İntihara məcbur edilən 2 uşaq anasının son məktubları...

İntihara məcbur edilən 2 uşaq anasının son məktubları...Bu ilin mayında Şəkidə 1995-ci il təvəllüdlü Kifayət Xəlilovanın (ad və soyadlar şərtidir) intiharı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, təqsirləndirilən şəxsə ağır cəza verilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iki uşaq anası olan K.Xəlilovanın intiharında Qəbələ sakini, 1996-cı il təvəllüdlü E.Ağayev ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış işin istintaqı zamanı hadisənin səbəbləri üzə çıxıb.

Məlum olub ki, K.Xəlilovanın həyat yoldaşı Bakıda işləyib, o, Şəkidə qayınanasıgillə eyni mənzildə yaşayıb. Bir müddət əvvəl Kifayət sosial şəbəkədə, E.Ağayev ilə tanış olub və iki ailəli şəxs arasında sevgi münasibəti yaranıb. O, bir neçə dəfə qonşu rayonda Kifayətin evində olub, görüntülərini, müxtəlif şəxslərlə çəkdirdiyi fotoları telefonununa yükləyərək saxlayıb.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, Kifayət qısqandığı və telefonda onu bloka atdığı üçün qadını hədələmək qərarına gəlib. Bu məqsədlə o, Kifayəti görüntülərini ərinə göstərəcəyi ilə təhdid etdiyini etiraf edib: "Kifayət mayın 8-də məni vatsap tətbiqetməsində qısqandırmağa çalışırdı. Mən də əsəbiləşib onunla mübahisə etməyə başladım. Həmin gün saat təxminən 18:00 radələrində Kifayətə vatsapla görüntülü zəng etdim, yenə məni qıcıqlandırmağa, qısqandırmağa çalışdı. Mən də Kifayətin hərəkətlərinin qarşısını almaq üçün şəkillərini ərinə göndərəcəyimi deyərək hədə-qorxu gəldim".

Araşdırmalar zamanı məlum olub ki, E.Ağayev sevgi münasibətində olduğu qadının ərinin telefonunu onun həmkəndlisi vasitəsilə əldə edib. Belə ki, o, Kifayətlə görüntülü zənglə danışarkən onların həmkəndlisi olan Arif (şərti) qadının yaşadığı evin həyətinə gələrək Qəbələdən bir nəfərin əri Zaurun (şərti ad) nömrəsini istədiyini deyib. Kifayət isə Arifə yalandan hazırda elə əri ilə telefonda danışdığını deyib, ərini axtaran adamın nömrəsini ona verməsini istəyib. Arif də E.Ağayevin nömrəsini Kifayətə deyib. Bundan sonra K.Xəlilova Ağayevin həqiqətən onun ərini axtardığını yəqin edib və görüntülərini ərinə göstərməklə bağlı hədələrinin real olduğunu düşünüb. Qadın ağlayaraq yalvarmağa başlayıb və görüntülərini ailə üzvlərinə göstərməməsini xahiş edib. Lakin kişi hədələrinin şiddətini artırmaqda davam edib.

Həmin gün saat 22:00 radələrindək E. Ağayev Kifayətlə dəfələrlə görüntülü danışaraq ona qarşı hədələrini davam etdirib. Son zəngində isə o, "elədiyimi uje eləmişəm" sözlərini deyib. Bundan sonra 27 yaşlı qadın artıq həmin görüntülərin ərinə göstərildiyini düşünüb və özünü yaşadığı evin həyətindəki ağacdan yaylıqla asaraq həyatına son qoyub.

E.Ağayev məhkəmədə deyib ki, Kifayət ona dəfələrlə intihar edəcəyini deyib və hədələrindən əl çəkməsini xahiş edib: "Onun mənə göndərdiyi şəkilləri ərinə göndərəcəyimi desəm də, əslində belə bir niyyətim olmayıb. Lakin qeyd etdiyim kimi hərəkətləri Kifayətdən qisas almaq üçün etmişəm. Belə ki, Kifayət mən yatan zaman telefonumdan qeyri-rəsmi yaşadığım həyat yoldaşımın, çox yaxın olduğum qızın telefon nömrəsini taparaq onlara "Ondan əl çəkin, o, mənimdir" kimi mesajlar yazaraq şəxsi həyatıma müdaxilə edib. Buna görə də Kifayətdən acıqlı idim. Əməlimdən çox peşmanam, hadisənin bu istiqamətdə inkişaf etməsini arzulamamışam. Himayəmdə 1 azyaşlı var. Etdiyim düşüncəsiz hərəkətlə öz övladımı atasız, Kifayətin 2 övladını anasız qoymuşam. Bilirəm ki, bu hərəkətlə Allah məni cəzalandırıb".

Araşdırmalar zamanı K.Xəlilovanın intihardan əvvəl həyat yoldaşı və anasına yazdığı məktublar da tapılıb. Evə baxış keçirilərkən qatlanaraq iç-içə vəziyyətdə olan 2 kağız parçası aşkar edilib. K.Xəlilova anasına yazıb: "Canım anam, gözəl anam haqqını halal elə. Nə sənə görə, nə uşaqlarıma görə yaşıya bildim. Çalışdım, çabaladım olmadı. Mən yaxşı ana ola bilmədim, uşaqlarıma baxa bilmədim siz yaxşı baxın. Canım anam, haqqını halal et, səni çox istəyirəm, bağışla məni".

Ərinə yazdığı məktubda isə o qeyd edib: "Sən mənim dəyərlimsən, sən də çalış bağışla. Sənin kimi biri ola bilmədim. Uşaqlarıma yaxşı bax, onları yaxşı böyüt. Çalış haqqını halal et. Səni çox istəyirəm".

Şəki Rayon Məhkəməsinin hökmü ilə K.Xəlilovanı intihar həddinə çatdıraraq onun ölümünə səbəb olmuş 1996-cı il təvəllüdlü E.Ağayevə 5 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, E.Ağayev daha əvvəl əvvəllər yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün məhkum edilib və bir neçə ay həbs cəzası alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1298   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

27.04.2024 185
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 187
.

Peskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"

"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə

27.04.2024 161
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 179
.

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib. Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçü

27.04.2024 154
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

27.04.2024 182
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 405
.

Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında prezident Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinin uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişl

27.04.2024 193
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

27.04.2024 388