Yumurta xeyirlidir ya zərərli?

Yumurta xeyirlidir ya zərərli?Soyutma yumurta bizimçün o qədər sadələşib ki, onun hazırlanma texnikasına əməl edib-etmədiyimizi heç düşünmürük də.

BiG.AZ xəbər verir ki, düzgün qaydada bişirilməyən yumurta, nəinki, tərkibindəki faydalı maddələri itirə bilər, əksinə, orqanizmə mənfi təsir göstərər.

Soyutma yumurtanı düzgün şəkildə necə hazırlamaq olar?

Mağazada yumurta seçərkən diqqətli olmaq lazımdır. Yumurtanın səthi təmiz, hamar və zədəsiz olmalıdır. Hər bir yumurtada istehsal tarixini və istifadə müddətini göstərən möhür var. Pəhriz və süfrə yumurtaları eyni növdürlər. Yeganə fərq onların "yaşındadır". Yumurtalar ölçü və çəkilərinə görə, bir-birinə uyğun olmalıdırlar, kəskin fərqlənməməlidirlər. Bundan əlavə, yumurtanın istehsalçısına, istehsal tarixinə və saxlanma şəraitnə də diqqət yetirilməlidir. Bişirməzdən əvvəl yumurtanı soyuducudan çıxardıb bir müddət otaq temperaturunda saxlamaq tövsiyə edilir. Yumurtanın hərtərəfli bişməsi üçün, əvvəlcədən, yumutanı masanın üstündə ya yuvarlayın, ya da silkələyin. Yumurtanı bişirmək üçün onu qaynar, duzlu suya salmaq lazımdır. İlıq olması üçün 3-4 dəq, tam bişməsi üçün isə 7-8 dəq qaynatmaq lazımdır. Əgər yumşaq olmasını istəyirsinizsə, 5 dəq yetərlidr.
Soyutma yumurtanı qaynar sudan çıxaran kimi soyuq suya salın və prosesi bir neçə dəfə təkrar edin ki, yumurta tam soyusun. Minimum 15 dəqiqə yumurtanın soyumasını gözləyin. Axan soyuq suyun altında yumurtanı soymaq daha rahat olar.
Bəs hər gün səhər acqarına soyutma yumurta yemək olarmı?
Belə bir düşüncə var ki, daim soyutma yumurta yemək ürək-damar sisteminə mənfi təsir göstərir. Çünki tərkibində xolesterinin miqdarı çoxdur. Amma bu nəzəriyyəni sübut eləmək, hələ ki, mümkün olmayıb. Hər gün acqarına 3 soyutma yumurta yeyənlər üzərində aparılan elmi araşdırmada nəzəriyyəni təsdiq edəcək qədər xolesterin artışı müşahidə edilməyib. Normalda gün ərzində 2 yumurta yemək uyğundur. Təkcə ağ hissəsini yeyirsinizsə yumurtanın sayını artıra bilərsiniz.
Sağlamlığa xidmət edən resept

Soyutma yumurta zəngin zülal mənbəyidir: 100 qramında 13 qr protein var. Bu da orqanizmin inkişafına, sümüklərin möhkəmlənməsinə, xəsarət və zədələrin tez sağalmasına, baş beyinin işinin yaxşılaşmasına səbəb olur. Tərkibindəki zəngin elementlər sayəsində soyutma yumurta soyuqdəyməni aradan qaldırmaq qabiliyyətinə də malikdir. Həmçinin, orqanizmin qələvi və turşu balansını qoruyur. Doyurucu qida sayılan soyutma yumurta əvəzolunmaz enerji mənbəyidir.
Çiy yumurta yemək zədələnmiş səs tellərinin bərpasını sürətləndirir. Yumurta sinir sisteminin və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki komponentlər yumurtanı xərçənglə mübarizədə effektiv edir.
Pankreatit zamanı. Yumurta zülalı insan zülalına olduqca yaxındır. Buna görə də, o, orqanizm tərəfindən asan mənimsənilir və soyuqlamış pankreası gücə salmır. Xroniki və ya ağırlaşan pankreatit zamanı soyutma yumurta yemək tövsiyə edilir. Həftədə 4 dəfə, hər dəfə də 1 dənədən artıq olmamaq şərtilə soyutma yumurta yemək pankreatitin sağalmasına kömək edir. Yaxşı olar ki, soyutma yumurtanı bərk, yaxud yumşaq halda yeyəsiniz.
Qaraciyərdə problemlər varsa. Qaraciyər xəstəliklərində yumurtadan istifadə etmək istəyirsinizsə, mütləq, hepatoloqla məsləhətləşin. Yumurta qaraciyərin toksinlərdən təmizlənməsini təmin edir. Həmçinin, orqana lazım olan amin turşuları ilə zəngindir. Xüsusilə, serroz zamanı qaraciyər ammonyakı emal edə bilmədiyindən zülallı qidalar əks təsir göstərə bilir. Alkoqol serrozu zamanı qanda zülalın səviyyəsi aşağı düşür. Buna görə də, orqanizm zülalla zəngin qidalara ehtiyac duyur.
Xolesistit zamanı. Xolesistitdən əziyyət çəkən insanlar zülalla zəngin qidaları rasionundan çıxarmalıdırlar. Toyuq yumurtasının tərkibindəki zülallar ödü daha çox ferment istehsal etməyə məcbur edir. Bu da xəstə ödü gücə salır. Ona görə də, mütəxəssislər xolesistit zamanı həftədə 3 dəfə yumurtanın sarısını yeməyi məsləhət görür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1176   Tarix: 12 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 495
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 256
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 655
.

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox gö

20.04.2024 391
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 314
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 347
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

10:30 140
.

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Bir çox mütəxəssis yaz aylarında eynəkdən istifadə etməyi məsləhət görürlər. BİG.AZ -a istinadən bildirir ki, yazda günəş işığı gözlərə daha çox zərər verir. Günəş eynəkləri gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qorumaqda əsas rol oynayır. Yaz aylarında, xüsusilə parlaq günəşli günlərdə ultrabənövşəy

20.04.2024 311
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 365