyini göstərir.

Bütün bu müddət ərzində Artur Rusiyanın işğalı altında olan Donetskdəki atası ilə sms vasitəsilə əlaqə saxlayıb.

"Biz sözün həqiqi mənasında cəbhənin əks tərəflərindəyik. Ancaq yalnız birimiz düzgün məqsəd uğrunda mübarizə aparır", - Artur bildirib.

"ATAM BUNU DEYƏNDƏ ŞOKA DÜŞMÜŞDÜM..."

Artur Kiyev yaxınlığındakı Boryspol şəhərində hərbçi ailəsində anadan olub. Onun atası Oleq Ukraynanın şərqindəki Donetsk vilayətindəndir və 2011-ci ilə qədər on il Ukrayna ordusunda xidmət edib.

Arturun dediyinə görə, həmin il atası anası ilə boşandıqdan sonra iş axtarmaq Rusiyaya üçün köçüb. Pul üçün mübarizə aparan Oleq 2016-cı ildə (Moskvanın Krımı ilhaq etməsindən və Putinin Ukraynanın şərqindəki separatçılara dəstək üçün qüvvələr göndərməsindən iki il sonra) Donetskdə rusiyayönlü separatçı qüvvələrə qoşulub.

"O mənə Donetsk milislərinə qoşulacağını deyəndə şoka düşdüm. Amma hələ separatçılara qoşulmazdan əvvəl də atamın münaqişədə yavaş-yavaş rusiyayönlü mövqe tutduğunu görürdüm" - Artur deyib.

Mühəndislik təhsili aldıqdan sonra Artur Kiyevdə kino sənayesində karyera qurmaq arzusunu həyata keçirəndə hələ də atası ilə əlaqə saxlayıb. Lakin 2022-ci ilin fevral ayındakı hücumdan əvvəl Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca ata və oğul arasındakı uçurum da dərinləşib.

Martın əvvəlində əksər rus əsgərləri Kiyevdən qovulduqdan sonra Artur atasına paytaxtın süqutu ilə bağlı daha əvvəl etdiyi xəbərdarlığa görə rişxəndlə qısa bir videomesaj göndərib: "Gəzirəm, amma bircə dənə də rus görmürəm. Deyəsən, yoxa çıxıblar. Xahiş edirəm, izah edin, mən onların harada olduğunu başa düşmürəm..."

Oleq bir daha oğlunu silahlarını yerə qoymağa çağıraraq Rusiyanın taleyinin tezliklə dəyişəcəyini deyib.

"O zaman mən artıq Rusiyanın qələbəsinə ümidlərin azaldığını gördüm. Rus ordusu Ukrayna daha çox mövqe qazandıqca, daha da çarəsizləşməyə başladı" - Artur vəziyyəti təsvir edib.

Ukraynanın Buça şəhərində rusların dinc sakinləri öldürdüyünə dair sübutlar ortaya çıxandan sonra ata ilə oğul yenidən görüşüblər. Oleq xəbərin "saxta" olduğunu deyib və israrla dinc sakinlərin ukraynalılar tərəfindən öldürüldüyünü iddia edib.

"Buçada olduğumu və hər şeyi öz gözlərimlə gördüyümü dedim. Sonra onu nəyəsə inandırmağa çalışmağı dayandırdım. Bu, boşuna enerji sərfiyyatı idi" - Artur deyib.

"SƏN HƏLƏ DƏ MƏNİM OĞLUMSAN..."

Növbəti dəfə ata ilə oğuı Ukraynanın şimal-şərqində ildırımsürətli əks-hücumun başlayanda və İzyum işğaldan azad ediləndə əlaqə saxlayıb.

"Mümkün qədər sevin" - Oleq oğluna mesaj göndərib.

"Sən qorxu filmlərindəki pis adamlar kimisən" – deyə Artur cavab verib.

Guardian müxbiri Arturdan döyüş meydanında atası ilə qarşılaşsa, nə edəcəyini soruşduqda dərin sükut çöküb.

"Mən onu vura biləcəyimi və ya onun məni vura biləcəyini düşünmürəm. Kim öz atasını öldürə bilər? Amma məncə, o bütün bunlara görə məhkəmədə cəzalandırılmalıdır".

Atası Oleq Artura bu yaxınlarda göndərdiyi mesajda bunları yazıb: "Sən hələ də mənim oğlumsan. Mən sizin üçün ən yaxşısını istəyirəm. Xoşbəxt və sağlam olmağınız üçün…"

"Atamın Ukraynanın qələbəsinin şahidi olmağını və dünyasının çökdüyünü görmək istərdim. Atam ailəmizə və ölkəmizə xəyanət etdi. Amma mən ölkəm üçün mübarizə aparıram" - deyən Artur müharibədən sonra film çəkmək və post-travmatik stressdən əziyyət çəkən əsgərlərə kömək etmək istədiyini də əlavə edib.

"Mən insanlara mesaj göndərmək istədim ki, onlar ailələrinin seçimlərinə görə məsuliyyət daşımırlar. Atanızın cinayətkar olması səni daha az vətənpərvər etmir" - o sonda deyib.(Musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1783   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627