"Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır" - VİDEO

"Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır" - VİDEO"Hazırda Ukrayna ilə Rusiya arasında döyüşlər davam edir. Müharibə başlayandan bəri indiyə kimi Azərbaycan şou-biznesi və ən əsası Azərbaycan xalqı Ukraynanı dəstəklədi. Artıq bir neçə ildir ki, Maks Barskix sənin karyeranı izləyirəm. Teleaparıcı Janna Badoevanın köməkliyi ilə bu pilləyə ucalmısan. O, səni insan etdi. Hərçənd, Maks sən xoşagəlməz addımlarınla ona qarşı çıxmısan".

BiG.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

O, ukraynalı həmkarının sosial şəbəkə səhifəsində sentyabrın 13-də cəbhədə baş verən hadisələrdə Ermənistana dəstək çıxmasına sərt şəkildə etirazını bildirib.

Roza Maksı xain adlandıraraq, ona dəstək verdiyi Ermənistanda oxumasını da məsləhət görüb.

"Sənin kimilər vətənini, ata-baba yurdunu müdafiə edən o oğlanların hesabına buraya gəlib konsertlər verirsiniz. Tamaşaçılarımız isə sizi sevir, fanatlıq edir. Amma sən hələ də düşünürsən ki, güya konserti sən ləğv etmisən. Bunları deməyə necə də cürət edirsən.

Nəzərinə çatdırım ki, sentyabrın 13-dən etibarən Azərbaycanda bütün konsertlər qeyri-müəyyən müddətə dayandırılıb. Bəli, konsertin dekabrın onundadır. Sosial mediada hesabında yazdığın o postdan sonra konsertinin levğ olunmasını düşünürsənsə, dərindən yanılırsan.

Bundan əvvəl konsertiniz ləğv edilib. Mən insanları fiziki məziyyətlərinə görə bölmürəm. Əgər birisi özünü müdafiə edə bilmirsə, ölkəsini necə müdafiə edəcək?! Sən şükür edən insan deyilsən.

Öz hərəkətlərindən utanmalısan ki, bizə təcavüzkar deyirsən. Azərbaycan Ukraynanı həm mənəvi, həm də maddi cəhətdən dəstəklədi və hələ də dəstəkləyir. Bəlkə də bu sənə dərs olar.

Müharibə zamanı "Instagram"dakı 2 milyon abunəçi sayımla 15 gün ərzində hər gün paylaşımlarımda şəxsən mən Ukraynaya dəstək verdim.
Sən isə öz sosial şəbəkə hesabında cəfəngiyyat yazırsan. Utan! Barskix, sən heç öz dostlarınla dost olmadın, qaldı ki, bizim dostumuz olasan. Bu gündən sonra gedib Ermənistanda konsert verə bilərsən. Təbii ki, əgər səni onlar dinləmək istəsələr. Amma istəyərlər, çünki sənin kimi insanların zövqü elə Ermənistandır".

Qeyd edək ki, Maks Barskixin Ermənistana dəstək çıxmasından dərhal sonra ulduzun dekabrın 10-da Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti təşkilatçılar tərəfindən ləvğ olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1865   Tarix: 16 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Evdə soğan-sarımsaq günü edirik"

Türkiyəli aktrisa Tuba Ünsal son açıqlaması ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa sağlamlıq sirrini bölüşüb. "Uzun illərdir ki, antibiotiklərin, ağrıkəsicilərin nə olduğunu bilmirəm. Əvəzində soğan və sarımsaq yeyirəm. Sadəcə çəkiliş olan günlərdə yemirəm. Evdə uşaqlarla birlikdə oland

16.05.2024 787
.

Polis mayoru qəfil vəfat etdi

Lerik rayonunda polis zabiti qəfil vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsədullayev dünən xidmətdə olmadığı vaxt dünyasını dəyişib. Onun ürək xəstəliyi səbəbindən halının qəfil pisləşdiy

10:27 170
.

Murat Boz və Tuba Büyüküstün sevgilidir?

Türkiyəli müğənni Murat Boz aktrisa Tuba Büyüküstün ilə sevgili olduğu barədə yayılan iddiaları cavablayıb. xəbər verir ki, Murat Boz bu iddiaları təkzib edib və sadəcə dost olduqlarını deyib. "Heç vaxt sevgili olmamışıq. Tuba ilə çox yaxşı dostuq, hətta sirdaşıq. Bizim əsla sevgi münasibətimi

18.05.2024 720
.

İlkin Əhmədovun evində xeyir iş

Əməkdar artist İlkin Əhmədov 2 yaşlı oğluna kiçik toy edəcək. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Məclis mayın 30-da şəhər restoranlarından birində keçiriləcək. Gecəyə şou-biznes nümayəndələri də dəvət olunub. Qeyd edək ki, xanəndənin daha bir oğlu va

16.05.2024 1220
.

Selena Qomezin sevgilisi ata olmaq istəyir

Selena Qomezin sevgilisi Benni Blanko övlad sahibi olmaq istədiyini deyib. xəbər verir ki, o, qonaq olduğu verilişdə ata olmağa hazır olduğunu bildirib. "Bundan sonrakı hədəfim ata olmaqdır" ,- deyə o qeyd edib. Benni bu mövzunu Selena Qomezlə də müzakirə etdiyi deyib

17.05.2024 568
.

"Heç kəsə yiyə duran yoxdur"

Aparıcı İlhamə Bədəlova çıxışı ilə diqqət çəkib. OLAY yazır ki, o, "Həkimsən" verilişində müzakirəli fikirlər səsləndirib:. "Dediniz ki, bizə yiyə duran yoxdur. Ümumiyyətlə, heç kəsə yiyə duran yoxdur. Birinci, insan özü özünə yiyə durmalıdır, ikinci, ailəsi ona sahib çıxmalıdır, dah

15.05.2024 1002
.

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. İddialara görə Serenay keçən həftə serialının primyerasından sonra Cem Yılmazın evinə gedib

18.05.2024 346
.

Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... Görənlər ŞOK OLDU - VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib. Aktrisa videonun qışda Şəkidə çəkildiyini deyib. "Bu video "Xənnas" filminin çəkilişləri baş tutan zaman çəkilib. Oynadığım oğlan rejissorumuz Elvin Abdullayevdir. Çəkilişlər gecədən səhərə kimi olduğunda

18.05.2024 1301
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16.05.2024 1539