Lənkəran baş memarı və Psixiatriya xəstəxanasının şöbə müdiri saxlanıldı

Lənkəran baş memarı və Psixiatriya xəstəxanasının şöbə müdiri saxlanıldıBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar.

BiG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Eləcə də, həyata keçirilmiş əməliyyat tədbirlərinin digər istiqaməti üzrə rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevin qeyd olunan vəzifədə işləyərkən vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində ona müraciət etmiş sonuncunun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 06 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 302
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

19:10 152
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

21:40 103
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 171
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

15:20 183
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

22:20 91
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

20:20 114
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

17:10 146
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

22:02 223