Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində genişmiqyaslı təxribat törədib - RƏSMİ

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində genişmiqyaslı təxribat törədib - RƏSMİSentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.

Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.
Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.

Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.

Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1697   Tarix: 13 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:28 164
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18:50 128
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

21:00 58
.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17.05.2024 1036
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

22:30 0
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 227
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

19:40 95
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18:30 120
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

17:20 139