Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTO

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTOSoyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Get-gedə dəyişilən hava durumu geyimimizə də təsirini göstərir. Xüsusilə də qadınlar havanın necə olmasından asılı olmayaraq, hər zaman dəbdən geri qalmamağa çalışırlar.

Sərin və soyuq havalarda ən çox isə üst geyimlərə zərurət yaranır. Amma bu aylar keçid dövrü olduğu üçün üst geyimlər çox incə parçadan olmalıdır, qalın olmamalıdır. Onu da qeyd etmək lazımdır ki, hər mövsüm olduğu kimi bu payızda gödəkcələr daha çox dəbdə olacaq. Bəs, bu gödəkcələri necə kombin etmək olar?

BiG.AZ Lent.az-a istinadən bununla bağlı bir neçə məsləhəti sizə təqdim edir:

"Tüvit" pencəklər

Bir az qalın parçadan tikilmiş pencəklər bu ilin dəbli gödəkcələri arasındadır. Bu modeldə olan pencəklər qadınların sevimli üst geyimlərindən biridir. O əsasən zərifliyi və yığcamlığı özündə birləşdirir. Əvvəllər belə gödəkcələri ətəklə geyinmək məsləhət görülürdü. Amma "tüvit" pencəkləri sadə cins şalvarlarla da kombin etmək mümkündür. Hətta altına tək rəng köynək geyinməklə öz tərzinizi yarada bilərsiniz.

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTOZolaqlı pencəklər

Belə pencəklər çox vaxt vizual olaraq qadınların kök görünməyinə səbəb olur. Amma bu, bir az da onun ölçüsündən asılıdır. Əgər belə pencək sevirsinizsə, çalışın çox bol geyinməyin. Bu gödəkcələr bahalı geyinməyi sevən fransız qadınlarının sevimli geyimləridir. Onların altına əsasən qara rəngli dar şalvar geyinməklə kombininizi tamamlaya bilərsiniz.

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTOQısa pencək

Payız aylarının ən vazkeçilməz geyim növlərindən biri də qısa pencəklərdi. Gündəlik həyatımızda da asanlıqla istifadə edə biləcəyimiz bu gödəkcələr ilin trendləri arasındadır. Belə pencəkləri yüksək belli parça və ya cins şalvarla uyğunlaşdırıb geyinmək olar. Amma daha çəkici görünmək istəyirsinizsə, uzun ətək və ya donla kombin etməyiniz məsləhətdir.

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTODəri gödəkcə

Hər il olduğu kimi bu il də dəri gödəkcələr öz aktuallığını qoruyub saxlayır. Artıq dəri geyimlər moda liderlərindən birinə çevrilib. Belə gödəkcələr hərtərəfli istifadə edilməsi ilə seçilir. Onları digər geyimlərlə uyğunlaşdırmaq çox asandır.

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTOBoz rəngli pencək

Havalar soyuduqda daha çox tünd rəngli geyimlərə üstünlük veririk. Ancaq boz çalarlı pencəklərə də diqqət yetirmək məsləhətlidir. Belə gödəkcələri istənilən cins və ya rəngli şalvarlarla geyinmək olar. Pencəyin altından açıq çalarlı "crop"lar, qısa "bluz"lar sizin daha dəbli görünməyinizə şərait yaradacaq.

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTOSüd rəngli uzun pencəklər

Son illər "oversize" geyimlər dəbdədir. Həmçinin, bol pencəklər də qadınların ən çox sevdiyi gödəkcələrdəndir. Bunlar əsasən idman üslubunu sevməyən xanımlar üçün ideal pencək növüdür. Əsasən iş görüşməsinə gedən qadınlar kombinlərini bu pencəklə tamamlaya bilər.

Bu il payızda hansı pencəklər dəbdə olacaq? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1818   Tarix: 13 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024