Yevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilib

Yevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibTədbir iştirakçıları Yevlax Şəhidlər Xiyabanında Şəhidlərin məzarlarını ziyarət etmiş, məzarların üzərinə gül dəstələri düzərək, müqəddəs xatirələrinə öz ehtiramlarını bildirmişlər. Sonra ağacəkmə aksiyası keçirildi.

Tədbir Bəşir Səfəroğlu adına Xalq Teatrında Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Anım gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayişi ilə davam etdirilmişdir.
Daha sonra "Təbiət" Şadlıq sarayında Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən ehsan süfrəsində şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, "Yevlax Cümə" Məscidinin, Rayon Ağsaqqallar Şurasının, "Seyid Yusif Ağa" Ziyarətgahının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər iştirak ediblər.

Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ehsan mərasimi zamanı Şəhidlərin xatirəsinə həsr edilmiş sənədli film nümayiş etdirildi.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirib ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və bu gün şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Şəhər rəhbəri Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Həmin günlərdə Yevlax sakinləri də böyük vətənpərvərlik duyğuları nümayiş etdirdilər.

Yevlaxlılar tarixi Qələbənin qazanılmasında layiqli sözlərini dedilər. Ümumiyyətlə yevlaxlıların qəlbi hər zaman Qarabağla döyünüb.

2 il öncə yüzlərlə Yevlax sakini müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli" əmri ilə Qarabağ uğrunda savaşa atıldı. Könüllülərin sayı hesabı yox idi.
Yevlaxlı igidlər Suqovuşandan Şuşayədək qəhrəmanlıqla döyüşdülər. Qarabağın hər bir qarışında Yevlaxın igid övladlarının qanı var.

Həmçinin bildirdi ki, Şəhidlərimizin əziz xatirələri Yevlaxda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi, yaşadığı binaların qarşısında, oxuduğu məktəblərdə xatirə komplekslərinin, guşələrin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir və bu işlər bu gün də davam etdirilir.

Mərasimdə "Seyid Yusif Ağa" Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıb və tədbirin mahiyyəti haqqında fikir bildiriblər.

Ehsan süfrəsində həmçinin "Yevlax Cümə" Məscidinin imamı Hacı Eldəniz Əhmədov tərəfindən "Qurani-Kərim"dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.

Şəhid ailələri və qazilər öz çıxışlarında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva dərin təşəkkürlərini bildiriblər.

Saat 12:00-da Yevlaxda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Yevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilibYevlaxda Anım gününə həsr edilmiş tədbirlər keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 27 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 271
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194